05 fev 14:19liqa, reportaj

“Səbail” “Keşlə”ni darmadağın etdi

“Səbail” “Keşlə”ni darmadağın etdi
“ASK Arena”nın işıqlandırılmasında problem yarandı
58. Keşlə – Səbail 0:3 (0:1)
1. Kamran Ağayev (k) – 3,5
19. Azər Salahlı – 4,0
33. Tərlan Quliyev – 4,0
3. Denis Silva – 4,0
2. Sərtan Taşkın – 3,5
8. Seymur Əsədov – 4,0
(14. Andre Klennon, 46) – 4,0
25. Con Kamara - 4,5
17. Samir Məsimov – 4,5
(65. Cabir Əmirli, 75)
32. Valeri Kutsenko - 4,0
11. Vüsal İsgəndərli – 5,0
9. Amil Yunanov – 4,0
(23. Conatan Ayite, 75) – 4,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
66. Murad Qayalı
90. Orxan Fərəcov
91. Nurlan Quliyev
93. Edvinas Girdvainis
95. Cavid Əliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli

1. Aleksandr Rıbka – 5,5
13. Şəhriyar Rəhimov – 5,0
5. Vüqar Bəybalayev – 5,5
99. Maudo Jarjue – 5,5
32. Elvin Yunuszadə - 5,5
7. Fəhmin Muradbəyli – 5,5
14. Rahid Əmirquliyev (k) – 5,5
27. Emil Martinov – 5,0
10. Ağabala Ramazanov – 5,5
(18. Aqşin Qurbanlı, 72) – 5,0
28. Kevin Kubemba – 5,5
(88. Orxan Qurbanlı, 77) – 5,0
11. Ruslan Qurbanov – 6,0
(8. Yevgeni Koçuk, 70) – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
3. Tamazi Tsetsxladze
4. Enrike Perilyo
17. Elçin Rəhimli
19. Ruslan Hacıyev
26. Kamal Qurbanov
50. Fərhad Vəliyev
70. Urfan İsmayılov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ruslan Qurbanov
Qollar: K.Kubemba, 14 (0:1, R.Qurbanov). E.Yunuszadə, 53 (0:2). A.Ramazanov, 60 (0:3).
Vərəqələr: V.İsgəndərli, 65 (qeyri-idman hərəkəti). C.Əmirli, 78 (qeyri-idman hərəkəti). C.Ayite, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Cəmil Quliyev, Mübariz Haşımov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
2 fevral. Bakı. ASK Arena. 450 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Qış fasiləsindən sonra ilk oyun olduğundan, proqnoz vermək çətin idi. Üstəlik, heyətlərdə də müəyyən yeniliklər görmək mümkün idi. Meydan sahibləri “11-lik”dəki Con Kamara, Valeri Kutsenko və Vüsal İsgəndərlinin timsalında güclənmək niyyətinə düşmüşdüsə, qonaqların yeniləri Aleksandr Rıbka ilə Elvin Yunuszadəydi. Rıbkanın qapıçı olduğunu nəzərə alsaq, əsas dəyişiklik Elvinlə bağlı idi ki, bunu da ciddi dəyişiklik saymaq olmaz. Qısası, oyun planında daha çox “Keşlə”nin əziyyət çəkəcəyini gözləmək olardı ki, belə də oldu.
Çempionatın ilk yarısında bu komandalar arasında baş tutan iki oyunda “Səbail”in qalib gəlməsi “qırmızılar”ı qıcıqlandırmaya bilməzdi. Amma oyunun ilk 10-12 dəqiqəsində kimin meydan sahibi, kimin qonaq olduğunu ayırd etmək asan deyildi. Hər iki komandanın üzvləri yararsız qazon üzərində mübarizə aparıb, top dalınca qaçsalar da, futbol adına maraqlı heç nə görə bilmirdik. Sona qədər də belə oldu. “Keşlə”lilər buraxdıqları kobud səhvlərlə özləri üçün “quyu qazmış” oldular. Öncə Sərtan rəqibin cərimə meydançası həndəvərində artıq hərəkətlər edəndə topu itirdi ki, əks-hücumlara bel bağlayan rəqib qol istəyinə çatdı. Kubemda Ruslanın cinah asmasını başla Kamranın qoruduğu qapıdan keçirdi. “Səbail”in futbolçuları rəqibə nisbətən cəld və hərəkətli görünürdülərsə, “Keşlə”lilər rəqibin cərimə meydançasında təzyiq yaratmaq baxımından korluq çəkirdilər. Oyun qurucusu funksiyasını yerinə yetirməli olan Kutsenkonun ritmə düşə bilməməsi “qırmızılar”ın çıxışına təsirsiz ötüşməyə bilməzdi. Tərlan Əhmədovun yetirmələri 27-ci dəqiqədə real qol fürsəti yaxaladı. İlk hissədə meydanda ən fəallardan olan Vüsalın qapı qarşısına əla ötürməsinə çatan Samirin dabanla fərqlənmək istəyinə zərbənin zəif alınması və topun Rıbkanın üstünə getməsi mane oldu. 38-ci dəqiqədə isə Kamara premyer-liqada qol hesabını aça bilərdi. Qaradərilinin uzaqdan gözlənilməz zərbəsini Rıbka əla seyvlə kornerə çıxarmasaydı, komandalar fasiləyə heç-heçə ilə yollanacaqdılar.
Fasilədə paltardəyişmə otağında isti duş qəbul edə bilməyən meydan sahibləri ikinci hissənin əvvəlində “soyuq duş”un həzzini yaşamalı oldular. Bərabərlik qolunun arzusunda olan “Keşlə”nin üzvləri 7 dəqiqə ərzində topu iki dəfə öz qapılarından çıxarmaqla bir növ məğlubiyyətlə barışdılar. Öncə cərimə zərbəsindən qapı qarşısına asma zamanı Klennonla Kamran bir-birini anlamadı və Elvin “Səbail”in heyətində ilk rəsmi matçında ilk qolunu vurdu. Bir saatın tamamında isə Azər lazımsız vəziyyətdə topu Kamrana ötürdü. Pressinq edən Ağabala qolkiperin topu uzaqlaşdıra bilməməsindən istifadə edib adını qol vuranların siyahısına yazdırdı. Bu qol tamaşanın sonu indi. Hərçənd Əhmədov birdən-birə etdiyi iki əvəzetmə ilə nəyəsə ümid edirdi. Amma qələbə hesabını qoruyan və qapısında top görməyən “Səbail” lazım olan 3 xalı qazanmaqda çətinlik çəkmədi. Hər nə qədər rəqib futbolçuların kobud səhvləri qonaqların üzünün gülməsinə səbəb olsa da…

Gözdən qaçmadı...
* Hakimin start fitindən əvvəl qonaq komandanın çalışdırıcısı Aftandil Hacıyev Tərlan Əhmədova yaxınlaşıb əlini sıxdı.
* Qarşılaşmadan əvvəl yanvarın 28-də dünyasını dəyişən “Qarabağ”ın yaradıcılarından biri, uzun illər klubun prezidenti olmuş Adil Nadirovun ölümü birdəqiqəlik sükutla yad olundu.
* İkinci hissə başlar-başlamaz projektorların işıqları zəiflədi. Buna səbəb bir neçə lampanın sönməsi və ya söndürülməsiydi.
* Ağabala qol vurandan sonra sürətlə ehtiyat oyunçular skamyasına tərəf qaçdı. Orda əyləşənlərdən birini qucaqlayınca, digər komanda yoldaşları da qolu həmin şəxslə bayram etdi.
* Oyunun sonlarına yaxın mərkəz müdafiəçiləri olan komanda yoldaşları – Elvin Yunuszadə ilə Maudo Jarjue arasında mübahisənin nədən qaynaqlandığını bilməsək də, hər ikisi əsəblərinə vaxtında hakim olmağı bacardı.
* Əvvəlki dönəmlərdən fərqli olaraq, bu dəfə mətbuat konfransında jurnalistlərin akkreditə vərəqələrinin yoxlanılması prosesi gücləndirilmişdi. Hətta buna görə PFL-in verdiyi vəsiqəni unudan təcrübəli həmkarlarımızdan biri konfrans otağına buraxılmadı.
* Mətbuat konfransında jurnalistlərin önündə öncə qonaq komandanın çalışdırıcısı Aftandil Hacıyev əyləşməli olsa da, “Səbail”in baş məşqçisinin yubanmasına görə suallarımızı birinci Tərlan Əhmədov cavabladı.

Reaksiyalar
Tərlan Əhmədov: “Belə oyundan sonra adam deməyə söz tapmır. Bayaqdan oturub fikirləşirəm, elə səhvlərə yol verdik ki… 3 xalı rəqibə, sadəcə, hədiyyə etdik. Uşaq səhvlərinə yol verdik, rəqib də bundan yararlandı. Özüm üçün də gözlənilməz oldu. Slavik Alxasovla Nikola Mitroviçin olmaması oyun planında özünü göstərdi. Qısası, bu gün istədiyimiz futbolu görmədik. Antalyadakı komandadan əsər-əlamət yox idi. Nə deyəcəyimi də bilmirəm. Futbolda belə hallar olur. Yaxşı ki, indi baş verdi. Çatışmazlıqlar üzərində çalışıb növbəti qarşılaşmalara hazırlaşacağıq. İnşallah, oyundan-oyuna “Keşlə”ni görəcəksiz. Kamran Ağayevin səhvlərinə gəlincə, səhv hamıda olur, heç kim bundan “sığortalanmayıb”. Fasilədən sonra ilk oyun idi, həyəcan hiss olunurdu. Komandada bir neçə yerli futbolçu da var. “Zirə”nin uduzmasının futbolçularda hansısa psixoloji arxayınlıq yaratdığını düşünmürəm. Çünki bununla bağlı qadağa qoymuşam. Oyun günü başqa qarşılaşmalarda qeydə alınan nəticələrlə bağlı heç kimə məlumat verilməməlidi”.
Aftandil Hacıyev: “İlk növbədə bir neçə gün öncə dünyasını dəyişən Adil Nadirova Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Futbola ürəklə yanaşan insanlardan idi, “Qarabağ”ın yaranmasında böyük xidmətləri olub. Oyuna gəlincə, istəkli başladıq, müəyyən tapşırıqlarımız var idi ki, hardasa həyata keçirə bildik. Futbolçular əllərindən gələni əsirgəmədilər. Əlbəttə, qələbə ilə başlamaq yaxşıdı. Amma unutmayaq ki, qarşıda bizi daha çətin oyunlar gözləyir. Bu cür davam etsək, hədəfə çata bilərik. Açığı, görüşün bu cür üstünlüyümüz şəraitində keçəcəyini gözləmirdik. “Keşlə” ölkə kubokunun sonuncu qalibidi. Üstəlik, təcrübəli baş məşqçiyə sahibdilər. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə” fərqli futbol oynayır. Kubokda “Qarabağ”la qarşılaşmalarda bunu gördük. Ola bilsin, fasilədən sonra ilk oyun idi deyə belə alındı. Tərlan Əhmədovun “3 xalı rəqibə hədiyyə etdik” deməsinə şərh vermək istəmirəm. Hər insanın öz fikri var. Bir onu deyə bilərəm ki, layiqli qələbə qazandıq. Biz bu gün daha yaxşı hazırlaşmışdıq. Futbolçularımın zəhmətini yerə vura bilmərəm. Koçuk qış hazırlığına ayağındakı ağrılarla başlamışdı. Toplanışın sonuna 4-5 gün qalmış kollektiv çalışmalara qoşuldu. Hətta bu gün də ağrıları var idi. Həm zədəsini, həm də qazonun durumunu nəzərə alıb, bu gün onu ehtiyatda saxladıq… Məşq etmək, yaxud yaxşı oynamaqla iş bitmir. Futbolçu üçün rejim çox vacibdi. Rejimə diqqət yetirə bilsə, Ruslan Qurbanov bundan da yaxşı oynaya bilər. Bacarığına bələd olan biri kimi bunu əminliklə söyləyirəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar