25 yan 13:40liqa

Qışa qədər “yatan” yerlilər

Qışa qədər “yatan” yerlilər
Ötən saylarımızda premyer-liqanın faydalı və yararsız legionerlərindən yazmışdıq. Yerli “futbol sexinin məhsulları”nı da diqqətdən kənarda qoymaq fikrində deyilik. Çempionatın geridə qalan bölümündə 8 klubumuzda 107 futbolçu azərbaycanlı statusu ilə meydana çıxıb ki, onların da arasında barmaqla sayılacaq qədər “milliləşdirilimiş” gəlmələr var. Sorağı xoş gələnləri sonraya saxlamaq şərti ilə bu dəfə ümidləri doğrultmayan yerlilərə toxunacaq, klublarındakı rəqabətə tab gətirməyən azərbaycanlı oyunçulardan start “11-lik” qurmağa çalışacağıq. Meydandakı düzülüş isə 3-5-2 şəklində təqdim olunacaq.
Qapıçı
Özünü göstərmək üçün şans gözləyən gənc qolkiperlərin ehtiyatda əyləşməsi sıradan mənzərədi. Bütün əlcək sahiblərinin karyerası belə başlayır. Təcrübəli futbolçunun “yatması” isə onun kobud desək, lazımsıza çevrilməsi, iddiasının olmaması, taleyi ilə barışması anlamındadı. Əslində meydanda əllə oynamaq hüququ verilən yeganə mövqedə yer almağı özünə peşə seçənlərin üzləşdiyi fərqli çətinliklər də unudulmamalıdı. Axı hər komandanın start heyətində cəmi bir qolkiperə yer tapılır. Ancaq klublarımızın legioner limitinə görə “çərçivə”ni çox vaxt yerlilərə tapşırması da faktdı. 33 yaşlı Kamal Bayramovun karyerasındakı eniş göz qabağındadı. Düzdü, Bayramov bu mövsümə qədər də Azərbaycanın “bərkgedən” yığma qapıçılarından sayılmayıb. Lakin “Zirə”də 1 qarşılaşmada forma şansı qazanmasına və 15 dəqiqə meydanda olmaqla kifayətlənməsinə ad tapmaq çətindi. Həm də bu müddətdə 1 qol da buraxmağa imkan tapıb. Deməli, oyun praktikası sarıdan əziyyət çəkən Bayramov bizim “11-lik”də “1 nömrə” olmağı haqq edir.
Müdafiəçilər
Heyətləri diqqətdən keçirsək, müdafiə xəttində, əsasən də “arxa cəbhə”nin cinahlarında baş məşqçilər yerliləri qərarlaşdırmağa üstünlük verir. Məntiqlə, əcnəbilərlə aparılan rəqabət məhz çempionat iştirakçılarının müdafiə zonasında zəifləyir. Hərçənd zəif rəqabətdən üzüağ çıxmağı bacarmayanlar da az deyil. Rasim Ramaldanov məlum Gürcüstan macərasının ardından geri dönəndə onun milliyə layiq dərəcədə “artırdığını” söyləməyə də özündə cəsarət tapanlar var idi. Lakin zamanla Ramaldanovun oyunların yarısını boşa verdiyinə şahidlik etdik. Hamı zədələnə, bu üzdən komandasına kömək etməyə bilər. Bu yazıda isə bizləri yalnız komandasına verdiyi fayda maraqlandırır. Eyni sözləri ikinci mərkəz müdafiəçisi Ruslan Abışova da şamil etmək olar. Zədəyəmeyilli Abışovun artıq 31 yaşı var. Nə perspektivli gəncdi, nə də yerini möhkəmləndirmiş təcrübəli. Tez-tez sıradan çıxan kapitan böyük ümidlərlə transfer olunduğu “Neftçi”ni çətin vəziyyətdə qoydu. Bu gedişlə əvvəlki formasını geri qaytarması böyük sual altındadı. Uzun müddətdi oynamır, bərpa prosesi çox ləngiyir. Digər stopper mövqeyini “Qarabağ”dan ayrılandan sonra özünə klub tapmağa çox gecikən, seçə-seçə heçə çıxan Elvin Yunuszadə “özəlləşdirəcək”. “Sabah”da da duruş gətirməyən mərkəz müdafiəçisi debütantın təlim-məşq toplanışına qatılmayaraq indi də “Səbail”ə keçib. Hərçənd milli üzvü üçün yarım mövsümdə 2 oyuna çıxmaq acizanə görüntüdü.
Yarımmüdafiəçilər
Tarixin yaddaşına qovuşmuş “Bakı”nın 24 yaşlı dayaq yarımmüdafiəçisi Vüqar Mustafayev perspektivli gənc adı altında “yanmış” simalardandı. “Simurq”da sərgilədiyi futbolun davamını “Qarabağ”da gətirməyən Vüqar indi “Zirə”dədi. 5 qarşılaşmada forma geyib, bu sayda premyer-liqa matçlarında belə xüsusi nə iləsə yaddaşlarda iz buraxmayıb. Diz bağlarından yayda əməliyyat olunan Fuad Bayramov karyerasının ikinci çox ağır zədəsini alıbsa, onu Mustafayevin yanına “atmaq” günah sayılmazdı. Amma bu imkanı Abışova yaratmışıqsa, fərqli ad axtarışına çıxmağımız məsləhətdi. Coşqun Diniyevin üzərində dayanaq. “Qarabağ”da Qara Qarayev ola bilməyən Coşqun artıq “Sabah”da yeni sabahlara can atacaq. 6 premyer-liqa duelində Qurban Qurbanovun “çıx, oyna” dediyi futbolçu ola bilsin, yeni klubunda azarkeşləri daha yaxşı futbolla sevindirəcək. Yaşayarıq, görərik.
“Sumqayıt”dan “Neftçi”yə yollanan Rəşad Eyyubov həmin vaxt boyundan yuxarı tullanmağı hədəfləməməli , karyerasını düşünməli, daha çox forma şansı qazanacağı klubla müqavilə bağlamalıydı. 5 qarşılaşmada 136 dəqiqə oynayan yarımmüdafiəçi Roberto Bordinin ikinci dərəcəli futbolçu gözüylə baxdığı adlardan oldu və təsadüfi deyil ki, səhvini bu qış düzəldərək “Sabah”a keçdi. Qurduğumuz komandada yarımmüdafiənin cinahlarından birində mövqe tutması mütləqdi. Böyük ehtimalla Elşad Əhmədovun rəhbərliyi altında çox şey öyrənəcək, zamanla kareyarsında yüksəliş seziləcək. Onun “Sumqayıt”dakı həmkarı – 1990-cı il doğumlu Nicat Qurbanovu isə digər “qanada bərkidəcəyik”. Düzdü, Nicat 9 görüşdə meydana ayaq basıb. Lakin ümumilikdə 271 dəqiqə ora-bura qaçan orta xətt oyunçusu yerlilərə üstünlük verən Sumqayıt təmsilçisində sıravi əsgər imicindən qurtulmayıb. “Kimyaçılar”ın sıralarında parlamayan 28 yaşlı azərbaycanlı təəssüf ki, “bu oğlandan nəsə olar” düşünənləri ümidləndirməyib. Hesabındakı qola rəğmən, “qırmızı” da alıb. Kollektivimizin, əlbəttə, oyun qurucusuna ehtiyacı böyükdü. “Paslanmış” pleymeykerlər arasından adı qulaqlara ən doğma gələni seçəcəyik: Elvin Məmmədovu! “Pul harda, Elvin orda” prinsipi ilə ildən-ilə geriləyən Məmmədov, nəhayət, pullu klublara lazım olmadı və “Sumqayıt”a üz tutdu. Fəqət “gənclik şəhəri” təmsilçisində səviyyəli əcnəbilər burulğanında boğulmayan qəhrəmanımız qışa qədər 5 qarşılaşmada 247 dəqiqə top qovub. Penaltidən vurduğu qol isə siyahıdan çıxarılmasına yetəcək ustalıq və zəhmət nümunəsi sayılmır.
Hücumçular
Ağabala Ramazanov varsa, 3-5-2 düzülüşündə “nizənin sivri ucu”na başqa forvard axtarmaq absurddu. “Qarabağ”da baş məşqçinin onu komandaya götürməklə yanlış addım atdığını qısa müddətdə isbatlayan bəstəboy hücumçu “Səbail”ə nə verdi ki... 5 görüşdə üst-üstə 376 dəqiqə Aftandil Hacıyevdən özünüsübut imkanı alan ön xətt oyunçusu nə qol vurub, nə də məhsuldar ötürmə müəllifi qismində işə yarayıb. Yeni nəslin tipik nümayəndəsi kimi tanınan Elnur Cəfərov Ağabalaya yoldaşlıq etməyə ən layiqli namizəddi. 3 qarşılaşmada 107 dəqiqə “qabındakını ortaya qoyan” gənc “Keşlə”nin ağ günə çıxmasına yardımçı olmayıb. Hərçənd bu, son sayılmır: Tərlan Əhmədovun bu qış qapını göstərdiyi “ordu”dan boy göstərən hücumçunun yaşı hər şeyə yenidən başlamağa imkan verir. İntizam məsələlərini qaydasına salsa, peşəsinə fərqli yanaşmağı qarşısına məqsəd qoysa, durum müsbətə doğru dəyişər. Felin şərt şəklində yazdığımız sözlərin söz olaraq qalmaq ehtimalı isə nə yazıq ki, çoxdu.
Qeyd: nəticəsi ləğv olunan qarşılaşmalar oyun və qol sayında nəzərə alınmayıb, yalnız vərəqələrdə saxlanılıb.
NİHAT
Qapı: Kamal Bayramov (Zirə)
Müdafiə: Ruslan Abışov (Neftçi), Rasim Ramaldanov (Qəbələ), Elvin Yunuszadə (Sabah)
Yarımmüdafiəçilər: Vüqar Mustafayev (Zirə), Coşqun Diniyev (Qarabağ), Rəşad Eyyubov (Neftçi), Nicat Qurbanov (Sumqayıt), Elvin Məmmədov (Sumqayıt)
Hücumçular: Ağabala Ramazanov (Səbail), Elnur Cəfərov (Keşlə)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar