06 yan 13:43liqa

“Sabah” Anqola yığmasının hücumçusunu sınayır

“Sabah” Anqola yığmasının hücumçusunu sınayır
Elşad Əhmədov: “Elvin komandadaxili ab-havaya uyğunlaşa bilmədi”
Premyer-liqa təmsilçiləri istirahətə xeyli vaxt ayırdığı halda, “Sabah”lılar üçün dincəlmək imkanı yanvarın ilk günündə başa çatdı. Ertəsi isə komanda üzvləri Antalyaya yollandı. Çempionatın debütantı təkcə bu məqama görə fərqlənmir. Onlar həm də heyəti gücləndirmək prosesinə ən tez start verən komandadı. Bunun nəticəsidi ki, “tələbələr” “Neftçi”dən Rəşad Eyyubovu, “Qəbələ”dən Təmkin Xəlilzadəni rənglərinə bağlamağa nail olublar. Deyilənə görə, daha bir futbolçunun keçidi yaxın günlərdə həllini tapmalıdı.
Tək transfer çalışmalarına görə yox, həm də Türkiyəyə aparılmayan Elvin Yunuszadə müəmması, eləcə də təlim-məşq toplanışının gedişi ilə bağlı suallara cavab tapmaq üçün “Sabah”ın baş məşqçisi Elşad Əhmədovla əlaqə saxladıq.
- Antalyada qeyri-sabit hava şəraitinin hökm sürdüyünü nəzərə alsaq, hazırlıq prosesi ürəyinizcədi?
- Yanvarın 2-si günorta Laraya çatdıq. Həmin gün və dünən (srağagün) aramsız yağış yağdı. Bu gün, şükürlər olsun, hava xoşdu. Düzdü, yağış ilk iki günlə bağlı planlarımıza müəyyən qədər təsir göstərdi. Ayın 2-də fitnes zalında çalışmalı olduq, dünən isə meydan ağır, hava yağışlı olsa da, qazonda məşq etdik. Onsuz da yanvarın 12-nə kimi əsas diqqəti fiziki hazırlığa ayıracağıq. Yəni bu müddətdə topla çalışmalara xüsusi diqqət yetirməyəcəyik.
- Legionerlərin yanvarın 5-də kollektivə qoşulacağını demişdiz...
- Artıq gəliblər, burdadılar. Saşa Stamenkoviç, Miloş Bosançiç və Filip İvanoviç gecə gəldilər. Erik Ramosla Vanderson Silva onsuz da Bakıdan Antalyaya bizimlə uçmuşdular. Yalnız Marko Deviç qalıb, o da gələcək.
- Nə vaxt?
- Ailəsi ilə bağlı müəyyən məsələlərə görə bizdən əlavə bir neçə gün icazə istəmişdi. İnşallah, ayın 8-də komandanın yanında olacaq.
- Cənubi Amerikadan olanların – Ramosla Vandersonun kollektivə hamıdan tez qoşulması təəccüblü göründü. Halbuki okeanın o tayından gələnlərin gecikməsinin az şahidi olmamışıq.
- Onlar Bakıda qalmışdılar. Ailələri yanlarındadı deyə, 10 günə görə, sizin sözünüz olmasın, okeanın o tayına getmək istəmədilər. Özünüz də bilirsiz ki, ora gedib-qayıtmaq üçün azı bir sutka havada olmalısan. Belə olacağı haqda bizə əvvəldən məlumat vermişdilər.
- Elvin Yunuszadə komanda ilə birlikdə deyil. Niyə?
- Elvin bizimlə deyil və hazırlıqda iştirak etməyəcək. Gəlin, bunu “komandaya uyğunlaşa bilmədi” kimi qələmə verək. Mən onu komandaya cəlb edəndə daha çox milliyə yolunun açılmasını arzu edirdim. Yenidən yığmada olması üçün kömək etmək istəyirdik. Bunun üçün isə “Sabah”da özünü göstərməliydi. Amma iş elə gətirdi ki, uyğunlaşma ilə bağlı problemi oldu. Özünə də həm məşqçi, həm də yoldaş kimi başa saldım ki, özünü daha yaxşı hiss etdiyin yerdə oynamalısan.
- “Uyğunlaşa bilmədi” deyəndə nəyi nəzərdə tutursuz? Sizin oyun planınıza, yoxsa komandadaxili ab-havaya?
- Komandadaxili ab-havaya uyğunlaşa bilmədi. Oyun planında elə bir problem yox idi. Şükür Allaha, kifayət qədər təcrübəsi var. Baş məşqçinin ondan nə istədiyini bilir.
- Deməli, ipə-sapa yatmaması “Sabah”da da özünü göstərdi.
- Yox-yox, söhbət ipə-sapa yatmamaqda, yaxud hansısa artıq hərəkət etməsində deyil. Elvini yaxşı tanıyıram, “Neftçi”də gözümüzün qabağında olub. Sadəcə, “Sabah”a uyğunlaşa bilmədi. Hiss edirdim ki, narahatdı.
- 13-cü turda - “Neftçi”ylə oyunun fasiləsində Yunuszadəni əvəzləmişdiz. Bu fakt aradakı narazılığa səbəb ola bilər?
- İnanmıram. Çünki həmin oyundan sonra baş tutan iclasdakı təhlil zamanı bu barədə söhbətimiz oldu. Əvəzetməni nə üçün etdiyimi özü də başa düşdü. Bir də ki, müqavilə bağlayanda aramızda belə bir şifahi söhbət olmuşdu. Qış fasiləsinə qədər baxacağıq, özünü rahat hiss etsən, qalarsan, nəsə xoşuna gəlməsə, gedərsən.
- Yollarınız rəsmi qaydada ayrılıb?
- Xeyr, rəsmən heç nə yoxdu. Müqavilə ilə “Sabah”a məxsusdu, sadəcə, komandanın yanında deyil. Bu məsələdə qərarı klub rəhbərliyi verəcək.
- Özünə klub tapmasa, necə olacaq?
- Müqavilə klub rəhbərliyi ilə futbolçu arasında bağlanıb. Ona görə də mənim nəsə deməyim çətindi. Biz Elvinin gələcəyi üçün belə olmasını istədik. Sabah nə olacağını futbolçu ilə rəhbərlik bilər.
- Təmkinlə Rəşadın keçidi həll olundu. Amma bir yaralı mövqe var ki, ora hələ də gücləndirilməyib. Deviçin yoxluğunda çarəsi tapılmayan hücumu nəzərdə tuturam.
- Bu yöndə iş görürük. Belə deyim, axtarışlarımız davam edir. Artıq bir futbolçu baxışa gəlib. Qış fasiləsinə qədər Polşa “Zaqlembe”sinin şərəfini qorumuş Aleksandr Kristovaonu sınaqdan keçirəcəyik (cari mövsümdə Polşanın yüksək dəstəsində 15 oyunda meydana çıxıb, 2 qola imzasını yazdıran futbolçunun 25 yaşı var. Anqola və Hollandiya vətəndaşı olan Kristovao birincilərin yığmasında 8 oyunda forma geymək şansı qazanıb və 2 qol vurub – H.). Həm hücumun sivri ucunda, həm də vinger kimi oynaya bilir. Qarşıdakı yoldaşlıq görüşlərində nəyə qadir olduğunun canlı şahidi olandan sonra qərar verəcəyik. Ola bilsin, başqa hücumçuları da dəvət etdik. Aralarında ən layiqlisinin keçidini həll etməyə çalışacağıq.
- Transfer siyahınızda Rauf Əliyevin adı var idi?
- Düzünü desəm, yox. Rauf “Qəbələ”nin futbolçusudu, klubla müqaviləsi var.
- Nə olsun, Təmkin də “Qəbələ”nin futbolçusu idi...
- Təmkinin məsələsi fərqlidi. Açığı, biz onu mövsüm başa çatandan sonra komandaya cəlb etməyi düşünürdük. Amma iş elə gətirdi ki, indi anlaşdıq. Rauf yaxşı futbolçudu, onu sərəncamımda görmək istərdim. Özünə hörmətim var, fikrimcə, komandanı gücləndirə bilər. Sadəcə, Rauf “Qəbələ”də oynayır və bildiyimə görə, ayrılmaq fikri yoxdu. Təmkinin ailə problemləri vardı deyə, paytaxt təmsilçilərinin birində oynamaq istəyirdi.
- Təmkinlə Rəşaddan başqa siyahınızda başqa yerli futbolçular var idi?
- Xeyr.
- Yoldaşlıq görüşlərində qarşılaşacağınız rəqiblərdən ikisinin adı məlumdu. Digər iki komandanın adına nə vaxt aydınlıq gələcək?
- Yanvarın 16-da “Tobol”la, 19-da MTK ilə oynayacağıq. Ayın 12-dəki matç üçün PTT liqasında mübarizə aparan “Əskişəhərspor”la danışığımız olub. Ola bilsin, onlarla qarşılaşdıq, amma 100 faiz dəqiq deyil. Sabaha qədər bir söz deyəcəklər. 22-dəki rəqibin kimliyi hələ bilinmir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar