08 yan 15:42liqa

“Neftçi” bir araya gəldi, Mbocla Federiko yubandı

“Neftçi” bir araya gəldi, Mbocla Federiko yubandı
Rəhbərlik Karikari ilə Braliçə klub axtarmağı tapşırıb
Premyer-liqanın bütün komandaları təlim-məşq toplanışına start verib. Onlardan bəziləri artıq ölkə xaricinə üz tutub. Premyer-liqanın lideri “Neftçi” məhz dünən bir araya gəlib. İlk gündə futbolçular həkim müayinəsindən keçiblər. Ancaq “ağ-qaralar” tam heyətlə məşqlərə bu gündən start verəcək. Çünki legionerlədən bəziləri məhz bu gün düşərgəyə qoşulacaq. Yalnız iki futbolçudan başqa. Bunlar flaqmanın yeni transferi olan Mamadu Mboc və Dario Federikodu. Mbocun vizası sabahdan onun ölkəmizə daxil olmasına icazə verəcək. Darionun da sənədində problem var. Braziliyalı yarımmüdafiəçi pasportunu yenilənməyə verib, bir-iki gün gecikmə ilə o da baş məşqçi Roberto Bordinin sərəncamında olacaq. Qeyd edək ki, “Neftçi” Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşacaq. Bakıdakı toplanış yanvarın 13-nə qədər davam edəcək. Yanvarın 13-dən 27-dək Antalyada olacaq “ağ-qaralar” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq. Flaqman qardaş ölkədə üç yoxlama görüşü keçirməyi planlaşdırır.
Paytaxt təmsilçisinin transfer çalışmalarına gəlincə, iki futbolçunun gedib, üçünün gəldiyini xəbər vermişdik. Rəşad Eyyubovla Rəşad Əzizli “Neftçi”dən ayrılıbsa, Mamadu Mboc, Mamadu Kane və Turan Vəlizadə komandanın yeni üzvləridi. Bundan başqa, Aqil Məmmədovun da “ağ-qaralar”a keçidi böyük ölçüdə həll olunub. Hətta “Neftçi”nin Məmmədovla ilyarımlıq müqavilə imzalayacağı gözlənilir. Sadəcə, anlaşmanın rəsmiləşməsi qalır. Ancaq flaqmanda yenə də heyətlə bağlı dəyişikliklərin olacağı istisna olunmur. Belə ki, daha iki futbolçunun “ağ-qaralar”la vidalaşacağı şübhə doğurmur. Bunlar Kvame Karikari və Slavko Braliçdi.
“Neftçi”nin yayda heyətinə qatdığı futbolçuların heç də hamısı ümidləri doğrultmadı. Belələrindən biri Eyyubov idisə, adı çəkilən iki legioner haqda da eyni sözləri demək olar. Artıq hər iki futbolçuya özlərinə klub tapmaq tövsiyəsi verilib. Yeri gəlmişkən, Karikari karyerasını Albaniyada davam etdirməyə çox yaxındı. Bu haqda məlumatı newsport.al saytı yayıb. Xəbərdə bildirilir ki, "Partizani" qanalı forvardın xidmətində maraqlıdı. Bu məsələ ilə birbaşa klub prezidenti Qazmend Deminin məşğul olduğu vurğulanıb. "Partizani"nin baş direktoru Olsi Rama uzun müddətdi izlədiyi Karikarinin transferini həll etməyə yaxın görünür. Alban həmkarlarımız klublar arasında danışığın müsbət nəticələndiyini və xırda detalların qaldığını iddia ediblər. 26 yaşlı hücumçunun tezliklə "Partizani"nin Antalya toplanışına qatılacağı gözlənilir. Sabien Lilay və Ceyms Adeniyinin "Qəbələ"yə transferində mühüm rol oynamış menecer Frans Bode qanalı forvardın keçidinə də çalışır. Qeyd edək ki, Kvame "Neftçi"yə mövsümün əvvəlində Qətər klubu "Əl-Ərəbi”dən keçmişdi. Onunla 2 illik müqavilə imzalanmışdı. Karikari mövsümün geridə qalan hissəsində cəmi iki dəfə rəqib qapılarına yol tapıb. Bu isə çempionluğa oynayan komandanın hücumçusu üçün olduqca zəif göstəricidi.
Slavko Braliçlə bağlanan müqavilənin müddəti isə 1 il idi. Onun “Neftçi”dən öncəki klubu "Şiroki Briyeq” (Bosniya və Hersoqovina) olmuşdu. Xorvat futbolçu da Karikari kimi ümidləri doğrultmadı. Məhz bu üzdən hər iki oyunçunun bu qış fasiləsində “Neftçi”dən ayrılacağı gözləniləndi. Ancaq klub tapmasalar, çox güman, mövsümün sonuna qədər “ağ-qaralar”la birgə yola davam edəcəklər. Onu da qeyd edək ki, bir müddət öncə Braliçin də müxtəlif təkliflər aldığı deyilirdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar