27 yan 13:21liqa

Kamal Bayramov "Zirə"nin yüksələcəyinə inanır

Kamal Bayramov "Zirə"nin yüksələcəyinə inanır
"Bu, bizim üçün böyük stimul olacaq"
Qış fasiləsinin əvvəlində Anar Nəzirov "Zirə"ni "Qəbələ"yə dəyişdi. Bu üzdən mövsümün ikinci yarısında qəsəbə təmsilçisinin əsas qapıçısı Kamal Bayramov olacaq. Düzdü, "qartallar" Orxan Sadıqlını transfer etdi. Ancaq onun Kamalı heyətdən sıxışdıracağı real görünmür. Onu da qeyd edək ki, bu vaxta qədər vitse-kapitan olan Bayramov Nəzirovun gedişindən sonra komandanın kapitanı oldu.
Kamal "Zirə"nin "yutub" kanalına müsahibəsində qış hazırlıq prosesini dəyərləndirib: "Bakıda başlayan təlim-məşq toplanışımız normal şəkildə davam edir. Yalnız hava şəraiti ilə bağlı ilk yoxlama oyunumuz təxirə salındı. Həmçinin bəzi məşqlərimiz meydanda yox, yağışa görə zalda gerçəkləşib. Bütün bunlara baxmayaraq, hazırlıq prosesini normal dəyərləndirərdim. Bu, Samir Abasovun rəhbərliyi altında ilk təlim-məşq toplanışımızdı. Belə hazırlığa həqiqətən də ehtiyacımız var idi. Çempionatın ilk dövrəsi ağır keçdi, bundan başqa istirahətdən qayıdan futbolçuların psixoloji cəhətdən toparlanması vacib idi. Məşqçinin fəlsəfəsini bizə aşılaması üçün bu toplanışın bizə çox xeyri dəyəcəyini düşünürəm. Çünki Abasovun rəhbərliyi ilə uzun müddət birgə belə hazırlıq prosesi keçməmişdik. Həm məşq zamanı, həm də məşqdən sonra çalışdırıcı fikirlərini daha ətraflı şəkildə aşılayır. Bu baxımdan toplanışı normal sayıram".
O, kapitanlıqla bağlı sualı da cavablayıb: "Hər bir futbolçu üçün kapitanlıq böyük məsuliyyətdi. Bu, təkcə sarğını qolunda daşımaqdan ibarət olan bir şey deyil. Mənə göstərilən etimadı da doğrultmağa çalışacam. Əlimdən gələni edirəm ki, komandaya xeyir verim".
Mövsümün ilk yarısında Zirə İdman Kompleksinin stadionunun süni ot örtüyü təbii ilə əvəzləndiyi üçün komanda ev oyunlarını ayrı-ayrı arenalarda keçirdi. Ancaq artıq "qartallar"ın doğma stadionu hazırdı. Bayramov komandanın "yuva"ya qayıdışı haqda da düşüncələrini bölüşüb: "Komandanın Zirəyə dönməsi bizim üçün böyük stimul olacaq. İlk iki dövrədəki matçları, demək olar, tam olaraq səfərdə keçirilmiş sayardım. Çünki "Zirə" yaranandan bəri "doğma divarlar" arasında keçirdiyi matçlarda uğurlu oyunlarının sayı çox olub. Zirədəki matçlarda həmişə yaxşı mübarizə aparmışıq. Ora qayıtdığımıza görə sevinirik. Çalışacağıq ki, evə dönüşümüzü qələbə ilə qeyd edək, tərəfdarlarımızı da sevindirək. Azarkeşlərimizin də sona qədər bizə dəstək olmasını istəyirik. Bu gün "Zirə" turnir cədvəlində öz yerində deyil. İnşallah, komandanı layiq olduğu pilləyə qaldıracağıq".
Sonda "Zirə"nin kapitanı azarkeşlərə səslənib: "Bu toplanışdan sonra vətənə yüksək əhval-ruhiyyədə qayıdacağımıza inanıram. Bizi qarşıda çətin iki dövrə gözləyir. Komandanın indiki durumu böyük əzmkarlıq göstərməyi tələb edir. Bunun da öhdəsindən gələcəyik. Azarkeşlərimizi də stadiona dəvət edirəm. İlk oyunumuz "Sabah"a qarşı olacaq. Həmin matçda da tərəfdarlarımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik".
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar