“Neftçi” çoxdan vidalaşmaq istədiyi Kvame Karikari ilə axır ki yollarını ayırıb. Əsasən ehtiyatda qalan hücumçu “ağ-qaralar”dan ayrılıb.
Karikari Birləşmiş Ərəb Əmirliklərindən aldığı təklifi müsbət dəyərləndirib. Hazırda Antalyada - təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsində qanalı futbolçu yer almayıb. Forvard Dubay klublarından birinin düşərgəsindədi və tibbi müayinədən keçir. Karikari yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.
Xatırladaq ki, Karikari ilə “Neftçi” arasındakı müqavilə 2020-ci ilin iyul ayınadək nəzərdə tutulmuşdu.