04 yan 23:20liqa

“Zirə”də “yarpaq tökümü” davam edir

“Zirə”də “yarpaq tökümü” davam edir
Adildən sonra Anarla Vüsal da getdi
Mövsümün ilk yarısında işləri qaydasında getməyən komandalardan biri “Zirə” oldu. Qəsəbə təmsilçisi qış fasiləsinə turnir cədvəlinin son pilləsində yollandı. Xatırladaq ki, 3-cü turdan sonra “qartallar”ın baş məşqçi postunda dəyişiklik gerçəkləşdi. Ayxan Abbasov istefa verdi, onu Samir Abasov əvəzlədi. Lakin sonuncu komandanı “zirzəmidən” çıxara bilmədi. Düzdü, zirəlilər ölkə kubokunda ilkin mərhələni uğurla dəf edə bildi. Belə ki, 1/4 finalda “Səbail”i yolundan kənarlaşdıran “qartallar” yarımfinalda “Sumqayıt”la üz-üzə gələcək. Ancaq premyer-liqadakı durum göz qabağındadı.
Həm çempionatın ikinci yarısı, həm də kubokdakı mübarizə üçün “Zirə”nin güclənməli olduğu dəqiqdi. Elə Abasov da mətbuat konfranslarında dəfələrlə heyətin kifayət etmədiyini, mütləq oyunçu alacaqlarını demişdi. Maraqlıdı ki, yenilərin alınması prosesi sürət götürməmiş gedənlərin sayı artıq 3-ə çatıb. Düzdü, onlardan yalnız 1-i rəsmiləşib. Adil Nağıyevi yola salan qəsəbə təmsilçisi onun əvəzinə “Sumqayıt”dan Bəxtiyar Həsənalızadəni transfer etdi. Daha doğrusu, iki klub arasında mərkəz müdafiəçilərin yerdəyişməsi reallaşdı. Ancaq daha iki futbolçunun “Zirə”də qalmayacağı dəqiqdi. Bu haqda bir qədər sonra.
Yadınızdadısa, hələ bir müddət öncə “Zirə”də baş məşqçi ilə futbolçuların münasibətinin elə də yaxşı olmadığı deyilirdi. Təbii, uğursuz nəticələr fonunda Abasovun yetirmələrindən razı qalmaması normaldı. Həmçinin öz komandasını formalaşdırmaq istədiyini də müəyyən mənada anlamaq olar. Ancaq münasibətlərin kəskinləşməsi haqda deyilənlər bəzi suallara yol açır. Hətta baş məşqçinin futbolçuları təhqir etməsi ilə bağlı da söz-söhbət yayılmışdı. Doğrudu, Samir bəy bunu inkar etmiş, futbolçuları yalnız tənqid etdiyini və həddən artıq tələbkar olduğunu söyləmişdi. Hər halda, bir neçə ildi bu klubun formasını geyənlər “Zirə” ilə vidalaşır. Adilin adını qeyd etdik. Digər iki futbolçu isə Anar Nəzirovla Vüsal İsgəndərlidi. Qapıçının “Qəbələ” ilə münasibətlərini rəsmiləşdirməsi artıq an məsələsidi. İsgəndərlinin taleyi isə hələ bəlli deyil. Daha doğrusu, Vüsalın qəsəbə təmsilçisində qalmayacağı dəqiqdi. Sadəcə, karyerasını harda davam etdirəcəyi bilinmir. Yarımmüdafiəçinin adı “Keşlə” ilə yanaşı hallanır. Ancaq bu informasiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını zaman göstərəcək.
Dünən İsgəndərli ilə əlaqə saxlayıb, “qartallar”dan ayrılmasının səbəbini öyrənməyi lazım bildik: “Təxminən 2-3 saata (həmin an saat 12.13 idi – F.) hər şey dəqiqləşəcək. Səbəb kimi baş məşqçi ilə münasibətin yaxşı olmamasını deməzdim. Belə bir şey yoxdu. Sadəcə, komandada özümə qarşı inamın, istəyin az olduğunu görürəm. Ona görə də getmək istəyirəm. Hazırda “Zirə” rəhbərliyi ilə danışmağa gedirəm. Artıq “Zirə”də qalmaq variantım yoxdu. Təkliflərim var idi. Lakin “Zirə” ilə məsələmi həll etməliyəm. Ondan sonra təkliflər haqda düşünəcəm”.
Onu da qeyd edək ki, Vüsal cari mövsüm çempionatda 11 oyunda meydanda olub. Ümumilikdə 497 dəqiqə mübarizə aparan yarımmüdafiəçi yalnız bir dəfə rəqib qapılarına yol tapıb. Maraqlıdı ki, İsgəndərli cəmi 2 görüşdə 90 dəqiqə oynayıb. Kuboka gəlincə, “Səbail”lə hər iki matçda sonradan şans qazanıb. İlk oyunda 18, cavab görüşündə isə 28 dəqiqə mübarizə aparıb. Bir sözlə, Vüsalın “Zirə”dən ayrılmaq istəyini, eləcə də klubun onu saxlamaqda maraqlı olmamasını anlamaq mümkündü.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar