08 yan 14:45liqa

“Keşlə” İsgəndərli ilə razılığa gəldi, Taşkınla bağlı təkzib verdi

“Keşlə” İsgəndərli ilə razılığa gəldi, Taşkınla bağlı təkzib verdi
Qazaxların əvəzinə Özbəkistan yığması
“Keşlə” yanvarın 5-də bir araya gəlib. Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində "ASK Arena"da ilk məşqə çıxan paytaxt təmsilçisi fiziki çalışmalar üzərində işləyib. Tərlan Əhmədovun komandası həm trenajor zalında çalışıb, həm də meydanda yüngül qaçışla “pas atıb”. "Keşlə"nin legionerlərinin də qatıldığı hazırlıq prosesində yeni məşqçi Rəşad Sadiqov da iştirak edib.
Yeri gəlmişkən, “Keşlə” bilmir futbolçu transferi ilə məşğul olsun, yoxsa məşqçi axtarsın. Aleksandr Karakliç Serbiyadan qayıtmayıb və çox güman, qayıtmayacaq da. Onun Çindən çox sərfəli təklif aldığı deyilir. Qarşıdakı günlərdə Karakliçin yeni klubunun adını biləcəyik. İstənilən halda, onun qəfil qərarı klub rəhbərliyini çətin vəziyyətdə qoyub. Düzdü, “Keşlə”nin məşqçilər korpusu xeyli genişdi. Tərlan Əhmədovun komandasında Mehman Babayev, Zaur İsmayılov, Camaləddin Əliyev, Rəşad Sadiqov və seleksiyaçı-məşqçi Bəxtiyar Musayev var. Ancaq hazırda fiziki hazırlıq üzrə məşqləri Əhmədov özü keçir. Babayevlə İsmayılov da bacardıqları qədər ona kömək etməyə çalışır. İndiki məqamda sırf bu sahənin mütəxəssisinə daha çox ehtiyac var və çox güman, Antalya toplanışına qədər “korpus”a əcnəbi məşqçi dəvət olunacaq. Rəhbərlik əlimyandıda yeni məşqçi axtarır.
Oyunçu transferlərinə gəlincə, 4-ü legioner, 3-ü yerli olmaqla (hərçənd Vaqif Cavadovun gedişi rəsmən elan olunmayıb) 7 heyət üzvünü itirən “Keşlə” “qış bazarı”nda ilk alış-verişini gerçəkləşdirməyə çox yaxındı. "Zirə" Vüsal İsgəndərli ilə yollarını rəsmən ayırıb. Belədə xeyli müddətdi bu futbolçu ilə danışıq aparan “Keşlə”nin qarşısında heç bir əngəl qalmır. Zirəlilərlə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan və azad agent statusu alan 23 yaşlı yarımmüdafiəçi bu gün-sabah yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
Sərtan Taşkının karyerasını Türkiyədə davam etdirə biləcəyi ilə bağlı xəbər yayılıb. Türkiyə mətbuatının iddiasına görə, 21 yaşlı müdafiəçi birinci liqada mübarizə aparan "Altay"ın maraq dairəsinə düşüb. U-21-in üzvü sağ cinah müdafiəçisi axtaran İzmir təmsilçisinə menecerlər tərəfindən təklif olunub. Gənc futbolçu ilə bağlı yekun qərarın məşqçilər korpusu tərəfindən veriləcəyi iddia olunur. Ancaq necə deyərlər, “qız evində toydu, oğlan evinin xəbəri yox”. "Keşlə"nin öz yetirməsi olan, komandada 75 oyunda meydana çıxıb 4 qol vuran Taşkınla bağlı xəbərin nə dərəcədə səhih olub-olmadığına aydınlıq gətirmək üçün klubla əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məsələyə belə aydınlıq gətirdi: “Təbii ki, futbolçumuzla bağlı xəbər barədə məlumatlıyıq. Sərtanın özü ilə danışdıq, and-aman etdi ki, bu barədə ona heç kim heç nə deməyib, əlaqə saxlayan olmayıb. Nə meneceri vasitəsilə, nə də birbaşa özü ilə maraqlanan olub. Bildirdi ki, o da bu barədə mətbuatdan eşidib. Sərtan “Keşlə”nin futbolçusudu və heç yerə getmir”.
Bu arada "Keşlə"nin Antalya toplanışı çərçivəsində rəqiblərindən biri dəyişib. Belə ki, Qazaxıstan təmsilçisi "Okjetpes"lə yanvarın 17-nə nəzərdə tutulan qarşılaşma baş tutmayacaq. Buna rəqibin məşqçilər heyətindəki dəyişiklik səbəb olub. Bununla belə, bakılılar yanvarın 18-də Özbəkistan U-23-ü ilə yoxlama görüşündə üz-üzə gələcək. Qeyd edək ki, "Keşlə"nin Antalya toplanışı yanvarın 12-dən 26-dək davam edəcək. Antalyada 4 yoxlama matçı keçirəcək bakılıların sınaqçı-rəqiblərindən hələlik üçünün adı bəllidi. Qeyd etdiyimiz kimi, Tərlan Əhmədovun komandası Türkiyə toplanışı çərçivəsində ilk yoxlama matçını yanvarın 18-də keçirməyi planlaşdırır. Ayın 23-dəki rəqib isə Rumıniyanın birinci liqa iştirakçısı “Konkordiya” olmalıdı. "Keşlə" qardaş ölkədəki hazırlığını ayın 25-dəki oyunla başa vuracaq. Sonuncu sınaqçı-rəqib Rusiya MFL-nin iştirakçısı “Çertanovo” olacaq. Daha bir yoxlama görüşü isə yanvarın 20-nə planlaşdırılıb ki, həmin gün üçün rəqibin adına hələlik aydınlıq gəlməyib.
Bakı toplanışı çərçivəsində də bir oyun olacaq. Belə ki, “Keşlə” yanvarın 9-da birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la oyunda qüvvəsini sınayacaq. Matç “Neftçi”nin bazasında (Türk Hava Yolları Futbol Mərkəzində) keçiriləcək və saat 14.00-da start götürəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar