Rəşad Əzizli və Adil Nağıyevin ardından “Sumqayıt” dövrələrarası fasilədə növbəti transferini rəsmiləşdirib. Belə ki, son olaraq “Sabah”ın şərəfini qoruyan qapıçı Aydın Bayramov “gənclik şəhəri” təmsilçisiylə müqavilə bağlayıb. İlyarımlıq sözləşməyə imza atan 1996 təvəllüdlü futbolçu “Sumqayıt”da “13” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Aydın Bayramov karyerası ərzində “Rəvan”, MOİK və “Sabah”ın uğurları üçün çalışıb. Qolkiper həmçinin 21 yaşadək futbolçulardan ibarət yığmaya da cəlb olunub.