12 fev 16:29liqa

Tərlan Əhmədov inamsızlığı aradan qaldıra bilmir

Tərlan Əhmədov inamsızlığı aradan qaldıra bilmir
Bordin: "Qarabağ"ın qələbəsindən sonra üzərimizdə təzyiq vardı”
Oyunsonrası mətbuat konfransına öncə qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov təşrif buyurdu. Məğlubiyyətə baxmayaraq, təmkinini pozmamağa çalışan çalışdırıcı “iynəli suallar”a da sakit cavab verdi.
- Maraqlı oyun alındı. Qarşılaşmaya əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi. Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslarımızdan istifadə edə bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Hər halda, oyun göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm.
- “Keşlə”nin heyətində həddən çox dəyişiklik müşahidə edirik. Gediş-gəliş bitib, yoxsa...
- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə ehtiyac görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda uduzduq. Bəlkə də futbolçularda inamsızlığı aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Ötən matçda, ümumiyyətlə, komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdü.
- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyac var?
- Artıq vaxtımız yoxdu.
- Start heyətində 5 legioner vardı, yanınızda da 4 əcnəbi oturmuşdu. Deyirsiz ki, futbolçularda özünəinam yoxdu. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdılar.
- Dörd futbolçu transfer etmişik, üçü legionerdi, biri də Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldə məğlubiyyətlər olub deyə, həmin psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. Keçmiş futbolçuların psixologiyası istər-istəməz yeni gələnlərə də sirayət edir. Futbolçuları bura kimin gətirməsinin fərqi yoxdu. Yeni gələnləri bütün məşqçilər korpusu bəyənib.
- Axı bu, kubok qazanmış komandadı.
- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli futbolçu gedib. Bəlkə də onlar qalsaydı, tam fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.
- Mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, şəxsi qərarınız nə olacaq?
- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı "qara zolaqdan çıxaraq”.
- Emin Mehdiyevlə bağlı yaranan vəziyyətə görə məsuliyyət kimdədi?
- Mən baş məşqçi olaraq, sənədləşmə işləri ilə maraqlanmıram. Buna məsul insanlar var. Emin də məsuliyyətli olmalı idi. Eşitdiyimə görə, deyib ki, "Qaradağ Lökbatan"da mayda oynamışam. Ancaq bu mövsüm 2 matçda oynayaraq Türkiyəyə gedib. Kimisə günahlandırmaq mənasızdı. Emin yaxşı formadadı, amma belə problem yaşadıq. Artıq bu bizim üçün keçmişdə qalıb.
- "Keşlə"nin rəhbəri Zaur Axundov deyib ki, PFL icazə versə, texniki zonada əyləşəcək. Bu müraciətə müsbət cavab gəlsə, sizə əlavə təzyiq yaratmayacaq ki?
- Mənim üçün heç bir gərginlik yoxdu. Klubun prezidentidi. İstəsə, gəlib otura bilər. Mənim üçün heç bir sıxıntı yoxdu. Heç vaxt təzyiq altına düşmürəm.
Əhmədovun ardından Roberto Bordin mikrofonların qarşısına keçdi. İtaliyalı mütəxəssis əvvəlcə ümumi fikirlərini bildirib, ardından jurnalistlərin suallarını cavabladı.
- Oyun elə də asan alınmadı. Rəqib, demək olar, bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yarada bildik. Bunun birindən də Emin Mahmudov çox gözəl yararlanaraq qol vurdu. Oyunu sonadək idarə edən tərəf biz olduq. Əlbəttə, müdafiədə də boşluqlarımız oldu. Ancaq Səlahət Ağayev qapımızı toxunulmaz saxlaya bildi. 2:0-la da kifayətlənmək istəmirdik. Daha çox qol imkanımız vardı. Dabo və Sansone də fərqlənə bilərdi.
- Bu gün debüt edən həmyerliniz Canluka Sansone meydanda olduğu müddətdə sizə əsas verdimi ki, sonrakı matçlarda onu daha tez meydana buraxasız?
- Onun son vaxtlar oyun praktikası yox idi. Yalnız məşqlər edirdi. Oyun ritmini tutması üçün hələ vaxt lazımdı. Sansoneni yaxşı tanıyıram, İtaliya çempionatından gəlib. Ona vaxt lazımdı ki, komandaya uyğunlaşsın.
- Platellas rotasiyalarda özünü necə göstərir? Baş məşqçi kimi ondan istədiyinizi ala bilirsiz?
- Əlbəttə, o, həm hücumda, həm də müdafiədə bizə çox kömək edir. Platellasdan çox razıyam. Bütün komandamı təbrik edirəm. "Qarabağ"ın dünənki qələbəsindən sonra üzərimizdə təzyiq vardı. Buna görə bizə asan deyildi.
- Hansı mövqelərdə güclənməyə ehtiyac var?
- Əvvəl oyunçu çatışmazlığımız vardı, ona görə taktikanı dəyişməli olurduq. Ancaq oyunumuzdan razıyam. Qarşılaşmanın gedişində hətta iki hücumçu ilə oynamalı olduq.
- Rəhman Hacıyevin qış fasiləsindən sonra oynamaması forması ilə bağlıdı, yoxsa taktiki planla?
- Deməzdim kİ, Rəhman hansısa oyunçudan geri qalır. Hər bir rəqibə uyğun taktika seçirik. Rəhmanın heç bir problemi yoxdu.
- Mirabdulla Abbasov qışadək Azərbaycan futbolunun ulduzu idi. Ancaq sanki fasilədən sonra oyununda geriləmə hiss olunur...
- Belə deməzdim. Bugünkü oyunda iki qol vəziyyətindən yararlana bilmədi. Buna baxmayaraq, Mirabdullanın komandaya xeyri dəydi. Fasilədən sonra da eyni cür çalışır.
- Yayda "Neftçi"yə təyinatınız zamanı bildirmişdiz ki, transferlərə qarışmırsız. Qışda necə oldu?
- Elə dediyimi xatırlamıram.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar