08 fev 14:29liqa

“Səbail”də şok itki: Ruslan Qurbanov sıradan çıxdı

“Səbail”də şok itki: Ruslan Qurbanov sıradan çıxdı
“Düzəlməsə, məcbur əməliyyat olunmalıyam”
“Səbail”in “Keşlə”ni darmadağın etməsində Ruslan Qurbanovun əməyi az olmadı. Qol pərdəsinin açılmasında yaxından iştirak etməklə topu Kevin Kubembanın başına zərgər dəqiqliyi ilə ötürən yığma üzvü oyunun gedişində də seçilənlərdən idi. Hər halda, pressinq edir, əks-hücumlarda təhlükəli olmağa çalışırdı.
Ruslanın sürətinə və fiziki gücünə əsaslanıb sona qədər meydanda qalacağını düşünmək olardı. Lakin Aftandil Hacıyev 70-ci dəqiqədə onu Yevgeni Koçukla əvəzlədi. Heç şübhəsiz, bunu Qurbanovun özü istəmişdi. Çünki əvəzlənərkən ayağını tutması canında ağrılar hiss etməsinin göstəricisiydi. Ehtimalımızda yanılmadığımızı səbəbkarın özü də təsdiqlədi. Əlaqə saxladığımız futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacağına görə təəssüf içində olduğunu dedi: “Bilmirəm, niyə belədi. Həmişə forma yığanda, özümü yaxşı hiss edəndə ortaya hansısa problem çıxır. “Keşlə”ylə oyunda pis çıxış etmədiyimi düşünürəm. Meydanda olduğum müddətdə əlimdən gələni etməyə çalışdım. Oyunun gedişində ayağımda ağrılar hiss etdim. Dörd aydı ayaq biləyimdə dartılma ilə oynayırdım. Rentgen müayinəsindən sonra bu diaqnoz ortaya çıxmışdı. Üstəlik, menisk boşluğu vardı. Bəzi oyunlarda iynə gücünə meydana çıxırdım. “Keşlə”ylə matçda ötürmə verdim və həmin an rəqib məni arxadan itələyəndə şiddətli ağrılar hiss etdim. Hələlik bir müddət oynamayacam. İki həftə ərzində menisk və bağlar düzəlsə, təxminən bir aydan sonra oynaya biləcəm. Düzəlməsə, məcbur əməliyyat olunmalıyam. 70-80 faiz əməliyyatsız yoluna qoyulmalıdı. Görək necə olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar