17 yan 22:42liqa

“Sabah” heç-heçə etdi, Coşqun oyunu kənardan izlədi

“Sabah” heç-heçə etdi, Coşqun oyunu kənardan izlədi
Ötən şənbə Türkiyənin 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la üz-üzə gələn və Emil Qasımovun vurduğu yeganə qol sayəsində qələbə qazanan “Sabah”ın növbəti rəqibi Qazaxıstan təmsilçisiydi. Dünən Bakı vaxtı ilə saat 18.00-da başlayan görüş hədsiz küləkli havaya baxmayaraq, təxirə salınmadı.
Öncə ötən oyunla müqayisədə bir neçə dəyişikliyə əl atan, yeni transfer Coşqun Diniyevi ehtiyatda saxlayan və sona qədər şans verməyən Elşad Əhmədovun start “11-liy”ini diqqətinizə çatdıraq: Saşa Stamenkoviç, Məqsəd İsayev, Filip İvanoviç, Kərim Diniyev, Vanderson Silva, Erik Ramos, Rəşad Eyyubov, Təmkin Xəlilzadə, Cavid İmamverdiyev, Elgün Nəbiyev, Marko Deviç.
Matçın əvvəlində tərəflərin bərabərsəviyyəli oyun nümayiş etdirməsinə baxmayaraq, ilk hissənin sonlarına yaxın bizimkilər hesabı açmağa nail olub. 39-cu dəqiqədə qısa ötürmələrdən sonra Eyyubov yeni komandasında qol hesabını açıb. Halbuki buna qədər həm “tələbələr”in, həm də qazaxların fərqlənmək imkanları olsa da, qapıçılar məharətini göstərməklə yadda qalıb.
Fasilədən dərhal sonra premyer-liqanın debütantı növbəti qola sevinib. Komanda yoldaşının ideal ara ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan İmamverdiyev rəqibinə şans yeri qoymayıb. Digər oyunçuların da şans qazanmasının vacibliyini düşünən Əhmədov bir saatın tamamında birdən-birə 7 futbolçunu əvəzləyib ki, bu da yekun nəticəyə təsirsiz ötüşməyib. Tərlan Əhmədli, Miloş Bosançiç, Elşən Abdullayev, Tərzin Cahangirov, Şakir Seyidov, Eltun Turabov və Emil Qasımovun ardınca Vadim Abdullayevlə Bəxtiyar Soltanov da mübarizəyə qoşulub. Nisbətən gənc və oyun təcrübəsi sarıdan əziyyət çəkən futbolçuların meydana çıxmasından istifadə edən “Tobol” 7 dəqiqəyə 2 dəfə fərqlənib. 76-cı dəqiqədə Kərim kobud səhvlə qazaxların fərqlənməsinə şərait yaratdığı halda, 83-cü dəqiqədə Tərlan çıxışdakı səhvi azmış kimi, topa lazımi reaksiyanı göstərə bilməməklə rəqibin sevinməsinə səbəbkar olub.
Qeyd edək ki, “Sabah” Antalyadakı üçüncü sınaq matçında Macarıstan MTK-sı ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 19-da keçiriləcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar