05 fev 14:15liqa, reportaj

“Qartal”ı “yuva”sında ovladılar

“Qartal”ı “yuva”sında ovladılar
Samir Abasov: “Hər şey etdik ki, özümüzü çuxura, pis vəziyyətə salaq”
57. Zirə - Sabah (Bakı) 0:2 (0:0)
85. Kamal Bayramov (k) – 4,0
26. Miloş Radivoyeviç – 3,5
(77. Mirsahib Abbasov, 46) – 3,5
14. Bəxtiyar Həsənalızadə - 3,5
27. Adrian Skarlatake – 4,0
2. İlkin Qırtımov – 3,5
6. Vüqar Mustafayev – 3,5
11. Dilan Duvetru – 4,0
(23. Mfo Kqasvane, 63) – 3,5
9. Aleksandr Dedov – 4,5
(18. Xulio Sezar Rodriges, 77) – qiymətsiz
38. İlkin Muradov – 4,0
88. Tellur Mütəllimov – 3,5
91. Bilal Həmdi – 4,0
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
3. Budaq Nəsirov
8. Kamal Mirzəyev
10. Sadio Tounkara
17. Robin Nqalande
20. Fofana İsmael
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Aleksandr Dedov

30. Saşa Stamenkoviç – 5,0
17. Təmkin Xəlilzadə - 5,5
13. Filip İvanoviç – 5,5
5. Kərim Diniyev – 5,5
19. Məqsəd İsayev – 4,0
15. Erik Ramos – 5,5
(33. Eltun Turabov, 90) – qiymətsiz
7. Rəşad Eyyubov – 5,5
8. Elşən Abdullayev – 4,5
(91. Coşqun Diniyev, 46) – 5,5
10. Cavid İmamverdiyev (k) – 5,5
(21. Novruz Məmmədov, 86) – qiymətsiz
11. Elgün Nəbiyev – 5,0
9. Marko Deviç – 6,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
4. Tərzin Cahangirov
6. Vadim Abdullayev
22. Miloş Bosançiç
25. Vanderson Silva
27. Bəxtiyar Soltanov
88. Elçin Əsədov
97. Emil Qasımov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Marko Deviç
Qollar: M.Deviç, 47-p. (0:1). R.Eyyubov, 68 (0:2, M.Deviç).
Vərəqələr: M.İsayev, 18 (qeyri-idman hərəkəti). E.Ramos, 18 (hakimin qərarına etiraz). İ.Qırtımov, 44 (qeyri-idman hərəkəti). B.Həmdi (fasilədə, qeyri-idman hərəkəti). B.Həsənalızadə, 47 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 48 (qeyri-idman hərəkəti). İ.Muradov, 51 (perspektivli hücumun qarşısını kəsmək). C.İmamverdiyev, 74 (qeyri-idman hərəkəti). R.Eyyubov, 85 (qeyri-idman hərəkəti) - sarı. M.İsayev, 25 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı). V.Mustafayev, 62 (rəqibi bilərəkdən vurmaq) – qırmızı.
Hakimlər: RAUF CABBAROV, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
2 fevral. Zirə. İdman Kompleksinin stadionu. 200 tamaşaçı (1512 yerlik).
Oyunun qiyməti: 5,5.
“Zirə” uzun müddətdən sonra “yuva”ya döndü. Qeyd edək ki, “qartallar” mövsümün ilk yarısında təmirdə olduğu üçün doğma arenadan uzaq düşmüşdü. Ancaq süni qazonu təbii ilə əvəzlənən Zirə İdman Kompleksinə qayıdış də çempionatın autsayderinin köməyinə çatmadı.
Halbuki qələbə üçün yaxşı fürsət yarandı. Artıq 25-ci dəqiqədə Məqsəd ikinci “sarı”dan sonra meydandan qovuldu. Lakin Abasovun yetirmələri say üstünlüyünü meydanda əks etdirə bilmədi. Hələ İsayevin “qırmızı”sına qədər Muradov Dedovun ötürməsindən sonra fərqlənmək imkanı yaxalasa da, zərbəsi effektli alınmamışdı. Hər halda, “Sabah”ın azlıqda qalması hiss olunmurdu. Əksinə, 34-cü dəqiqədə Təmkin Tellurdan topu “oğurlayandan” sonra bir qədər dəqiq oynasaydı, “atəşkəs pozulacaqdı”.
Əhmədovun komandası ikinci yarıya qolla başladı. Qırtımovun səhv ötürməsi zamanı Eyyubov topu ələ keçirdi və İmamverdiyevi qapıçı ilə duelə göndərdi. Həsənalızadə isə sabiq komanda yoldaşının qarşısını kobud oyunla aldı. “Nöqtə”yə yaxınalaşn Deviç Bayramovla “kürə”ni fərqli istiqamətlərə göndərməklə çempionatda 7-ci qolunu vurdu. Əslində 57-ci dəqiqədə “qartallar” “status-kvo”nu bərpa etməyə yaxın idi. Ancaq Qırtımovun qapı önünə ötürdüyü top öncə Kərimə, daha sonra Saşaya dəyib qapıya istiqamətlənsə də, sonda dirək qonaqları qoldan xilas etdi. Çox keçmədən “Zirə” də azlıqda qaldı. Top uğrunda mübarizə zamanı Erik Vüqara qarşı kobud oynadı, sonuncu dərhal cərimə zərbəsini yerinə yetirmək istəyərəkən Marko onun qarşısını kəsdi. Mustafayev isə komandasının hesabda geri olduğunu dərk edib təmkinli davranmaq əvəzinə, Deviçin sinəsinə zərbə endirdi. Hücumçu üzünü tutub yerə sərildi, hakim də Mustafayevi birbaşa “qırmızı” ilə meydandan qovdu. 68-ci dəqiqədə zirəlilərin xal arzusu böyük ölçüdə puç oldu. Egün qapıya paralel ötürmə etdi, “qartallar”ın müdafiəçilərinin, xüsusən də Tellurla İlkinin topu olduqca məsuliyyətsiz, bir o qədər də həvəskar şəkildə uzaqlaşdırmaq cəhdləri fayda vermədi. “Kürə” Deviçə çatdı, təcrübəli forvard Eyyubovu zərbə mövqeyinə çıxardı, sonuncu isə dəqiq vuruşla Bayramovu məyus etdi. Qalan dəqiqələrdə “Zirə”dən Mirsahibin, “Sabah”dan isə Təmkinin zərbələri yaddaqalan alınsa da, matçda başqa qol olmadı. Beləcə, “qartallar” cari mövsüm “doğma divarlar” arasında keçirdiyi ilk matçda da çox zəif oyun sərgilədi və məğlubiyyətlə üzləşdi.
FARİZ

Gözdən qaçmadı...
* Oyundan öncə jurnalistlərə təqdim olunan protokol fərqli idi. Belə ki, hər komandanın heyəti ayrı-ayrı vərəqlərdə göstərilmişdi. Halbuki daha öncə hər iki komandanın üzvlərinin adı bir vərəqdə yer alırdı. Özü də protokolda əsas komanda ilə yanaşı, əvəzedicilərin də heyəti qeyd olunmuşdu. Daha bir fərqlilik isə start “11-lik” və ehtiyatda olanların müəyyənləşdirilməsi ilə bağlı idi. Məlum olduğu kimi, ilk olaraq start heyəti göstərilir, daha sonra ehtiyatdakıların adı qeyd edilirdi. Bu dəfə isə oyunçuların ad-soyad və təvəllüdündən sonra iki xana ayrılmışdı. Bu xanalardan birincisi start heyəti, ikincisi isə ehtiyat qüvvə üçün nəzərdə tutulmuşdu. Futbolçular sıralanmışdı, xanalara qoyulan “X”-lar isə onların start, yoxsa ehtiyat oyunçu olduğunu müəyənləşdirməyə imkan verirdi. Maraqlıdı ki, protokolun yuxarısında “cəzalı, zədəli, adı siyahıda olmayan futbolçular ehtiyat skamyada otura bilməz” qeydi də var idi. Olmaya çempionatın ilk yarısında “Səbail”lə səfər oyununda protokolda yol verilən səhv üzündən texniki məğlubiyyət alması “Zirə”nin belə addım atmasına səbəb olub?
* Oyundan öncə öyrəndik ki, Zirə İdman Kompleksində yenilik təkcə stadiona döşənən təbii qazon deyil. Belə ki, idman qurğusunda tibb otağı da yaradılıb ki, matçı izləyənlərdən kiminsə halı pisləşsə, dərhal ona yardım etmək mümkündü. Bu haqda diktor tərəfindən stadiondakılar məlumatlandırıldı. Özü də deyəsən, AFFA klublara tapşırıb ki, belə elan verin.
* Turun bütün qarşılaşmalarında olduğu kimi, “Zirə” – “Sabah” matçı da birdəqiqəlik sükutla başladı. “Qarabağ”ın təsisçilərindən olan, Ağdam klubunun sabiq futbolçusu və baş məşqçisi, son illərdə AFFA nümayəndəsi kimi də fəaliyyət göstərən, yanvarın 28-də dünyasını dəyişən Adil Nadirovun xatirəsi ehtiramla yad edildi.
* Rəşadın qolu zamanı meydanda maraqlı mənzərənin şahidi olduq. Artıq xeyli müddətdi ki, ölkə çempionatında top qovan Diniyev qardaşları – Coşqunla Kərim Eyyubova yaxınlaşıb sevinclərini birgə qeyd etdilər.
* Komandası onu qələbə ilə sevindirməyi bacarmasa da, fevralın 2-də 41 yaşını tamamlayan Samir Abasovun mətbuat konfransında üzü güldü. Belə ki, sport24.az saytının redaktoru Mehman Süleymanov sual-cavab yekunlaşdıqdan sonra çalışdırıcını tortla təbrik etdi. Həmkarımız Abasova uğurlar arzuladı, “Zirə”nin baş məşqçisi isə diqqətə görə təşəkkürünü bildirdi. Onu da qeyd edək ki, adı çəkilən portal baş məşqçiləri ad günlərində oxşar qaydada təbrik etməyi ənənəyə çevirib.

Reaksiyalar
Elşad Əhmədov: “Maraqlı oyun keçdi. Matçın əvvəllərində azlıqda qalsaq da, futbolçular ruhdan düşmədilər. Rəqibi təzyiq altında saxladıq. Demək olar, ikinci yarıda oyunu tam ələ ala bildik. İlk qol bizə daha da motivasiya verdi. Rəqibə 90 dəqiqə ərzində cəmi 1 qol şansı verdik ki, o da düşünülmüş hücum zamanı olmadı. Daha öncə də dediyim kimi, bir hücumçuya ehtiyacımız var. Ola bilər ki, forvard transfer etdik. Yeni futbolçularımızın üçü də özünü yaxşı tərəfdən göstərdi. Onların hər üçünə “sağ ol” düşür”.
Samir Abasov: “Bizim üçün həddən artıq çətin, ürək açmayan və pis oyun oldu. Özümüz özümüzdən bunu gözləmirdik. Görünən odu ki, yoxlama matçları ilə çempionat qarşılaşmalarının fərqinə varmadıq. Deməzdim ki, Antalyadakı oyunlara görə rahatlaşmışdıq. Sadəcə, öz azarkeşlərimizin önündə çox həyəcanlı oynadıq. Bu da ilk dəqiqələrdən sezilirdi. Xüsusən də bəzi oyunçularda. Matçdan əvvəl də uşaqlara demişdim ki, bir nəfər oyundan qopsa, problemlər yaşayacağıq. Lakin ilk hissədə 1 yox, 5-6 futbolçumuz oyundan qopdu. “İp”i əlimizdən verdik, toparlana, yığıb-yığışdıra bilmədik. Bəlkə də soruşacaqsız ki, yeni gələnləri niyə meydana buraxdız? Onlardan bu gün nəsə gözləmirdik. Sadəcə, istədik ki, ab-havanı, çempionatımızı hiss etsinlər. Çünki onların tezliklə formaya düşüb bizə kömək etmələrini istəyirik. Böyük problemlərimiz var, xüsusən də hücum xəttində. Yeni 4 legionerimizdən nisbətən hazır olan ikisini meydana buraxdıq. Yavaş-yavaş başqalarını da hazırlayıb, mübarizəyə atacağıq. Bizə 3-4 tur lazımdı ki, onlar formaya düşsünlər. Bu gün hardasa ümidlərin kəsildiyi bir oyun idi. Hər şey etdik ki, özümüzü çuxura, pis vəziyyətə salaq. Belə olacağını gözləmirdik, əsla rahatlıq yox idi. Ancaq bilmirəm, nə oldu futbolçularımıza... Komanda tapşırıqlarımın neçə faizini meydanda göstərdi? Faizlə dəyərləndirsək, sıfır. Hansısa futbolçunun bilmədiyimiz səbəbdən oyunu getmirsə, həyəcan düşürsə, artıq meydanda rəqibin 10 nəfər qaldığının fərqinə varmır. O, öz ab-havasında oynayır. Təəssüf ki, bu gün belə futbolçularımız çox idi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar