14 mar 13:13liqa

“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı

“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı
“AZAL Arena”nın tablosunda təmir işləri gedir

Bu gün premyer-liqanın 4-cü dövrəsinə start veriləcək. Bir sıra klublar üçün həlledici mərhələ medallar və avrokuboklar baxımından əhəmiyyətlidisə, AZAL elitada qalmaq haqda düşünür. Ancaq bu gedişlə “təyyarəçilər”in güclülər dəstəsində yerini qoruması çətin olacaq. Çünki hazırda turnir cədvəlinin autsayderi olan Şüvəlan təmsilçisi 7-ci pillədə qərarlaşan “Kəpəz”dən 9 xal geri qalır. Düzdü, futbol elə oyundu ki, hər an hər şey dəyişə bilir. Lakin reallıqları nəzərə alsaq, Tərlan Əhmədovun komandasının finişə kimi sonuncu pillədən qurtulması inandırıcı görünmür. Ona görə ki, komanda 3-cü dövrədə cəmi 1 xal qazana bildi. Bu isə gələcək üçün xoş heç nə vəd etmir. Özü də həmin 1 xal AZAL-a ucuz başa gəlmədi. Belə ki, “Kəpəz”lə görüşün 64-cü dəqiqəsində “təyyarəçilər”in qış “transfer pəncərəsi”ndə heyətə qatdığı Alamadine Roberts rəqib futbolçunu - Jülyen Ebahı təpiklə vurmuşdu. Oyunun baş hakimi Orxan Məmmədov epizodu gözdən qaçırsa da, AFFA İntizam Komitəsi videoyazını izləyib, legionerlə bağlı sərt qərar çıxardı. Roberts 3 oyunluq cəzalandı, AZAL isə buna görə 2400 manat cərimələndi. Özü də Alamadine daha öncə də cəzalanmışdı. O, 17-ci tur çərçivəsində keçirilən “Qəbələ” – AZAL matçında (2:0) da 63-cü dəqiqədə qarşısında ikinci “sarı”, ardınca qırmızı vərəqə görmüşdü. Həm komandasını azlıqda qoymuş, həm də penaltiyə səbəbkar olmuşdu. Həmin vaxt İK tərəfindən 1 oyunluq diskvalifikasiya olunmuşdusa, klub 200 manat ziyana düşmüşdü. Bir sözlə, klub rəhbərliyi gəldiyindən bəri komandaya ziyan vuran futbolçu ilə yollarını ayırmaq qərarına gəldi. Onu da nəzərə alaq ki, liberiyalı müdafiəçi onsuz da qarşıdakı 7 oyundan 3-də iştirak edə bilməyəcəkdi. Beləcə futbolçunun müqaviləsinə xitam verilib.
Bu haqda AZAL-ın meneceri Eldəniz Yusifovun fikirlərini öyrəndik: “Artıq Alamadine gedib. Onunla yollar nizam-intizam qaydalarını pozduğuna görə ayrıldı. Belə məqamlar müqavilədə nəzərdə tutulur. Klubdaxili intizam qaydaları var. Müqavilədə də futbolçunun öhdəlikləri, vəzifələri qeyd olunur. O öz vəzifələrini yerinə yetirmirsə, bu cür xüsusi hallarda anlaşma pozula bilər. Bu haqda özü də məlumatlandırıldı və müqaviləyə xitam verildi. O, 3-cü dövrədə 6 oyunda meydana çıxmışdı və “Qəbələ” ilə səfər matçında qırmızı vərəqə ilə cəzalandı. Bundan başqa, müəyyən oyunların təhlilində ona xəbərdarlıq edilmişdi ki, belə hərəkətlərə yol vermək olmaz. Buna baxmayaraq, yenə bu cür hərəkətə yol verdi, komanda intizamını pozdu və ona görə də cəzalandı”.
Yeri gəlmişkən, Yusifovdan daha bir məsələ haqda fikir öyrəndik. Belə ki, bir müddət öncə “AZAL Arena”nın tablosundakı nasazlıq haqda yazmışdıq. Söhbət tablodakı saat nöqsanından gedir. Çatışmazlıq neçə ildi ki aradan qaldırılmır. Mexaniki saata baxanlar əqrəblərin bəzən 1, bəzən də 2 saat dala qaldığını görür. Bununla bağlı ötən saylarımızdan birinə açıqlama verən Eldəniz bəy “tabloda başqa nöqsan da var, bir neçə lampası yanıb. Ona görə də gələn həftə mütəxəssislər gəlib baxacaq. Fürsətdən istifadə edib əqrəb problemini də həll etməyə çalışacağıq” demişdi. Maraqlıdı, bu yöndə iş gedirmi? Sualı Yusifova ünvanladıq və konkret cavab aldıq: “Artıq mütəxəssislər həmin işlə məşğuldu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar