10 fev 13:14liqa

Hərənin bir dərdi var...

Hərənin bir dərdi var...
Tərlan Əhmədovun üzü gülmür
Baş məşqçilər fasilə dönəmindən maksimum yararlanmağa çalışdılar. Hər birinin ən böyük arzusu heyətin gücləndirilməsi idi. Kimisi istəyinə artıqlaması ilə çatdı, kimisinin büdcəsi imkan vermədi, bəziləri də böyük həvəslə azad agent statuslu əcnəbilərə qovuşacağı gözləyir. Lakin çatışmazlıqların tam aradan qaldırıldığını demək olmaz.
Neftçi
Fasilə dönəmində transfer çalışmalarında ən çox fəallıq göstərən komanda kimi yadda qaldı. Lazımsızlar – Slavko Braliç, Rəşad Eyyubov, Kvame Karikari, Rəşad Əzizli və Cənubi Koreyaya getməyi burda qalmaqdan üstün tutan Dario Federiko ilə yollarını ayıran “ağ-qaralar”ın onların yaratdığı boşluğu artıqlamasıyla doldurdu. Mamadular – Kane ilə Mboc, həmçinin Vangelis Platellas ilə anlaşan, Aqil Məmmədovu da rənglərinə bağlayan bakılıları hücumda yalnız Mirabdulla Abbasovun ümidinə qalmaq narahat edirdi ki, “pəncərə”nin bağlanmasına sayılı günlər qalmış Canluka Sansone də Bakıya gətirildi. Bir sözlə, Roberto Bordinin nədənsə şikayətlənmək haqqı yoxdu. İmkan daxilində maksimum transferlər həyata keçirilib.
Qarabağ
Qurban Qurbanovun əlacı olsaydı, yayda cəlb olunanların - Hannes Halldorsson, Simeon Slavçev, Con Delarj və İnnosent Emeqara – hamısına birdən “yaxşı yol” deyərdi. Sadəcə, müqavilə şərtlərinə arxa çevirmək olmur. Mövqelər boşalmadı deyə, yalnız iki keçidə şahidlik etdik. 2018-in ikinci yarısını Qazaxıstanda keçirən Reynaldo ilə Riçard Almeyda geri döndü. Lakin bu, baş məşqçinin sakitləşməsi anlamına gələ bilməz. Qurbanov hələ də hücumçu və yarımmüdafiəçinin alınmasında maraqlıdı deyə, bu yöndə axtarışlar davam edir. İkinci yarının gedişində “Qarabağ”ın transfer xəbəri ilə gündəmə gəlməsi mümkündü.
Səbail
“Dənizçilər”in şikayətlənmək haqqı yoxdu. Fasilədə iki futbolçu ilə yollar ayrıldı. Edqar Paçeko ilə yolların ayrılacağı gözlənilən idisə, meksikalıya son anda Emil Balayev də qoşuldu. Əvəzində Elvin Yunuszadə ilə Aleksandr Rıbkanın bundan sonra mavi formada meydana çıxacağı təsdiqini tapdı. Buna baxmayaraq, Aftandil Hacıyevin arzusu ürəyində qalmışdı. Kevin Kubemba, Ağabala Ramazanov və Ruslan Qurbanov kimi hücumçu və hücumameyilli oyunçular varkən, gənc çalışdırıcı daha bir forvardın gətirilməsində maraqlı idi. Nəticədə klub rəhbərliyi vaxtilə “Rəvan”da oynamış Oke Akpovetayla razılığa gəldi. Artıq Aftandil bəyin üzünün güldüyünü deyə bilərik.
Sabah
“Pəncərə” açılanda adından söz etdirən klublardan oldu. Transferlərdən doymayan “tələbələr” ard-arda yığmanın sabiq və indiki üzvlərini – Rəşad Eyyubov, Coşqun Diniyev və Təmkin Xəlilzadəni heyətə qatmaqla bir növ mövqelərdəki boşluğu aradan qaldırmağa çalışdı. Lakin bir dərd var ki, hələ də çarəsi tapılmayıb. Söhbət hücum xəttindən gedir. Yalnız Marko Deviçin ümidinə qalan Elşad Əhmədov komandasının daha bir forvardla güclənməsində maraqlıdı. Mövsümün gedişində əcnəbi hücymçunun cəlb olunacağı gözlənilir.
Qəbələ
Bölgə təmsilçisinin istəkləri ilə imkanları üst-üstə düşmür. Anar Nəzirov, Rövlan Muradov və Davit Volkovi ilə güclənən “qırmızı-qaralar”ın pulu olsaydı, çempionluq mübarizəsindən qopmamaq, ölkə kubokunu başları üzərinə qaldırmaq üçün daha bir-iki legionerlə güclənərdi. Bu mənada yüksək ödənişli Stiven Jozef-Monrozun başqa kluba keçmək istəməməsi də sözünü dedi. Stiven getsəydi, onun yerinə daha az maaşa oynayan forvard gətiriləcəkdi.
Sumqayıt
Ayxan Abbasov da klub rəhbərliyinə özünə qarşı olan diqqətə görə minnətdarlıq etməlidi. Ürəyində avrokuboklara vəsiqə qazanmaq arzusunu daşıyan “kimyaçılar” 3 futbolçu ilə yolları ayırdı ki, onların əvəzinə 6 futbolçu cəlb olundu. Aralarında İran və İsrail çempionatlarında oynamış futbolçuların olması gələcəyə inamla baxmağa ümid verir.
Keşlə
“Qırmızılar” ən böyük arzusuna heyətdəki faydasız futbolçuları göndərməklə çatdı. Bu mənada işin yarıdan artıq hissəsinin görüldüyünü deməliyik. Təəssüf ki, eyni sözləri komandanın güclənməsi haqda söyləmək çətindi. Vüsal İsgəndərli, Con Kamara və Valeri Kutsenko ilə müqavilə bağlanmasına baxmayaraq, Emin Mehdiyevlə razılıq baş tutmadı. Odu ki, Tərlan Əhmədovun üzünün güldüyünü demək olmaz. Həm Eminin yerinin boş qalması, həm də “çərçivə”nin yalnız Kamran Ağayevin ümidinə qalması (Davud Kərimi əməliyyat olunub, Şahin Zəkiyev gəncdi) baş məşqçini düşünməyə vadar edir.
Zirə
Düzdü, hazırda Samir Abasovun sərəncamında kifayət qədər futbolçu var. Yəni say azlığından şikayətlənə bilməz. Klub rəhbərliyi qarşısında hansı mövqelərin gücləndirilməsi ilə bağlı şərt qoymuşdusa, buna əməl olundu. Sadəcə, dörd legionerdən heç biri qışda komandanın hazırlığında lazımi qədər iştirak etmədi. Baş məşqçini narahat edən ən vacib məqam da budu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar