11 yan 16:55liqa

Kamran Ağayev: “Ümidsiz insana "bədniyabət" deyirlər”

Kamran Ağayev: “Ümidsiz insana "bədniyabət" deyirlər”
"Qaradağ Lökbatan"la oyunda 45 dəqiqə “çərçivə”də dayanan "Keşlə"nin qapıçısı Kamran Ağayev fasilədə jurnalistlərin suallarını cavabladı. Oyunu dəyərləndirən təcrübəli qapıçı Antalya toplanışı ərəfəsindəki durumu anlatdı, transferləri dəyərləndirdi.
- Bir kapitan kimi komandanın qış hazırlığını və bu oyunu necə dəyərləndirərdin?
- Bu, yeni ildə ilk oyunumuz idi. Komandadakı dəyişikliklər göz qabağındadı. Legionerlərin bir çoxu gedib, yeni gələnlər var. Artıq 5-ci gündü ağır məşqlər edirik. Müəyyən yorğunluq hiss olunmaqdadı, bu da təbiidi. Bütövlükdə ağırlıq fonunda yaxşı təsir bağışladığımızı deyə bilərəm.
- Komandaya yeni qoşulan futbolçular necə təsir bağışlayırlar?
- Vüsal İsgəndərli və Emin Mehdiyev tanıdığımız futbolçulardı. Con Kamara barədə isə indidən bir söz demək olmaz. Bunu zaman göstərər. İlk oyundu, hamı yorğundu, yüklənmələr var. Əsas odu ki, meydanda bir-birimizi başa düşək.
- “Keşlə” qış fasiləsindən sonra birinci dövrədəkindən yaxşı çıxış edə biləcək? Avrokuboklara vəsiqə əldə edəcəyinizə inam var?
- İnam hər zaman olur. İnam olmasa, iş görmək olmaz. Ümidsiz insana "bədniyabət" deyirlər. Antalyaya gedirik ki, yaxşı hazırlaşaq. Yaxşı oynamalıyıq ki, nəticə də olsun. İdmanda təsadüfi qələbə olmur. Hazırlıqlı komanda təsadüfən uduza bilər.
- Orxan Sadıqlının "Keşlə"dən ayrılmasına münasibətin necədi?
- Orxan çox yaxşı qapıçıdı. Ona hər bir komandada yer var. Amma biz futbolçuyuq, qərarı isə rəhbərlik verir. Kapitan olsam da, belə şeylərə qarışmıram. Sadıqlının müqaviləsinə xitam verilibsə, yəqin ki, hansısa kluba gedəcək. Futbolçu həyatı belədi: bu gün burdayamsa, sabah hər şey ola bilər.
- 2018-ci il şəxsən özün üçün necə keçdi?
- İnsan uğursuz an yaşadıqda da şükr etməlidi. İdmançı üçün uğur da var, uğursuzluq da. Bu il gərək var gücümüzlə çalışaq, yaxşı nəticə əldə edək. Ötən mövsüm çempionatda zəif nəticə göstərsək də, ölkə kubokunu qazanmışdıq. Bu il isə kubok mübarizəsindən kənarda qalmışıq. Çempionatda hər şey özümüzdən asılıdı. Qarşıda bizi Antalya təlim-məşq toplanışı gözləyir. Bütün rəqiblərimiz də hazırlaşır. Görək axırı necə olur...
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar