25 yan 13:36liqa

“Zirə” yenə bir qolla qalib gəldi, Pərdisi itirdi

“Zirə” yenə bir qolla qalib gəldi, Pərdisi itirdi
“Qartallar”ın anlaşdığı futbolçular gecikir
Srağagün “Zirə” Antalya hazırlığı çərçivəsində növbəti yoxlama oyununa çıxdı. Samir Abasovun komandası Bakı vaxtı ilə saat 16.00-da “Paksi” ilə qarşılaşdı. “Qartallar”ın Macarıstan təmsilçisi ilə duelini PFL-in “yutub” kanalı canlı yayınlayırdı. Onu da qeyd edək ki, bu qarşılaşma qəsəbə təmsilçisinin Macarıstan klubları ilə ikinci dueli idi. “Zirə” ötən ilin yanvarında yoldaşlıq matçında "Haladaş"la münasibətləri aydınlaşdırmış və həmin oyun rəqibin 2:1 hesablı qələbəsiylə bitmişdi. “Paksi”yə gəlincə, Macarıstanın eyniadlı şəhərinin təmsilçisi ötən mövsümü 7-ci yerdə başa vurub. Sözügedən kollektiv cari birincilikdə isə qış fasiləsinə 12 komandanın yer aldığı turnir cədvəlində 8-ci kimi yollanıb. Yeri gəlmişkən, “Zirə”nin Antalyadakı ilk yoxlama oyununda Rumıniya “Voluntari”sinə 1:0 hesabıyla qalib gəldiyini də xatırladaq. Həmin qarşılaşmada “qartallar”a qələbə qazandıran yeganə qolu Pərdis Fərcad-Azad penaltidən vurmuşdu.
Çərçənbə axşamı baş tutan qarşılaşmaya “Zirə" itki ilə çıxmışdı. Belə ki, Sadio Tounkara məşqdə aldığı zədə üzündən “Paksi”yə qarşı görüşdə iştirak etmədi. Malili yarımmüdafiəçinin bir neçə gün hazırlıqdan kənarda qalacağını da bildirək. İndi isə "Zirə"nin yoxlama oyunundakı start heyətini diqqətinizə çatdıraq: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev (k), 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 7. Pərdis Fərcad-Azad.
“Voluntari” ilə görüşlə müqayisədə Abasov “11-lik”də üç dəyişikliyə əl atmışdı. Zədəli Tounkaradan başqa Kamal Bayramov və Miloş Radivoyeviç də ötən yoxlama matçında ilk dəqiqələrdən meydanda idi. “Paksi”yə qarşı matçda bu üç futbolçu oynamadısa, onları start heyətində Sadıqlı, Mirzəyev və Həmdi əvəzləmişdi. Göründüyü kimi, nə ilk “11-lik”də yeni transfer var idi, nə də sonradan meydana çıxanlar arasında beləsi oldu. Əslində isə “Zirə” iki legionerin yolunu gözləyir. Bunlardan biri Kot d`İvuardan olan İsmael Fofanadı. 29 yaşlı hücumçunun son klubu Serbiya “Voyvodina”sı olub. Digər əcnəbi isə Malavi millisinin hücumçusu Robin Nqalandedi. Hər iki legioner birbaşa müqaviləyə gələcək. Ancaq hələ ki ləngiyirlər. Sözsüz, bu məqam həm Samir bəyi narahat edir, həm də “qartallar”ın əleyhinə işləyir.
Qarşılaşmaya gəlincə, qol vəziyyətlərinin sayı olduqca az idi. İlk hissədə, ümumiyyətlə, qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Oyun baxımından üstünlük “Zirə”nin tərəfində olsa da, komandalar qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. “Qartallar”ın irəli xətt oyunçuları daha çox ofsayda düşməklə yadda qalırdılar. Bir epizodda Sadıqlı rəqib oyunçunun qüvvətli zərbəsindən sonra topa yiyələndi. Ancaq bu epizodu da ilk hissə adına real qol vəziyyəti kimi dəyərləndirmək olmaz. Çünki top düz qapıçının üzərinə vurulmuşdu. Onu da qeyd edək ki, ilk yarıda zədələnən Pərdisi Mirsahib Abbasov əvəzlədi. Onun üçhəftəliyə sıradan çıxdığı deyilir.
Samir Abasovun yetirmələri ikinci yarıya bir qədər fəal başladı. Bunun məntiqi nəticəsi kimi 57-ci dəqiqədə Skarlatakenin uzun ötürməsindən sonra Qırtımov topu ram edib, dəqiqə zərbə ilə “çərçivə”yə yol tapdı. Qoldan dərhal sonra “Paksi”nin heyətində eyni anda 7 futbolçu əvəzləndi. Abasov isə ikinci yarıda İlkin Muradov, Müşfiq İlyasov, Sadiq Quliyev və Budaq Nəsirov kimi futbolçulara şans verdi. 62-ci dəqiqədə rəqibin cərimə zərbəsi təhlükəli alındısa, 75-ci dəqiqədə Mirsahibin vuruşu zamanı qapıçı qola imkan vermədi. Son dəqiqələrdə Vüqarla Müşfiq diqqət mərkəzində düşdülər. Lakin hər ikisinin zərbəsində dəqiqlik çatmadı. Beləliklə, “Zirə” Antalyadakı ikinci sınaq matçında da eyni hesabla (1:0) qalib gəldi. Bununla belə, komanda parlaq oyun sərgiləmir. Halbuki “qartallar” fasilə ərəfəsində keçirdiyi qarşılaşmalarda daha istəkli görünür, daha çox qol vəziyyəti yaradırdı. Yeri gəlmişkən, Abasovun komandasının son sınaq matçını yanvarın 26-da Rusiyanın aşağı liqa təmsilçisi "Tambov"a qarşı keçirəcəyini də vurğulayaq.
“Paksi” ilə matçdan sonra Samir Abasov bunları deyib: “Hava şəraiti hazırlıq proqramımızı, planlarımızı pozdu. Açığı, Antayaya gələndən ilk gündü normal havada çalışdıq. Bu gün komandamın ağır olması bəlkə də bu səbəblərdəndi. İlk oyunda bundan daha yaxşı təsir bağışlamışdıq. Hər halda, futbolçularımızın ağır olmasını başa düşürəm. Yağışlı hava, palçıqlı meydan öz təsirini göstərirdi. Bütün bunlar artıq yüklənməyimizə səbəb oldu. Ancaq inanıram ki, getdikcə daha gümrah olarıq. Heyətimizdə yeni futbolçular da olacaq. Təəssüf ki, ilkin olaraq anlaşdığımız futbolçular burdakı toplanışımza qoşula bilməyəcəklər. Bütün məsələlər müsbət yekunlaşacağı təqdirdə onlar Bakıda komandamıza qoşulacaqlar”.
Macarların baş məşqçisi Orel Ksretoyun fikirləri isə belə olub: “Biz bu gün o qədər də yaxşı oynamadıq. Bununla belə, “Zirə”yə də çoxlu qol vəziyyəti yaratmağa imkan vermədik. Təəssüf ki, ciddi bir səhvimiz oldu və bu, qapımıza qolla nəticələndi. Matçın gedişində isə komanda toparlandı və futbolçular get-gedə bir-birini daha yaxşı anlamağa başladı. Nəticəyə görə üzülmürəm, mənim üçün əsas komandanı görmək idi. Bu gün bütün futbolçulara oynamaq və özünü göstərmək şansı verdim. Qarşıda daha iki həftə toplanış keçəcəyik. Futbolçuların həmin müddətdə yaxşı forma yığacaqlarına inanıram”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar