24 yan 11:01liqa

Qazandığını haqq edən legionerlər

Qazandığını haqq edən legionerlər
Əcnəbi futbolçulardan danışarkən, fikirlər həmişə haçalanır. Menecerlərin köməyi ilə büdcədən pul yemək naminə premyer-liqamıza “yerləşdirilənlər” sonradan üz qarasına çevrilirsə, klubun uğuru naminə qucaq açılan əsl legionerlərin əksəriyyəti ümidləri doğruldur. Bəzən də iddiası böyük olmayan premyer-liqa təmsilçisində münasib məbləğə oynamağa razılaşan əcnəbi diqqətləri üzərinə çəkir, daha səviyyəli komandada yaxşı qazanmaq imkanı yaxalayır. Bu yazıda aldığı pulu haqq edən əcnəbilərdən söz açacağıq. Maraqlı olsun deyə, rəmzi start “11-lik” müəyyənləşdirməyə də dəyər. 4-4-2 düzülüşü isə Azərbaycan sərhədlərindən kənarda dəbdə olan, amma belə məqamlarda işə yarayan sxemdi. 2018/19 mövsümünün ilk yarısında klublarımızda oynamış 59 yadelli arasında seçim aparacağıq.
Qapıçı
“Neftçi”nin çempionatda adından söz etdirdiyi, fırtına kimi əsdiyi dönəmdə “çərçivə”ni özəlləşdirən Saşa Stamenkoviç debütant “Sabah”ın qolkiperidi. Qapısında 20 qol görən serbin bu sayda top buraxması bəlli həqiqətdi. Sözügedən Bakı təmsilçisi yalnız turnir cədvəlinin son iki pilləsində qərarlaşan “Keşlə” (23) və “Zirə”dən (25) az qol “yeyib”. Lakin 14 qarşılaşmanın hamısını əvəzlənmədən keçirən Saşa istənilən halda komandanın təcrübəli liderlərindən biri, problemləri olan müdafiə xəttinin ən böyük dəstəkçisi olduğunu dəfələrlə isbatladı. Qələbə qazanılan bəzi qarşılaşmalarda Elşad Əhmədovun komandasını 4-5 real qoldan xilas edən 34 yaşlı əlcək sahibi gedəndən qayıdana qədər “papağı günə yandırmadığını”, formasını qoruduğunu və klubunun düzgün seçim etdiyini ortaya qoydu.
Müdafiəçilər
Potensialı öz yerində, 20 yaşlı Anton Krivotsyukun “Neftçi”nin qazandığı qələbələrdə rolu danılmazdı. “Milliləşdirilmiş” ukraynalı 13 görüşdə 1105 dəqiqə meydanda olmaqla yanaşı, 2 qol da vurub. Deməli, Azərbaycan futbolunda ana vətəni Ukraynanı artıqlamasıyla təmsil edir. U-21 millimizin üzvünü əcnəbi stausuyla dəyərləndirmək müəyyən mübahisələrə meydan versə belə, o, “yerli sexin məhsulu” deyil. Müdafiənin mərkəzində “Qəbələ”də top qovan Voislav Stankoviçi Antonla çiyin-çiyinə qoymaq məntiqəuyğundu. Bütün çempionat qarşılaşmalarında əvəzolunmaz statusunu qoruyan serblə ukraynalı belə desək, möhkəm slavyan birliyini xatırladır. Hesabında 1 qol da olan Voislav 2 sarı vərəqə ilə cəzalandırılsa da, sərt oyunu fonunda “qırmızı”dan qaçmağı bacarıb və çox nadir hallarda təhlükəli nöqtələrdə “Qəbələ”nin rəqiblərinə cərimə zərbəsi vurmaq imkanı qazandırıb. Sonradan bəlli şəkildə “Keşlə”yə çevrilən “İnter”ə 2015/16 mövsümündə gələn arxa xətt oyunçusu icarə müqaviləsinin ardından daimi əsasda anlaşdığı indiki klubunda daha xoş təsir bağışlayır. Təbii, Vild-Donald Geryenin müdafiənin solunda yer almasıyla razılaşmayanları anlamaq asandı. Lakin Qurban Qurbanovun vinger qismində gətirib müdafiənin “qanadına bərkitdiyi” haitili bu mövqedə ölkənin ən yaxşısıdı. Nə ona tay yerli var, nə də legioner. Lap cəmi 7 matçda oynadılsa belə, baş məşqçinin onu Avropa səhnəsi üçün qoruduğu hər kəsə bəllidi. Qış fasiləsindən sonra zədələnməsə, futbolsevərlərə məharətini göstərmək imkanı olacaq. Çempionat iştirakçılarına diqqət yetirsək, arxa “cəbhələr”in sağında yerliləri görərik. 2017-ci ildən “Səbail”də tər tökən Maudo Jarjueni müdafiənin mərkəzindən sağa “çəkmək” mümkündü. Şübhəsiz, qvineya-bissaulu stopper yaşıl cinahda oynasa, bu mövqe üçün çatışmazlıqları sərt çəkildə qabarar. Lakin 12 matçlıq göstərici ilə yeni ilə qədəm qoyan 21 yaşlı gənc 25 yaşında “potensialı tam açılmayan gənc” təyini ilə xarakterizə edilən onlarla azərbaycanlı futbolçu üçün örnəkdi. Meydandan qovulmur, hər qarşılaşmada idmançı xarakteri nümayiş etdirir.
Yarımmüdafiəçilər
Dayaq yarımmüdafiəçisi Erik Ramosu “yıxılan evin dirəyi” adlandırsaq, yerinə düşər. Paraqvaylının yer aldığı kollektivdə səviyyəli futbolçular çoxluq təşkil etsə, başqalarının səhvlərini daha az sığortalamalı olar, qismən az yorular, “Sabah”ın müdafiə xətti də yarım mövsümə 20 top buraxmaz. “Neftçi” ilə çempionluqlar yaşayan cənubi amerikalı üçün zaman sakit çay kimi axır. Digər tərəfdən, 1987-ci il doğumlu, qıvraq Ramos üçün 31 yaş hələ qürub sayılmır. 13 görüşdə 1125 dəqiqə oynayan yarımmüdafiəçi sabitliyi, etibarlılığı ilə bu gün də rəğbət qazanır. Yarımmüdafiənin sağında “Sumqayıt”a “Yenisey”dən gələn Aleksey İsayev mövqe tutsa, ölkə futboluyla yaxından maraqlananlar seçimimizə dodaq büzməz. 23 yaşlı İsayev komandsının vurduğu 13 qoldan heç birinə imza atmsa da, hücumların təşkilində fəal şəkildə iştirak edib, qarşı tərəfin təzyiq altına salınması baxımından çox iş görüb. Mövsümün geridə qalan bütün oyunlarında baş məşqçidən şans qazanıb və 1253 dəqiqə top qovub ki, bu da adlı-sanlı əcnəbilərimizin həsəd aparacağı statistikadı. Alekseyi mövsümün sonunda “kimyaçılar”dan “oğurlasalar”, təəccüblənmərik. Braziliyalı Dario Federiko – sabiq “Kəpəz”li lider “Neftçi”nin sağ cinah yarımmüdafiəçisi qismində xoş təsir bağışladı. Ölkə birinciliyində komandasının çıxdığı görüşlərin hamısında Roberto Bordinin güvəndiyi “sambaçı” 3 qol vurmağı bacarıbsa, həmklublarının fərqlənməsinə də köməyi dəyib. Əlbəttə, “Qəbələ”dən Ceyms Adeniyinin statistikasını açıqlayaraq Federikonun yerini əlindən almaq olar. Lakin zirvə sahibinin turnir cədvəlindəki indiki yeri unudulmamalıdı. Oyun qurucusu ampluasına isə Filip Ozobiçdən daha layiqli namizəd tapmaq çətindi. “Qəbələ”dən sonra “Qarabağ”ın formasıyla 13 matça çıxan, 1025 dəqiqə tər tökən xorvat 4 dəfə rəqib qapılarına yol tapıb, 3 penalti vurmaq cəhdindən ikisində qola sevinib. Hə, Qurbanov bu legioneri Avroliqada az oynatdığı üçün çempionatda çox şans tanıyıb. Ancaq Filip rəhbərliyi altında çıxış etdiyi Roman Qriqorçukla tam fərqli futbol fəlsəfəsinə güvənən çalışdırıcının tapşırıqlarını da eyni bacarıqla yerinə yetirib. Şübhə etməyin, ölkəmizə gəlmiş ən səviyyəli legionerlərdən sayılan Ozobiç bütün diqqətini daxili birinciliyə yönəltmiş “Qarabağ”da daha yaxşı göstəricilərlə yadda qalardı.
Hücumçular
“Baqali Dabo “Neftçi”də işə yaramayacaq” düşüncəsinin yanlışlığına hamımız şahidlik etdik. “Qəbələ”dən “qoparılan” fransalı “qış çempionu”nun rəqiblərinə sözün əsl mənasında başağrı oldu. Bəzi qarşılaşmalarda yersiz çılğınlıq nümayiş etdirməsinə rəğmən, forvard yarım mövsümdə 7 qola imza atdı. Bu nəticə ilə o, çempionatın 2 bombardirindən biridi. Mövqe uğrunda rəqabətdə Kvame Karikarini lazımsıza çevirən hücumçu yaxşı formadadı və əsas qol silahı adının ağırlığı altında əziləcək birinə bənzəmir. Onun tandem təşkil edəcəyi digər bombardir isə Marko deviçdi. Yəqin zədələnməsəydi, karyerası ilə öyünməyə haqqı çatan “Sabah”ın forvardı Baqalini bombardirlik yarışında geridə qoyardı. Onun sıradan çıxmasının debütantın nəticələrinə necə təsir etdiyi göz qabağındadı. Artıq zədəsini sağaldan Ukrayna millisinin təcrübəli serbinin 6 qolla kifayətlənməyəcəyini proqnozlaşdıra bilərik.
NİHAT
Qapıçı: Saşa Stamenkoviç (Sabah)
Müdafiəçilər: Vild-Donald Gerye (Qarabağ), Voislav Stankoviç (Qəbələ), Anton Krivotsyuk (Neftçi), Maudo Jarjue (Səbail)
Yarımmüdafiəçilər: Erik Ramos (Sabah), Aleksey İsayev (Sumqayıt), Dario Federiko (Neftçi), Filip Ozobiç (Qarabağ)
Hücumçular: Baqali Dabo (Neftçi), Marko Deviç (Sabah)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar