06 yan 13:32liqa

Həsənalızadə Samir Abasova görə “Zirə”yə yollanıb

Həsənalızadə Samir Abasova görə “Zirə”yə yollanıb
“Heç bir özünə hörmət qoyan baş məşqçi özünü peşəkar sayan futbolçuya belə vəd verməz”
Bəxtiyar Həsənalızadə “Sumqayıt”ın şərəfini qoruyan tək-tük oyunçulardan idi ki, futbolda ilk addımlarını doğma şəhərində məhz bu klubda atmışdı. Daha doğrusu, Bəxtiyar Sumqayıt futbol məktəbinin yetirməsidi. Karyerası ərzində yalnız “kimyaçılar”ın heyətində çıxış edən müdafiəçi 2018-ci ilin oktyabrında “Zirə” ilə matçda premyer-liqada 150-ci oyununu keçirməklə yadda qaldı. 26 yaşlı Həsənalızadə qış fasiləsinə kimi həm də “ağ-göylər”in vitse-kapitanı idi. Ancaq “gənclik şəhəri”nin təmsilçisinin əsas futbolçularından biri sayılan müdafiəçi gözlənilmədən qış fasiləsində iş yerini dəyişməyə qərar verdi. Bəxtiyar 2011-ci ildən şərəfini qoruduğu “Sumqayıt”dan ayrılaraq “Zirə”yə üz tutdu. Onun bu addımı futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Əksər mütəxəssislər, eləcə də sumqayıtlı azarkeşlər turnir cədvəlinin daha üst pilləsində qərarlaşan, üstəlik futbolçunun doğma şəhərini təmsil edən komandanı autsayderə dəyişməsini Bəxtiyarın geriyə addım atması kimi dəyərləndirdilər. Onun bu addımına hərə bir don geydirdi. Kimi Həsənalızadənin daha yüksək maaş təklifinə uyduğunu, kimi Ayxan Abbasovla yola getmədiyini, kimi də Samir Abasov amilini qabartdı. Bəs əslində nə baş verib? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Bəıxtiyarı aradıq.
- Əvvəlcə hamını maraqlandıran suala cavab verməyini istərdim. “Sumqayıt”ı “Zirə”yə dəyişməyin nə ilə bağlıdı?
- Son günlər bununla bağlı mənə çox sual verilir. Öncə onu bildirim ki, bu iki klubun rəhbərliyi arasında razılaşdırlmış bir keçiddi. “Zirə”nin baş məşqçisi məni komandasında görmək istəyirdi və buna görə klub rəsmiləri “Sumqayıt” rəhbərliyinə müraciət etmişdi. Öz aralarında razılaşdılar və mən də “Zirə”yə keçdim.
- Sözlərindən belə çıxır ki, fikrini öyrənmədən klub rəhbərliyi səni Adil Nağıyevlə dəyişməyə qərar verib. Bu necə ola bilər?
- Təbii ki, qarşı tərəfin müraciətindən sonra “Sumqayıt” rəhbərliyi mənim də fikrimi öyrəndi. Mən də bu dəyişikliyə etiraz etmədim.
- Deməli, özün də “Sumqayıt”ı tərk edib “Zirə”yə keçmək istəyibsən. Adətən, futbolçunu klubunu dəyişməyə vadar edən amillər olur. Səni “Sumqayıt”da nə qane etmirdi?
- “Sumqayıt” mənim üçün doğmadı. Peşəkar karyeramda bu günə kimi yalnız o komandanın şərəfini qorumuşam. 2011-ci ildən orda idim. Bu illər ərzində bəzi klublardan təklif alsam da, heç birini dəyərləndirmədim. Ancaq son vaxtlar özüm də mühiti dəyişməyi düşünürdüm. Bu arada da “Zirə” mənimlə maraqlandı və fürsəti əldən verməməyi qərara aldım.
- Yeganə səbəb budu? Bəlkə yeni məşqçiniz Ayxan Abbasovla yola getmirsən?
- Ayxan müəllimlə münasibətlərimiz çox yüksək səviyyədədi. Baş məşqçi kimi daim mənə güvənib, əsas heyətdə yer almışam. Sadəcə, qeyd etdiyim kimi, ab-havanı, mühiti dəyişmək istədim.
- “Zirə”nin baş məşqçisinin Samir Abasov olmasının qərarına təsiri oldu?
- Bəli. Samir müəllimin boynumda haqqı çoxdu. Futbolçu kimi inkişaf etməyimdə, əsas heyətdə möhkəmlənməyimdə və ən nəhayət, milliyə dəvət almağımda onun böyük zəhməti var. Şadam ki, yenidən onun rəhbərliyi altında oynayacam.
- Məndə olan məlumata görə, “Zirə”yə keçidində təkcə baş məşqçi amili rol oynamayıb. Yeni klubunun təklif etdiyi maliyyə şərtlərinin daha cəlbedici olması da qərarına təsir göstərib...
- Tam səmimiyyətimlə deyim ki, “Zirə”nin mənimlə maraqlandığını biləndə heç maliyyə şərtləri ilə maraqlanmadım. Həmin an bu haqda düşünməyə heç həvəsim də yox idi. Vurğuladığım kimi, mühiti dəyişmək barədə düşünürdüm və bu təklif də həmin araya təsadüf etdi. Sonradan danışıqlar prosesində bu barədə söhbətimiz oldu. Düzü, bu amili qabartmağa dəyməz. Çünki “Sumqayıt”da aldığım maaşla “Zirə”nin təklif etdiyi əməkhaqqı arasında elə də böyük fərq yoxdu. Məhz “pula görə klubu dəyişmişəm” fikirləşənlər yanılırlar.
- Düşünmürsən ki, karyeranda geriyə addım atmış oldun?
- Niyə?
- Ona görə ki, “Sumqayıt”ın turnir cədvəlində vəziyyəti “Zirə”dən daha yaxşıdı. Bundan başqa yeni klubunla müqayisədə sabiq komandan daim ev oyunlarını dolu tribunalar önündə keçirir və sən də publikanın hörmət etdiyi oyunçulardan biri idin.
- Əvvəlcə komandaların turnir cədvəlindəki vəziyyətinə toxunmaq istəyirəm. Məncə, əsas mübarizə qış fasiləsindən sonra başlayacaq. Çempionluq uğrunda mübarizə aparan “Neftçi” və “Qarabağ”ı çıxmaq şərti ilə hazırda bütün premyer-liqa təmsilçilərinin avrokuboklara vəsiqə qazanmaq şansı var. Bu gün 3-cü pillədə olan “Səbail”lə 8-ci yerdə qərarlaşan “Zirə” arasında elə də böyük xal fərqi yoxdu. 3-cü dövrədə ardıcıl 5 oyunda qələbə qazanmaqla hətta ilk “üçlüy”ə də yüksəlmək olar. Odu ki, “karyeramda geriyə addım atmışam” kimi fikirlərlə özümü yükləmirəm. O ki qaldı azarkeşlərə, həqiqətən də “Sumqayıt” azarkeşi həmişə möhtəşəm olub və indi də elədi. Onların mənə necə hörmət etdiklərini də bir sumqayıtlı kimi həmişə hiss etmişəm. İnanıram ki, sumqayıtlılar kimi “Zirə”nin fanatlarının da sevimli oyunçularından biri olacam.
- Söhbətimizin əvvəlində “Zirə”nin təklifini məhz baş məşqçi Samir Abasova görə dəyərləndirdiyini bildirdin. Yayılan söz-söhbətlərə görə, Samir bəyin kreslosu laxlayıb. Komanda fasilədən sonra da bir neçə tur uğursuzluğa düçar olsa, rəhbərlik onunla yolları ayıracaq. Qərar qəbul etməmişdən öncə bu haqda düşündün?
- Birincisi, Samir müəllimin kreslosunun laxlaması barədə heç nə eşitməmişəm. Lap elə olsa belə, mən peşəkar futbolçuyam. Meydana çıxıb baş məşqçinin verdiyi tapşırığı yerinə yetirirəm. Samir Abasov olmasın, başqa məşqçi olsun. Mən normal futbol oynayandan sonra hansı məşqçi məni komandadan uzaqlaşdırar? Bəziləri elə düşünə bilər ki, Bəxtiyar baş məşqçinin istəyi ilə komandaya dəvət olunubsa, əsas heyətdə yeri təmin olunub. Heç bir özünə hörmət qoyan baş məşqçi özünü peşəkar sayan futbolçuya belə vəd verməz. Hər kəs oyunu ilə əsas heyətdə yerini təmin etməlidi. Düşünürəm ki, sağlam rəqabət istənilən futbolçunun inkişafı üçün vacib, hətta deyərdim ki, əvəzsiz məqamlardan biridi. Samir müəllimin rəhbərliyi altında oynayan futbolçuların hamısı yaxşı bilir ki, onun üçün “sevimli futbolçu” anlayışı yoxdu. Həftəboyu məşqlərdə kim özünü yaxşı tərəfdən göstərirsə, o da həftəsonu meydana çıxır.
- 2018-ci ildə ilk dəfə ölkənin əsas yığmasına dəvət alsan da, meydana çıxmadın. Bəs 2019-dan nə gözləyirsən?
- Doğrudan da 2018-ci il mənim üçün yaddaqalan oldu. Ölkənin əsas komandasına dəvət almaq hər bir futbolçunun ən böyük arzusudu. Qurban Qurbanova mənə dəvət göndərdiyinə görə təşəkkür edirəm. Millinin heyətində meydana çıxmasam da, adımı dəvətlilər sırasında görmək özü belə böyük qürur idi. Hələ ki millinin yeni baş məşqçisinin kim olacağı bəlli deyil. Bu heç maraqlı da deyil. Yenidən yığmaya dəvət olunmağım özümdən asılıdı. Mövsümün qalan hissəsini də yüksək səviyyədə keçirib komandama faydalı ola bilsəm, yəqin ki, yığmanın da baş məşqçinin diqqətini cəlb edə biləcəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar