30 yan 15:52liqa

Əzəli rəqiblərin mövqelər üzrə müqayisəsi

Əzəli rəqiblərin mövqelər üzrə müqayisəsi
“Qarabağ” yarımmüdafiəsi, “Neftçi” qapısı və hücumu ilə öyünə bilər
Derbiyə qalan günlərin sayı azaldıqca, həyəcan artmaqdadı. Fevralın 3-də çempionluq uğrunda mübarizə aparan iki komandanın – “Qarabağ”la “Neftçi”nin duelində hansı tərəfin qalib gələcəyinə dair proqnoz vermək çətindi. Arada təxminən ayyarımlıq fasilə olmasaydı, dekabrda özünə bənzəməyən “ağ-qaralar”ın məğlubiyyət faizinə daha çox pul atmaq olardı. Ancaq indiki durumda hər şey fərqlidi. Hər iki komanda heyətini gücləndirib, Antalya hazırlığından qayıdıblar, aradakı 3 xallıq fərqin həyəcanı və s.
Heç şübhəsiz, matça damğa vuran adlar olacaq. Fərqi yoxdu, “Qarabağ”da, ya da “Neftçi”də. Fərqi yoxdu, yaxşı və ya pis mənada. Bir məqam dəqiqdi ki, futbolçuların ustalıq səviyyəsi və bacarığı bu cür qarşılaşmalarda ön plana çıxır. Görəsən, heyət və mövqelər baxımından hansı komanda rəqibindən üstündü? Başqa cür desək, birini digərindən fərqləndirən əsas cəhət(lər) hansı(lar)dı?
qapı
Yer öz oxu ətrafında tərsinə dövr etməsə, Qurban Qurbanov qəfil postunu tərk etməsə, ağdamlıların qapısını Şahruddin Məhəmmədəliyev qoruyacaq. Hər halda, qardaş ölkədəki yoldaşlıq görüşlərində baş məşqçi əsas heyətdə məhz Dağıstan əsilli “azərbaycanlıya” şans verirdi. “Ağ-qaralar”da bir nömrəli əlcək sahibi isə qapıda görməyə alışdığımız Səlahət Ağayev idi. Dünən də belə olub, bu gün də belədi, çox güman, sabah da eyni cür olacaq.
Bu iki qapıçının səviyyə fərqi arasında müqayisə aparmaq ağılsızlıq olar. Ağayevin yaşca özündən kiçik həmkarından həm təcrübə, həm boy, həm də çıxışlardakı etibarlı oyun baxımında üstün olduğu gün kimi aydındı. Üstəlik, “Qarabağ”ın qapısı çempionatın əvvəlki illərində olduğu kimi toxunulmaz deyil. “Köhlən atlar” premyer-liqanın ilk yarısında qapısında 11 qol görübsə (“Səbail”lə texniki məğlubiyyətə görə verilən 0:3 hesablı yenilgini nəzərə almadan), Antalyadakı 4 oyunun hər birində rəqibləri təmsilçimizi ümumilikdə 6 dəfə oyuna mərkəzdən başlamağa məcbur edibsə, deməli, vəziyyət heç də ideal deyil. Qısası, “çərçivə”dən danışırıqsa, “Neftçi”nin rəqibi ilə müqayisədə müəyyən üstünlüyə sahib olduğunu deməliyik.
müdafiə
Birmənalı fikir səsləndirmək çətindi. Təbii, “Qarabağ”ın müdafiə xəttində yer alanların hər biri faktiki və sabiq yığma üzvləridi. Maksim Medvedevlə Bədavi Hüseynov yığmamızın dəyişməz üzvləri sayılırsa, Rəşad Sadıqov 2017-nin payızına qədər həmin komandada kapitan sarğısını daşıyırdı. Vild-Donald Gerye isə Haiti millisində ən çox sevilən futbolçulardandı.
Qış fasiləsindən sonra “ağ-qaralar”ın cinahlarında Tural Axundovla Anton Krivotsyukun yer alacağına inanmaq olar. Arxa xəttin mərkəzinin Kiril Petrov - Mamadu Mboc tandeminə həvalə olunacağı gözlənilir. Hər halda, zədəsini yeni sağaldan Ruslan Abışovun “11-lik”də olması sürpriz sayılar.
Ad, nüfuz və qiymət baxımından təkcə Gerye rəqibin dörd müdafiəçisinə dəyər. Haitili qədər olmasa da, Maksimin də özünə görə səviyyəsi var. Yəni cinahlardakı üstünlük birmənalı “Qarabağ”ın tərəfindədi. Təəssüf ki, eyni sözləri mərkəzdə yer alanlar haqda deyə bilməyəcəyik. Antalyadakı sınaq matçlarında ağdamlıların müdafiəsində ağırlığın olması üzə çıxdı. Rəşad Sadıqovun ləngliyini 37 yaşına bağlamaq olar. Bədavinin əvvəlki formasından uzaq düşməsi isə zədədən sonra hələ də özünə gələ bilməməsinə görədi. Yəni rəqibin heyətində Dario Federiko, Baqali Dabo və Mirabdulla Abbasov kimi sürətli futbolçuların Bədaviylə Rəşadı səhv buraxmağa məcbur edəcəyini gözləmək olar. “Ağ-qaralar” isə əsas diqqəti müdafiəyə ayıranda etibarlı olmağı bacarırlar. Hər halda, ağdamlılarla ilk yarıda baş tutan 2 oyunda qapılarından cəmi 2 top buraxıblar. Deyək ki, müdafiə ilə bağlı qüvvələr nisbəti aşağı-yuxarı bərabərdi.
yarımmüdafiə
Adlara baxdıqdan sonra bu mövqe üzrə uzun-uzadı müqayisə aparmaq insanları özünə güldürmək cəhdindən başqa bir şey deyil. Meydan sahiblərinin orta xəttinin mərkəzində Qara Qarayev, Miçel və Riçard Almeyda “üçlüy”ünün yer alacağı gözləniləndi. Cinahlar isə ənənəvi olaraq Abdulla Zubirlə Dani Kintanaya tapşırılacaq. Qaradan başqa - Riçardı da braziliyalı saysaq – hamısını legionerdi. Həm də kifayət qədər təcrübəsi olan əcnəbilər.
“Neftçi”də isə Emin Mahmudov – Soni Mustivar – Vangelis Platellas “üçlüy”ünə cinahlardan Dario ilə Dabonun dəstək verəcəyi gözləniləndi. Düzdü, bakılıların yarımmüdafiəsində ağdamlılarda olduğu kimi əcnəbilərin say üstünlüyü özünü göstərir. Amma razılaşaq ki, arada ciddi fərq var. Məsələn, Qaradan fərqli olaraq, Emin zədədən və əməliyyatdan qayıdıb. Mustivar bacarıqlı futbolçudu, amma Miçel qədər effektli görünmür. Hər halda, ispanın həm top almaq, həm hücum qurmaq, həm də özlərinin və rəqibin cərimə meydançasında başla oynamaq bacarığı haitili həmkarı ilə müqayisədə artıqdı. Platellas hərəkətli və texnikalı futbolçu olsa da, “Neftçi”də və çempionatda yenidi. Ona görə də Riçardla müqayisə oluna bilməz. Yalnız Dabonu fərqləndirə bilərik ki, topla oynamağı sevən Zubirdən fərqli, o daha sərt və hərəkətlidi, üstəlik, qol vurmağın yollarını bilir. Texnikalı Darionun “canavar” ləqəbli Geryenin cinahında nəsə edə biləcəyi isə inandırıcı görünmür. Yarımmüdafiəçilərin müqayisəsində üstünlük “Qarabağ”ın tərəfindədi.
hücum
“Qarabağ”da yaş limitinə uyğun gələn ən real namizəd Mahir Mədətovdu ki, çox güman, qol vurmaq tapşırığı ona veriləcək. “Ağ-qaralar”da isə bu tapşırığın öhdəsindən Kvame Karikariyə yerinin “Neftçi” yox, BƏƏ-nin birinci divizion komandasının olduğunu başa salan Mirabdulla Abbasovun gələcəyi gözlənilir. Bu iki futbolçu arasında oxşarlıqlar və paralellər çox olsa da, qol duyumu baxımından 2018-in ən yaxşı futbolçusu seçilmiş Abbasov bir addım öndədi. Düzdü, hər ikisi rəqib müdafiəçiləri təzyiq altında saxlayır, qapıya zərbə vurmağı sevirlər, hər iki ayaqları işləkdi. Amma Mahirlə müqayisədə Mirabdulla əlinə düşən imkanlardan daha bacarıqla yararlanır. “Qarabağ”ın ev sahibi olduğunu və aradakı 3 xalı “əritmək” üçün daha çox hücum edəcəyini nəzərə alsaq, müdafiədə boşluqlara yol verəcəyi gözləniləndi. Bu isə hər bir halda Daboyla Darionun hesabına “qidalanan” “22 nömrə”nin işinə yaraya bilər. Razılaşaq ki, Abbasovla Mədətovun duelində hücumçu kimi birincinin müəyyən üstünlüyü var.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Bu gün, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar