08 fev 14:17liqa

Derbi bitsə də, atmacalar bitmir

Derbi bitsə də, atmacalar bitmir
Ozobiç: “Neftçi" "Qarabağ"la oyuna məhz heç-heçə üçün gəlmişdi”
Mustivar: “Sanki bizim üçün ev oyunu idi”

Azarkeşlər premyer-liqanın ikinci yarısının startını maraqla gözləyirdi. Bu da səbəbsiz deyildi. Söhbət təkcə futbolsevərlərin qış fasiləsindən yorulmasından getmir. Düzdü, bu məqam da "bircə çempionat başlasaydı" cümləsinin tez-tez işlədilməsinə səbəb olurdu. Ölkə birinciliyini izləyənlərin belə bir düşüncədə olmaması anormallıq sayılar. Ancaq diqqət daha çox 15-ci turun mərkəzi qarşılaşmasına yönəlmişdi. Məlum olduğu kimi, fevralın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda əzəli rəqiblər üz-üzə gəldi. Oyundan öncə elə şərait yaranmışdı ki, qalib gələn rəqibinə ciddi zərbə vuracaqdı. "Neftçi" mümkün 3 xal fonunda aradakı məsafəni artıracaqdısa, "Qarabağ" qələbə qazanmaqla əsas rəqibinə çatacaq, birinci yeri ələ keçirəcəkdi. Qalib gələn tərəfin psixoloji cəhətdən hansı üstünlüyə yiyələnəcəyini söyləmək isə artıqdı. Bir sözlə, mərkəzi arena olduqca maraqlı və əhəmiyyətli bir görüşə "qucaq açdı".
Doğrudu, müstəqillik illərində elitanı tərk etməyən, titul sayına görə əsas rəqiblər olan və qızıl medallar uğrunda döyüşən tərəflərin növbəti duelində qalib müəyyənləşmədi. "Qarabağ" oyuna istəkli başladı, 6-cı dəqiqədə Dani Kintananın qolu ilə hesabı açdı. Həmin qolda Qara Qarayevin ideal ötürməsini matçın yaddaqalan anlarından biri kimi dəyərləndirmək olar. Kintananın ofsaydda olub-olmaması haqda müzakirələr yaransa da, PFL bir gün sonra epizodla bağlı görüntülər yayaraq, oyundankənar vəziyyətdən söhbət belə getmədiyini təsdiqlədi. O başqa məsələ ki, həmin anda ofsayd olsaydı, təşkilatçı qurumun kameralarının yaddaşına həkk olunanları ictimaiyyətə açıqlayacağı heç inandırıcı deyildi. Yarımsaatın tamamında Mamadu Mbocla hesabı bərabərləşdirən "Neftçi" təzyiqi artırdı. Ancaq 70-ci dəqiqədə Anton Krivotsyukun meydandan qovulması üstünlüyün "Qarabağ"ın tərəfinə keçməsi ilə nəticələndi. Lakin "köhlən atlar" sanki qələbə üçün riskə getmədi. Belə olmasaydı, baş məşqçi Qurban Qurbanov azlıqda qalan rəqibə qarşı oyunda daha bir hücumçuya şans verərdi. Bəli, ehtiyatda İnnosent Emeqara kimi forvard var idi. Heç müdafiədən yox, orta xətdən də kimisə alıb, Emeqaranı döyüşə atmaq olardı. Hər halda, qələbə daha çox ağdamlılara lazım idi və "Neftçi"nin azlıqda qalması belə gediş üçün əlverişli şərait yaratmışdı. Ancaq bir məsələ də var ki, 3 xal aradan qaldırılması mümkünsüz fərq deyil. Dəyişiklik əks effekt də verə bilər və belədə 6 xallıq məsafə yaranar, komanda çempionluq yolunda ciddi zərbə alardı. Qurbanovun da məhz bu məqamları düşündüyü şübhə doğurmur. Hə, son dəqiqələrdə Qaranın da "qırmızı" aldığını vurğulayaq. Bir sözlə, derbidə hər şey var idi: qarşılıqlı qollar, "qırmızılar", əzmkarlıq, aqressiv oyun, mövsüm üçün rekord sayda azarkeş, onların çılğın dəstəyi...
Bəs görəsən, futbolçuların prinsipial qarşılaşma haqda fikirləri necədi? Bunun üçün həm "Qarabağ"ın, həm də "Neftçi"nin bir futbolçusunun düşüncələrini öyrənmək istədik. "Köhlən atlar"dan Filip Ozobiçin, "ağ-qaralar"dan isə Soni Mustivarın fikirlərini dinlədik. Hər birinə üç eyni sualı ünvanladıq:
1. Derbidəki heç-heçə sizə, yoxsa rəqibə daha çox sərf etdi?
2. Necə düşünürsən, çempionluq uğrunda mübarizədə şəxsi oyunlar həlledici olacaq, yoxsa başqa komandalarla matçların nəticəsi?
3. Başqa amillər - azarkeş dəstəyi, hakimliyin səviyyəsi haqda nə deyə bilərsən?
Derbi bitsə də, atmacalar bitmir
Filip Ozobiç
1. Məncə, "Neftçi" "Qarabağ"la oyuna məhz heç-heçə üçün gəlmişdi ki, 3 xallıq fərqi saxlasınlar. İstəklərinə nail oldular. Bu üzdən düşünürəm ki, heç-heçə bizdən daha çox onlara sərf etdi.
2. Əlbəttə, öz aramızda olan oyunlar vacibdi. Amma nəzərə alaq ki, qarşıda 13 tur var. Bu isə çoxlu xallar deməkdi. Ona görə də ümumi götürəndə, həmin oyunların nəticəsi daha vacib olacaq, nəinki şəxsi görüşlərin.
3. Hakimliklə bağlı elə bir iradım yoxdu. Yalnız xoş sözlər deyə bilərəm. Fikrimcə, referi oyunu yaxşı idarə etdi. Azarkeşlərə gəlincə, onlar stadiona nə qədər çox gəlirsə, futbolçularda motivasiya bir o qədər çox olur. Bu, futbolçunu daha istəkli oynamağa sövq edir. Və azarkeş sayının çox olması Azərbaycan futbolunun xeyrinədi. "Neftçi" ilə görüşümüzdə də digər oyunlarla müqayisədə fanatlar daha çox idi. Bu da istər-istəməz stadionda əla ab-hava yaradırdı. Ümid edirəm ki, növbəti oyunlarda da stadionlarda azarkeş sayı çox olacaq.
Derbi bitsə də, atmacalar bitmir
Soni Mustivar
1. Turnir cədvəlinə nəzər yetirsək, deyə bilərik ki, səfərdə qazandığımız 1 xal bizim üçün yaxşı oldu. Çünki 1 xal əldə etməklə rəqiblə aramızdakı fərqi qoruyub saxlaya bildik və beləliklə, səfərdən məğlub olmadan döndük. Amma düşünürəm ki, hər iki komanda üçün qazanılan 1 xal qənaətbəxş olmalıdı.
2. Bir məqsədimiz var, o da çempion olmaqdı. Ona görə də rəqiblərimizi ayırmırıq. Hər birinə hörmət edirik və ciddi yanaşırıq. İstər "Qarabağ"la aramızda olan oyun olsun, istər başqa rəqiblərlə duel. Çalışırıq ki, hər matçda maksimumu edib 3 xal qazanaq. İstənilən rəqiblə oyunda itirilən xallar bizə çətinlik yarada bilər. Bu üzdən diqqətli olmalıyıq.
3. Azərbaycana gəlişimdən bu yana ilk dəfə stadiona bu qədər çox fanat gəlmişdi. Çox gözəl ab-hava var idi. Burdan bütün "Neftçi" fanatlarına təşəkkürümü bildirmək istəyirəm. Onlar ən yaxşılardı. Bunu son oyunda bir daha sübut etdilər. Sanki bizim üçün ev oyunu idi. Səfərdə oynadığımızı hiss etdirmədilər. Onların meydanda bizi sona qədər dəstəkləməsi əlavə stimul verirdi. İnanıram ki, hər oyundan-oyuna daha da çox azarkeş gəlib bizi bu cür dəstəkləyəcək. Çünki hər oyunda qalib gəlmək üçün onların dəstəyinə çox ehtiyacımız var. "Neftçi" fanatların sevirəm. Hakimlik haqda isə heç nə demək istəmirəm. Məncə, onlar hər oyun əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Hakim olmaq asan peşə deyil.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar