09 fev 14:08liqa

Kubokun qisası və ya “qonşular”ın dueli...

Kubokun qisası və ya “qonşular”ın dueli...
Təmkin Xəlilzadə: “Qəbələ”ni bir addım öndə görürəm”
Turlar irəlilədikcə çempionatdakı gərginlik bir az da artır. 16-cı turda bir-birindən maraqlı daha 4 qarşılaşma baş tutacaq. “Neftçi” “Keşlə”ni qəbul edəcəksə, “Qarabağ” Sumqayıt səfərinə yollanacaq. “Zirə” “Səbail”in qonağı olacaqsa, “Qəbələ” Masazırda yerli azarkeşlərin önünə çıxacaq.
Əlbəttə, hər bir matçın öz ağırlığı var. Razılaşarsız ki, aralarında ən diqqətçəkəni “Sabah” – “Qəbələ” oyunudu. Əvvəla ona görə ki, bu iki komanda turnir cədvəlində qonşudu, hər ikisinin hesabında 20 xal var. Yəni qələbə qazanan tərəf bu mənada üstünlük qazanmış olacaq.
“Qəbələ” üçün turnir cədvəli...
Ümumiyyətlə 3 xalın daha çox bölgə təmsilçisinə lazım olduğunu qeyd etməliyik. Bildiyiniz kimi, UEFA-nın tələblərinə görə “Sabah” hətta çempionluğu bayram etsə belə, yayda ölkəmizi beynəlxalq arenalarda təmsil edə bilməyəcək. Amma eyni qadağa “Qəbələ” üçün keçərli deyil. Ötən mövsüm doğma azarkeşləri önündə ölkə kubokunu qazanmaq şansını əldən verməklə klub rəhbərliyinin ümidini puç edən “qırmızı-qaralar” cari mövsümü mükafatçı yerlərin birində başa vurmaq istəyir. Bunun üçün isə artıq indidən “3-lük” mübarizəsinə qoşulmaq, orda yer almaq lazımdı. Heç şübhəsiz, hədəfə çatmağın təməli Masazırda qoyula bilər. Sənan Qurbanovun yetirmələri matçı qalıb vuracağı təqdirdə “tələbələr”dən 3 xal önə keçəcək ki, “Səbail” “Zirə” ilə qarşılaşmada xallar itirəcəyi təqdirdə bu, qəbələlilərin bayıllılara bir addım yaxınlaşması anlamına gələcək.
...debütant üçün nüfuz
Bu cür mülahizələr yürütmək dildə asan görünsə, heç də belə deyil. Çempionatın debütantı klub rəhbərliyinin etimadını doğrultmaq üçün mövsümü yuxarı pillələrin birində başa vurmaq istəyəcək. Klub rəsmiləri hər nə qədər gələcəklə bağlı planlardan danışsalar da, ilk ildəki nəticə də önəm daşıyır. Debütdəki nəticələrlə sponsorların ümidini artırmaq, eyni zamanda kollektivdəki ab-havanı qorumaq vacib məsələdi. Ona görə də “Sabah” meydan sahibi statusundan maksimum yararlanıb doğma azarkeşləri önündə qələbə qazanmaq üçün oynayacaq. Üstəlik düşərgədə əhval-ruhiyyə də yüksəkdi. “Tələbələr” qış fasiləsindən dərhal sonra çoxlarının gözləmədiyi halda səfərdə “Zirə”ni məğlub etməklə diqqətləri üzərinə çəkməyi bacarmışdı. Qısası, qəbələliləri hər nə qədər turnir cədvəlindəki durum maraqlandırırsa, masazırlılar üçün nüfuz faktı bir o qədər önəmlidi.
İlk yarının göstəricisi: 1:1
Komandalar premyer-liqanın ilk yarısında artıq iki dəfə üzləşməyə imkan tapıblar. Çempionatın əvvəlində fırtına görkəmi yaradan və liderlər sırasında yer alan “tələbələr” bu rəqibini 4-cü turda Masazırda qəbul etmişdi. 1200 azarkeşin canlı izlədiyi oyunda “Sabah”ın ən sərrast futbolçusu Marko Deviçin 23-cü dəqiqədə vurduğu qol həlledici olmuşdu. Hətta Məqsəd İsayevin 75-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması da “Qəbələ”yə kömək etməmişdi.
Növbəti dueldə bölgə təmsilçisi ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağa nail olmuşdu. Noyabrda Qəbələdə keçirilən qarşılaşmaya olduqca istəkli başlayan meydan sahibləri artıq 15-ci dəqiqəyə qədər rəqib qapısına iki dəfə yol tapmağı bacarmışdı. Lakin paytaxt təmsilçisi fasilədən sonra üstünlüyü ələ keçirmiş və Bəxtiyar Soltanovun sayəsində təsəlli qolu vurmuşdu. Bir məqamı unutmayaq. Elşad Əhmədov bu görüşdə zədə səbəbindən Marko Deviçlə Kərim Diniyevin xidmətindən yararlana bilməmiş, Elşən Abdullayevlə Erik Ramosa isə fasilədən sonra şans vermişdi. Məqsəd İsayevlə Elgün Nəbiyev sona qədər ehtiyat oyunçular skamyasında oturmuşdu. 2:1 hesabı ilə qələbə qazanan “Qəbələ” ümumi göstəricidə bərabərliyi yaxalamışdı.
Kubokun qıcığı
Bir faktı diqqətdən qaçırmaq mümkün deyil. Xatırlayırsızsa, püşk cari ölkə kubokunun1/4 final mərhələsində bu komandaları bir-birinə rəqib etmişdi. İlk duel dekabrın 16-da Qəbələdə baş tutmuşdu. Elşad Əhmədovun kubok uğrunda mübarizədən erkən çəkilmək haqda düşünmədiyini meydana buraxdığı “11-lik”dən görmək olardı. Cəzalı Erik Ramosla zədəli Marko Deviçdən başqa aparıcı futbolçuların hər biri meydana çıxmışdı. Qarşılaşma yetərincə maraqlı alınsa, “Sabah”ın matçın sonlarına yaxın qol imkanları olsa da, ilk hissənin sonuncu dəqiqəsində Filip İvanoviçin avtoqolu yekun nəticəni müəyyənləşdirmişdi.
İlk oyundakı hesabı nəzərə alanda, dörd gün sonrakı cavab görüşündə debütantın şansları yüksək qiymətləndirilirdi. Hər halda, Əhmədovun yetirmələrinin vura biləcəyi bir qol oyunu uzatmaq dəqiqələrinə və ya penaltilərə qədər daşıyacaqdı. Bu üzdən kifayət qədər gərgin keçən, Əliyar Ağayevin 8 sarı və 1 qırmızı vərəqə göstərdiyi oyunun 80-ci dəqiqəsində Ceyms Adeniyinin qolu cütün qalibinin adına aydınlıq gətirmişdi. Hətta Erik Ramos 83-cü dəqiqədə meydandan qovulmasaydı belə, qısa müddətdə rəqib qapısından 3 top keçirmək mümkünsüz idi. İki oyunda qeydə alınan 1:0-ların hesabına “Qəbələ” sabahkı rəqibini kubokdan uzaqlaşdırmışdı.
Təmkin oynamayacaq
Bu oyunda xüsusilə bir futbolçu – Təmkin Xəlilzadə diqqət mərkəzində olacaqdı. Çempionatın ilk yarısını “Qəbələ”nin heyətində keçirən yığma üzvü qış fasiləsində gözlənilmədən “Sabah”a transfer olunmuşdu ki, bu da böyük təəccüblə qarşılanmışdı. Odu ki, onu köhnə və yeni komandalarının duelində iş başında görmək maraqlı olardı. Di gəl ki, Təmkin meydana çıxanlar arasında olmayacaq. Buna səbəb isə “Qəbələ”də aldığı 4 sarı vərəqədi. Vərəqə cəzasına görə qarşılaşmanı kənardan izləyəcək Xəlilzadənin qarşıdakı duellə bağlı fikirlərini dinləyək: “Çox istərdim bu oyunun iştirakçısı olum. Mövsümün ilk yarısında kubok və çempionat görüşlərində “Qəbələ”nin formasında indiki komandama qarşı 4 oyunda meydana çıxmağıma baxmayaraq, hazırda “Sabah”ın futbolçusuyam. Ona görə də yeni komandama kömək etmək, fayda vermək mənim üçün əsasdı. Peşəkar futbolçuyuq, harda oynayırsansa, həmin komandanın uğurları haqda düşünürsən. Amma nə etməli? Cəza varsa, bununla barışmalıyam. Mən də sizin kimi qarşılaşmanı kənardan izləmək məcburiyyətindəyəm. Belə olmasını istəməzdim, amma olub artıq. O ki qaldı qələbə şanslarına, “Qəbələ”ni bir addım öndə görürəm. Bunu da rəqibin təcrübəsi ilə əlaqələndirərdim. “Sabah” 6-7 ay əvvəl yaranmış klub-komandadı. “Qəbələ” isə, bildiyiniz kimi, uzun illərdi premyer-liqada çıxış edir, yüksək hədəflər uğrunda mübarizə aparır. Bir çox futbolçuları var ki, neçə illərdi çiyin-çiyinə çıxış edirlər. Üstəgəl, heyətlərində səviyyəsi ilə seçilən legionerlər var. Amma bir faktı unutmayaq. Məhz bu “Sabah” cari mövsümdə hələ o vaxt heyətində çıxış etdiyim “Qəbələ”ni məğlub etməyi bacarmışdı. Ona görə də dəqiq söz demək çətindi. Hər şey ola bilər. Təbii, mən öz komandamın qələbə qazanmasını arzulayıram”.
Heç birinə tanış olmayan hakim
Hakimlər Komitəsinin bu cür məsuliyyətli oyunu hansı hakimə tapşıracağı maraqla gözlənilirdi. Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov, Rəvan Həmzəzadə, İnqilab Məmmədov, Rauf Cabbarov... Heç biri! Prinspial və yekun nəticəsi xüsusi önəm daşıyan qarşılaşmanı Səbuhi Bayramov idarə edəcək. Və bu, Səbuhin cari mövsümdə iş başında olacağı ikinci görüş kimi tarixə düşəcək. Gənc referi buna qədər 12-ci turda “Zirə” – “Sumqayıt” oyununda fit çalmışdı ki, “qartallar” rəqibini 3:1 hesabıyla məğlub etmişdi. Bir sözlə, Səbuhi Bayramov komandalardan heç birinə tanış sima deyil.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar