11 yan 16:50liqa

Tərlan Əhmədov Orxan Sadıqlının atmacasına cavab verdi

Tərlan Əhmədov Orxan Sadıqlının atmacasına cavab verdi
“Mənim işlədiyim komandada təriqət söhbəti, dini, irqi ayrı-seçkilik ola bilməz”
“Keşlə” – “Qaradağ Lökbatan” qarşılaşmasından sonra paytaxt təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlər üçün brifinq keçirdi. Əvvəlcə hazırlıq prosesini dəyərləndirən təcrübəli mütəxəssis yeni transferlər, həmçinin Vaqif Cavadov, Orxan Sadıqlı və gələcək planlar barədə sualları cavabladı.
- Hazırlıq prosesinə yanvarın 5-dən başlamışıq. Ağır yükləmədən sonra bu gün "Qaradağ Lökbatan”la matçda futbolçuların güc və hərəkətliliklərinə baxmaq istəyirdik. Həm bu matçı, həm də 5 günlük toplanışı axşam təhlil edəcəyik. Heyətdə üç yeni futbolçu var. "Zirə”dən Vüsal İsgəndərlini, Türkiyənin Bal Liqasında çıxış edən Emin Mehdiyevi və Qazaxıstan "Kaysar”ından Con Kamaranı götürmüşük. Pleymeyker mövqeyi üçün bir nəfər axtarırıq. Bunun üçün danışıq apardığımız bir neçə oyunçu var. Bu məsələ yaxın iki-üç gündə, yəni Antalya toplanışına qədər həllini tapacaq. Beşgünlük tsikli normal başa vurmuşuq. İki gündən sonra Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yola düşəcəyik. Orda da 4 matç keçirəcəyik.
- Yerli futbolçuları tanıyırıq. Bəs Kamara barədə nə deyə bilərsiz?
- Onun oyunu ilə tanış idik, çıxışına baxmışdıq. Noyabrda "Kaysar”ın heyətində keçirdiyi matçı tam izləmişik. Bizə təqdim edilən 20-yə yaxın futbolçu arasından oyun tərzimizə ən yaxını, bəyəndiyimiz Kamara oldu. Bu gün çıxışından razı qaldım. Düzdü, təxminən 20 gün idi məşq etmirdi, tam formada deyil. Buna baxmayaraq, bu gün də bəzi epizodlarda onda görmək istədiyimiz keyfiyyətlərin şahidi olduq.
- Litva "Jalgiris”indən Ceremi Manzorronu da transfer edəcəyiniz deyilirdi. Bu məsələ nə yerdədi?
- Bəli, belə bir futbolçu var, təklif də göndərmişik. Amma o, daha çox pul istəyib. Bizim də həmin məbləği ödəmək imkanımız yoxdu. Həm də seçim qarşısındadı, vaxtilə birgə çalışdığı bolqar məşqçi onu Qazaxıstana çağırır. Ona görə də gündən-günə məbləğ qalxır. Bəlkə də bizim təklifdən sonra öz qiymətini qaldırıb, onu deyə bilmərəm. Bu transferin üzərində ayyarım idi işləyirdik. Təəssüflə qeyd etməliyəm ki, bu məsələyə nöqtə qoyulub.
- Bir pleymeyker axtardığınızı dediz. Komandaya cəmi bir legioner gələcək?
- Üç nəfər götürmüşük, biri də gələcək. Yəni qış fasiləsində 2 yerli, 2 əcnəbi götürmüş olacağıq. Əlimizdə olan vəsaitə uyğun futbolçu seçirik.
- Belə başa düşdük ki, heyətdəki oyunçuların sayı azalacaq. Çünki qış fasiləsində 7 futbolçu göndərdiyiniz halda, dördünü götürürsüz...
- Bəli, 3 oyunçu transfer etmişik, say 4-ə çatacaq. Bununla belə, Cavid Əliyevi əvəzedici heyətdən götürmüşük, 19 yaşı var. Orxan Fərəcov var, "Neftçi”də U-19-da oynadığı vaxtdan onun istedadına bələdəm. O da bizimlədi. 17 yaşlılarda Pərviz Azadov var, dünənə qədər bizimlə məşqlərdə idi. Bir sözlə, artıq akademiyaya üz tutmuşam. Kəmiyyətin çox, keyfiyyətin aşağı olmasını istəmirəm. Bəzi futbolçuları ehtiyatda oturtmaq mənim üçün ağır olur. Amma bu uşaqlara da şans vermək lazımdı. Potensialları böyükdü. Üstünlük verdiyim cavanları da əsas komandaya cəlb edəcəm.
- Vaqif Cavadovun məsələsinə nöqtə qoyulub?
- Dekabrda klub prezidenti Zaur Axundovla söhbətimiz oldu. Transfer məsələlərində bütün səlahiyyət mənə verilib. Komandanı qurmaq üçün yeni futbolçular dəvət edilməli, bəziləri getməli idi. Amma bu, o demək deyildi ki, Vaqif futbolçu kimi yaramır. Əksinə, şans verdik ki, başqa klubda daha çox oynamaq imkanı olsun. Bizdə qalsa, şansı olmayacaqdı. Yarım mövsüm ehtiyatda oturmaq və ikinci yarım ildə də eyni şeyi etmək onun üçün də yaxşı olmazdı. Mənim tərəfimdən bu məsələyə son qoyulub. Başqa işlərə, futbolçuların köhnə müqavilələrinə qarışmıram.
- Xidmətinə ehtiyac duymadığınız qapıçı Orxan Sadıqlı deyib ki, "Keşlə”də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. Bu barədə nə deyə bilərsiz?
- Dünən mənə çatıb, bu barədə deyiblər. Kimin mömin, kimin kafir olması Allaha məxsus məsələdi. Mənim işlədiyim komandada dini təriqət söhbəti, dini, irqi ayrı-seçkilik ola bilməz. Bu qəbulolunmazdı. Bəli, ibadət edən insanlarıq. Amma yeri gələndə başqa təriqətin insanları ilə ibadət edirəm. Hamı üçün Allah birdi. Hamı özü dərk etdiyi formada ibadət edir. O sözü deyən adam özü izahını da verməlidi. Mən baş məşqçi postuna gələndə komandada üç qapıçı vardı – Kamran Ağayev, Davud Kərimi və Şahin Zəkiyev. Onlara üstünlük vermişəm və inanıram. Səhvlərimiz olsa da, güvənirəm. Sadıqlı mənim siyahımda olmayıb. Mənə qədər nə olub, Orxan Sadıqlı komandan necə və niyə gedib – bunu açıqlamıram. İstəmirəm onun gələcək karyerasına mənfi təsiri olsun. Ona yaxşı yol arzulayıram. Yenə deyirəm, ilk gündən Orxan Sadıqlı mənim siyahımda olmayıb.
- Fiziki hazırlıq üzrə məşqçiniz Aleksandr Karakliç komandanı tərk etdi. Onun yerinə başqa mütəxəssis götürəcəksiz?
- Bizim üçün gözlənilməz gediş oldu. Dekabrın 30-da mənə zəng vurdu ki, getmək istəyirəm, Çindən təklifim var. Bildirdi ki, ona burdakından 4-5 dəfə artıq maaş verirlər, bu təklifə razılıq verməklə serb məşqçilərin də yolunu aça bilərəm və s. Klub prezidentini xəbərdar etdim və belə məsləhət oldu ki, yaya qədər fiziki hazırlığa özümüz baxaq. Əslində "Neftçi”də işləyəndə, komanda Avropa Liqasının qrupuna düşən vaxt fiziki hazırlığa mən nəzarət edirdim. Yəni bu işi bilirəm. Lazım olsa, yayda bu məsələyə baxılacaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar