10 fev 13:18liqa

"Neftçi" heç də sadəlövh komanda deyil”

"Neftçi" heç də sadəlövh komanda deyil”
Canluka Sansone seçimini izah etdi
"Neftçi" Kvame Karikarinin gedişindən sonra hücumda yaranan boşluğu aradan qaldırdı. Paytaxt təmsilçisi italiyalı forvard Canluka Sansoneni heyətinə qatdı. Sansone ilə 1,5 illik müqavilə imzalandı və o, “ağ-qaralar”ın heyətində "16” nömrəli formanı geyəcək. Adı çəkilən hücumçu növbəti turda meydana çıxsa, tarixi ilk gerçəkləşəcək. Belə ki, Canluka çempionatımızda oynayan ilk italiyalı futbolçu olacaq. Onun karyerası daha öncə yalnız ölkəsi ilə bağlı olub. Sansone İtaliya mətbuatına müsahibəsində maraqlı məqamlara toxunub.
- Uzunmüddətli İtaliya karyerasından sonra xaricdə ilk macəran 32 yaşında başlayır. "Neftçi"nin təklifini müsbət cavablamağa səni nə vadar etdi?
- Bir müddətdi yeni təcrübə haqda düşünürdüm və məni həqiqətən stimullaşdıran çağırış axtarırdım. İtaliyadan bir neçə təklif alsam da, heç biri ürəyimcə deyildi. Avropanın başqa çempionatlarından da klublar axtarırdım. Amma mənə "Neftçi"dən zəng gələndə heç bir şübhə yerim qalmadı. Burda olmağıma çox şadam. Komandam turnir cədvəlində ilk pillədədi və bundan yaxşısını arzulaya bilmərəm.
- Azərbaycan çempionatları tarixində ilk italiyalı futbolçususan və bunu sizin üçün əlavə motivasiya mənbəyi kimi qeyd etmək olar?
- Şübhəsiz, həm özüm, həm də klub üçün görünməmiş ssenaridi. “Neftçi”ni seçməyimə bu amil də təsir etdi. Ona görə də əşyalarımı toplayaraq bura gəldim. Hər şey asan alındı. İki gün ərzində bütün məsələləri yoluna qoydum və artıq burdayam.
- Amma komandada italyanca danışan yeganə şəxs deyilsən...
- Düzdü, cənab Roberto Bordin də var. O, mənə zəng vuraraq haqqımda informasiya aldığını dedi və klubun təklifini qəbul etməyimə təkan verdi. Əlbəttə, bu, seçimimdə mühüm rol oynadı.
- “Neftçi”də hansı reallıqları özün üçün müəyyən etmisən?
- İlk baxışdan yenilənməyə çalışan və öyrənilməsi maraq doğuran məqamlar gördüm. Bəlkə A seriyasındakı klublar kimi mütəşəkkil deyillər, amma böyüməkdədilər. Onlar irəliləməyə başlayırlar. Müasir idman mərkəzlərinə, demək olar, hamısı yeni və özlərinə məxsus olan stadionlara malikdilər. Bu ölkə kimi, futbolu da böyük inkişaf edir
- İtaliya və Azərbaycan futbolu arasında hansı fərqləri görürsən?
- "Neftçi"dəki ilk məşqlərdən sonra deməliyəm ki, texniki səviyyə başqa çempionatların bir çoxundan aşağı deyil. Aydın məsələdi ki, taktiki cəhətdən onlar Avropanın bir çox ölkəsindəki liqalarla müqayisədə daha az hazırlıqlıdılar. Ancaq düşünürəm ki, "Neftçi" heç də sadəlövh komanda deyil. İlkin təəssüratım çox müsbət oldu.
- "Neftçi" 6 ildi əldən verdiyi çempionluq titulunu qaytarmaq istəyi ilə turnir cədvəlinin zirvəsində yer alıb. Bu, "Qarabağ"ın hegemonluğuna son qoymaq üçün yaxşı mövsüm ola bilər?
- Ötən tur zirvədəki komandaların qarşılaşmasını izlədim. "Neftçi"nin "Qarabağ"la qarşılaşması bərabər səviyyədə keçdi. Rəqib bəzi maraqlı, fərdi bacarığı olan futbolçuları sayəsində daha texnikalı və driblinqlə oyun keyfiyyətlərini göstərdi. Lakin bizim komanda da yaxşı vəziyyətdə idi və dərhal Bordinin əla işini gördük. Yəqin ki, çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Buna əminlik üçün bir çox əsas var. Digər tərəfdən, klub prezidentindən futbolçulara qədər "Neftçi" formasına bağlılıq çox böyükdü. Hamı çoxdandı əldən verdikləri çempion titulunu qazanmağın intizarındadı.
- "Neftçi"nin heyətində qızıl medal qazanaraq Çempionlar Liqasında oynamaq hədəf, yoxsa arzudu?
- Bu, sadəcə, arzu yox, məqsəddi. ÇL-də oynamaq imkanı məni bura gəlməyə sövq edən daha bir səbəb oldu. Öz səhvim üzündən heç vaxt oynaya bilmədiyim qitənin ən nüfuzlu klub turnirində iştirak imkanı karyeramda əsas nailiyyət olardı. 18 yaşımda İtaliyanın regional liqasında oynamağa başladım və 25 yaşımda A seriyasına gəldim. İndi isə 32 yaşımda hədəfim avrokuboklarda çıxış etməkdi.
- Gələcəkdə yenidən İtaliyaya qayıtmaq istərdin?
- Son zamanlar İtaliya futbolu qapılarını üzümə bir qədər bağlayıb. Bizim çempionatlarda oynamaq həmişə xoşdu. Ancaq bağlı qapını aça da bilərsən. Bunu "Neftçi"dəki yeni macəram da göstərir. İstənilən halda, ümid edirəm ki, gələcəkdə də İtaliya futbolunda yerim olacaq. Radarı tərk etmək üçün hələ çox tezdi. Son klubum "Novara"da bir çox səbəbdən ilim pis keçdi. Yaxşı alınmayan mövsümü karyeramdakı müsbət yenilik unutdura bilər. Təəssüf ki, futbol belədi, tez-tez yenilənir. Bununla belə, gələcəkdə İtaliyaya qayıtmaq istərdim. Lakin dərhal yox. Çünki hazırda yeni təcrübədən zövq almaq istəyirəm.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar