Yazarlar
Həbib
Pulun üzü qara olsunAmal
Absurdla dolu futbol
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
Heç kim uduzmaq istəmirdi...

59. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 1:1 (1:1)
12. Şahruddin Məhəmmədəliyev – 4,5
77. Vild-Donald Gerye – 6,0
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 6,0
5. Maksim Medvedev – 6,0
2. Qara Qarayev – 6,0
20. Riçard Almeyda – 5,5
17. Abdulla Zubir – 5,0
(9. Araz Abdullayev, 69) – 4,5
19. Filip Ozobiç – 6,0
10. Dani Kintana – 6,5
11. Mahir Mədətov – 5,5
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
13. Vaqner da Silva
4. Rahil Məmmədov
6. Simeon Slavçev
7. İnnosent Emeqara
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
25. Ansi Aqolli
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana
1. Səlahət Ağayev – 6,0
18. Tural Axundov – 5,5
25. Kiril Petrov – 6,0
3. Mamadu Mboc – 6,5
5. Anton Krivotsyuk – 4,5
26. Ömər Buludov – 6,0
8. Emin Mahmudov (k) – 5,5
(36. Mamadu Kane, 67) – 5,5
11. Vangelis Platellas – 6,0
(6. Qoran Paratski, 81) – qiymətsiz
93. Soni Mustivar – 6,0
9. Baqali Dabo – 6,0
22. Mirabdulla Abbasov – 5,5
(77. Elvin Sərkərov, 74) – 5,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
7. Namiq Ələsgərov
15. Ruslan Abışov
17. Rəhman Hacıyev
21. Məhəmməd Mirzəbəyov
32. Mirkamil Əliyev
33. Turan Vəlizadə
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Mamadu Mboc
Qollar: D.Kintana, 6 (1:0, Q.Qarayev). M.Mboc, 30 (1:1, K.Petrov).
Vərəqələr: M.Mboc, 28 (qeyri-idman hərəkəti). M.Mədətov, 32 (hakimin qərarına etiraz). B.Dabo, 35 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 50 (qeyri-idman hərəkəti). Q.Qarayev, 90 (qeyri-idman hərəkəti) – sarı. A.Krivotsyuk, 70 (qeyri-idman hərəkəti). Q.Qarayev, 90+2 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
3 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 6000 tamaşaçı (31200 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Neçə müddətdi futbol ictimaiyyətinin diqqəti “Qarabağ” – “Neftçi” qarşılaşmasına yönəlmişdi. Axı çempion böyük ölçüdə bu iki komandadan biri olacaq. Son 5 mövsümdə çempionluqları sıralayan Ağdam təmsilçisi, nəhayət, qarşısında gördüyü ən güclü “Neftçi”ylə ilk iki dövrədə bacarmamışdı. Roberto Bordinin komandası bir oyunda qalib gəlmiş, digərində heç-heçə etmişdi. Növbəti qələbə həm əsas rəqiblə xal fərqini artırmağa, həm də şəxsi oyunlardakı üstünlüyü möhkəmləndirməyə imkan verəcəkdi.
Hər iki komanda qış fasiləsində dəyişikliyə məruz qalmışdı. “Astana”dan “Qarabağ”a dönən Riçard Almeyda start heyətində yer almışdısa, “Neftçi”nin qış transferlərindən ikisi – Platellas və Mboc ilk dəqiqələrdən meydanda idi.
“Qarabağ” oyuna aqressiv başladı. Bunun da nəticəsində azarkeşlər erkən qola şahidlik etdilər. Dani Kintana 6-cı dəqiqədə Qaranın müdafiənin arxasına göndərdiyi ötürmə ilə qapıçıyla təkbətək çıxdı və şansını qaçırmadı. Bu epizodda “ağ-qaralar” oyundankənar vəziyyət olduğuna işarə etsələr də, köməkçisinə inanan Rəvan Həmzəzadə mərkəzi göstərdi.
Bir qədər sonra Qaranın dönən topa zərbəsi az qalla qolla nəticələnəcəkdi. Səlahət Ağayev əla reaksiya ilə topu kornerə göndərdi. “Neftçi” tədricən oyunu bərabərləşdirdi. Baxmayaraq ki, növbəti təhlükə də qonaqların qapısı qarşısında yaşandı. Belə ki, 23-cü dəqiqə Mahir az qala fərqlənəcəkdi. Son anda Petrov qapıya gedən topun qarşısını ala bildi. “Neftçi”nin qapıya ilk zərbəsi isə qolla nəticələndi. Hesab 30-cu dəqiqədə standart vəziyyətdən sonra vurulan qolla bərabərləşdi. Hər şey Mustivarın əzmkarlıq göstərərək komandasına korner qazandırmasından başladı. Standart vəziyyətdən sonra qapı qarşısına göndərilən topa əvvəlcə Petrov, ardınca Mamadu Mboc başla toxundu ku, sonuncunun hava mübarizəsindən qalib ayrılıb endirdiyi zərbə qolla nəticələndi. Bu epizodda Şahruddinin çıxışda kobud səhvi də qeyd olunmalıdı.
37-ci dəqiqədə Emin Mahmudovun ara ötürməsindən sonra Dabo qapıçı ilə təkbətək çıxsa da, Şahruddin bu dəfə vəziyyəti düzgün dəyərləndirib irəli çıxdı və rəqib hücumçudan öncə topa çatıb təhlükəni uzaqlaşdırdı. Bir dəqiqə sonra “Qarabağ” standart vəziyyətdən sonra yenidən hesabda önə keçə bilərdi. Ancaq Ozobiçin rəqibin cərimə meydançasının sağından yaxın küncə ünvanladığı topu Səlahət zərərsizləşdirə bildi.
İkinci hissədə ilk təhlükəli vəziyyət də “Neftçi”nin qapısı qarşısında yaşandı. 52-ci dəqiqədə Kintananın təxminən 30 metrdən cərimə zərbəsindən qapıya göndərdiyi top dirəyin bir neçə santimetrliyindən keçdi. Əslində ikinci yarıya qonaqlar fəal başlamışdı. İrəlidə pressinq tətbiq etməklə rəqibini təzyiq altında saxlayan “Neftçi” bir neçə dəfə fərqlənməyə yaxın oldu. 57-ci dəqiqədə az qala Şahruddin “Qarabağ”ı yenə “dəfn edəcəkdi”. Mirabdullanın asmasına Dabodan öncə çatmağa çalışan qapıçı kobud səhvə yol verdi. Yaxşı ki, boşda qalan topa qonaqlardan özünü çatdıran olmadı.
Hissənin ortalarına doğru meydanda açıq futbol gedirdi. Hər iki tərəf qələbə qolunu vurmaq üçün irəli atılsa da, “Neftçi”nin həmlələri daha kəsərli alınırdı. 59-cu dəqiqədə Tural Axundovun cinah ötürməsinə ayaq qoyan Dabonun zərbəsi hədəfə düşmədi. 64-cü dəqiqədə isə əks-hücumdan sonra “Neftçi” az qala hesabda önə keçəcəkdi. Platellasın ötürməsindən sonra cərimə meydançasına daxil olan Emin Mahmudovun zərbəsi Şahruddindən də keçdi, ancaq uzaq dirəyin dibindən çölə çıxdı. Ancaq bir qədər sonra Krivotsyuk qırmızı vərəqə ilə komandasını azlıqda qoydu və bundan sonra təşəbbüs tam “Qarabağ”ın tərəfinə keçdi. Qurban Qurbanovun komandası bir neçə dəfə say üstünlüyündən yararlanmağa yaxın oldu. 75-ci dəqiqədə Mahir cinahda Petrovu arxada qoyub cərimə meydançasına daxil oldu və mərkəzə ötürmə etdi ki, Ozobiç əlverişli vəziyyətdən “çərçivə”yə düşə bilmədi. 86-cı dəqiqədə Ozobiç növbəti dəfə fürsət əldə etdi. Müdafiəni təkbaşına yarıb cərimə meydançasına daxil olan xorvatiyalının iti bucaq altında zərbəsini Səlahət “çərçivə”dən uzaqlaşdırdı. Ümumiyyətlə, “Neftçi” son dəqiqələrdə tam müdafiəyə qapanmışdı. Qonaqlar hardasa 21-22 dəqiqə əziyyət çəkdi. Matçın sonluğunu isə tərəflər 10 nəfərlə keçirdi. Belə ki, hakimin əlavə etdiyi dəqiqələrdə Qara kobud oyuna görə ikinci sarı vərəqə - “qırmızı” alıb meydandan qovuldu. Beləliklə, rahat nəfəs alan “Neftçi” meydandan istədiyi nəticə ilə ayrıldı.
MİRAĞA
Reaksiyalar
Rəşad Sadıqov: “Azarkeşlər üçün maraqlı və sürətli oyun oldu. Fasilədən sonra ilk görüş olmasına baxmayaraq, hər iki komanda çalışdı ki, keyfiyyətli oyun göstərsin. Ümumən baxımlı görüş idi. Çalıdıq ki, aradakı xal fərqini qapadaq, ancaq olmadı. Demək olar ki, "Neftçi" istədiyi nəticəni əldə etdi. Ümumilikdə bərabərliyi ədalətli nəticə saymaq olar. Hiss olunurdu, "Neftçi" daha rahat oynayır. Biz də yaxşı başlamışdıq matça, ancaq buraxdığımız ucuz qoldan sonra komanda ruhdan düşdü. İkinci hissədə isə açıq oyun getdi. Anton qırmızı alandan sonra tam üstünlük bizim tərəfimizə keçdi”.
Dani Kintana: “Rəqib qol vurana qədər hər şey plana uyğun gedirdi. Qol buraxandan sonra vəziyyət dəyişdi. Nəticəni ədalətli saymaq olar. Təəssüf ki, bu qolum komandaya qələbə gətirmədi. Ona görə evə könülsüz gedirəm. Rəqib müdafiəçilərin sərt oynandığını deməzdim. Belə hallar liderlərin oyununda normal haldı”.
Mamadu Mboc: “Bizim üçün çox yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynadıq. Bura qələbə üçün gəlmişdik. Heç-heçəni də müsbət nəticə saymaq olar. İlk rəsmi oyunda qol vurduğuma görə sevinirəm. Komandama faydalı olmağa çalışıram”.
Şərh yaz