12 yan 15:34liqa

“Üzücü məqam premyer-liqada 8 komandanın olmasıdı”

“Üzücü məqam premyer-liqada 8 komandanın olmasıdı”
"Neftçi”nin baş məşqçisi Roberto Bordin "CBC Sport”un "İmza” verilişində Əminə Kazımovanın suallarını cavablayıb. Həyat tarixçəsini vərəqələyən mütəxəssis paytaxt təmsilçisi, futbolumuz və ölkəmizlə bağlı maraqlı fikirlər səsləndirib.
* İtalyan agent vasitəsilə “Neftçi”nin direktoru və prezidenti ilə tanış oldum. İlk görüşdəcə xoş ünsiyyət qurduq, ortaq fikirlərimiz çox idi. Dərhal anladım ki, bu mənim üçün yaxşı fürsətdi. Bu çempionatı tanıyırdım, əvvəl də bu çempionatdan olan "Qarabağ”la qarşılaşmışdım. Beləcə anladım ki, əla imkandı, bu gün də bura gəldiyim üçün şadam. Ötən mövsümlə müqayisədə daha yaxşı nəticəyə imza atmalıyıq. Təbii ki, avrokuboklara vəsiqə qazanmalıyıq.
* Təbii ki, hər birimiz “Uypeşt”lə oyunların nəticəsinə görə məyus olduq - bütün oyunçular, klubda çalışan hamı. Düzdü, oyuna cavabdeh olan şəxs məqşçidi. O, taktiki, psixoloji cəhətdən komandanı matça hazırlamalıdı. Bunları öz üzərimə götürürəm. Amma düzünə qalsa, oyunlara baxıb təhlil etmək və sonra nəticə çıxarmaq lazımdi. Bakıdakı ilk görüşdə çox yaxşı oynadıq. Buraxılan qoldan sonra əzmkarlıq nümayiş etdirib 3 qol vurduq, hətta daha çox fərqlənə bilərdik. Əlbəttə, Macarıstanda hər birimiz səhv etdik və nəticədə qapımızdan 4 top buraxdıq. Düşünmürəm ki, belə böyük məğlubiyyətə layiq idik. Amma olan oldu. Sadəcə, baxıb nəticə çıxarmalıyıq. Bundan başqa, problemimiz də vardı, kapitanımız zədələnmişdi. Ona görə də psixoloji vəziyyətimiz bir az korlandı. Amma sonra komanda bu məğlubiyyətə düzgün reaksiya verdi, ayağa qalxdı. Vəziyyəti düzəldə bildik.
* İlk növbədə bacardığımı etməyə çalışıram. Yəni öyrəndiklərimi və təcrübəmi tətbiq edirəm. Onlara hər zaman oyunçu kimi yaşadıqlarımı və məşqçi kimi gördüklərimi ötürməyə çalışıram. Açığı, bu, mənim ürəyimdən gələn işdi, gördüyüm iş mənim üçün dəyərlidi və hər şeyi maksimum etməyə can atıram. Doğrudan da peşəmi sevirəm. Bu fikri də onlara çatdırmağa çalışıram. Heç kim onları futbolçu olmağa məcbur etmir. Amma bu yolu seçmisənsə, işini ürəkdən görməli, hər şeyi yüksək səviyyədə etməlisən. Ən böyük tələbim işlərinə peşəkar yanaşmalarıdı. Düzgün qidalanıb, istirahət edib və düzgün məşq etsinlər. Yalnız bundan sonra böyük nəticələr əldə etmək mümknüdü.
* Çempionat haqda fikirlərim müsbətdi. Burda yaxşı komandalar, yaxşı yerli futbolçular, kifayət qədər səviyyəli legionerlər var. Üzücü məqam premyer-liqada 8 komandanın olmasıdı. Səhv etmirəmsə, əvvəllər komandaların sayı 12 olub. Xoşagəlməz deməzdim, amma üzücü məqamdı. Potensial var, məncə, daha çox komandanı mübarizəyə qoşmaq olar. Ümumilikdə deyə bilərəm ki, çempionatın səviyyəsi var.
* Mərkəzdə, komandanın bazasının yaxınlığında yaşayıram. Mənə çox rahatdı. Çünki komandaya yaxınam. Bakı möhtəşəm şəhərdi. İçərişəhəri və mərkəzdə bir neçə yeri gəzmək imkanım olub. Arada qızımla parkları gəzməyə çıxırıq, bura onun da xoşuna gəlir. Deyə bilərəm ki, daha çox evcanlıyam. Evdə dincəlməyi sevirəm, açığı, boş vaxtımın çoxunu da evdə keçirirəm. İşləyirəm, sonra bazadan evə qayıdıb məşqlər üzərində çalışıram.
* Burda Yelena və 14 aylıq qızım Aurora ilə birlikdə yaşayıram. Bundan başqa, İtaliyada Leonardo və Cenevra adlı iki övladım da var. Onlar üçün çox darıxıram. Çox istərdim hamımız birlikdə yaşayaq.
* Liviya mətbəxti haqda çox söz deyə bilmərəm. Çünki 3 yaşıma kimi orda olmuşam. Sadəcə, anamın kus-kus yeməyini yaxşı bişirdiyini xatırlayıram. İtalyan ailəsi olduğumuz üçün daha çox öz yeməklərimizə üstünlük verirdik. Azərbaycan mətbəxinə gəlincə, Moldova ilə oxşar cəhətləriniz var. İtaliyada əvvəlcə qəlyanaltı, sonra şorba və ardınca əsas yeməyi yeyirik. Moldova və Azərbaycanda isə bəzən bütün yeməklər eyni vaxtda gəlir. İçərişəhərdə fərqli məkanlarda Azərbaycanın milli yeməklərindən bir neçəsinin dadına baxmışam, fərqli kabablar yemişəm, öyrəşmədiyim bir dad idi, amma etiraf edim ki, çox bəyəndim. Əlbəttə, ev üsulu ilə hazırlanan bütün yeməklər ləzzətlidi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar