04 yan 23:19liqa

“Sumqayıt”ın rəqiblərinin adı hələ də bilinmir

“Sumqayıt”ın rəqiblərinin adı hələ də bilinmir
Fasilə dönəmində ikinci qapıçı keçidi rəsmiləşdi
Qış fasiləsində Orxan Sadıqlı ilə yolları ayıran "Sumqayıt"ın qapıçı axtarışına çıxdığından xəbərdarsız. Ötən ilin son günlərində “kimyaçılar”ın “Zirə”dən Kamal Bayramovla ortaq məxrəcə gəldiyi haqda söz-söhbət yayılsa da, son anda Samir Abasov təcrübəli qolkiperin “qartallar”ın düşərgəsində qalmasına qərar verdiyindən keçid baş tutmadı. Belədə “gənclik şəhəri”nin təmsilçisi diqqətini “Neftçi”nin qapıçısı Rəşad Əzizliyə yönəltdi. “Ağ-qaralar”ın əsas heyətinə düşə bilməyən Rəşad “gənclik şəhəri”nin təmsilçisi ilə ilyarımlıq müqavilə imzaladı. Deyəsən, “Sumqayıt”ın rəhbərliyi qış fasiləsində qarşısına yalnız qapıçı transfer etməyi məqsəd qoyub. Belə olmsaydı, “ağ-göylər” qısa vaxtda düşərgəyə daha bir “çərçivə qoruyucusu”nu cəlb etməkdə maraqlı olmazdı. Kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, Əzizlinin ardından “kimyaçılar” daha bir qolkiperlə ortaq məxrəcə gəlib. Söhbət “Sabah”ın qapıçısı Aydın Bayramovdan gedir. Son seçmə mərhələdə U-21-ə də cəlb olunan gənc qolkiperlə artıq danışıqlar yekunlaşıb. Tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
Məsələ ilə bağlı “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq və klub rəsmisi söylənilənləri təsdiqlədi: “Rəşad Əzizlidən sonra Aydın Bayramovu da rənglərimizə bağladıq. Onun da müqaviləsinin müddəti 2020-ci ilin yayına kimi nəzərdə tutulub”.
Təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq 7 premyer-liqa təmsilçinin yoxlama matçlarında hansı rəqiblərlə qarşılaşacağı dəqiqləşib. Yalnız “Sumqayıt” bu baxımdan istisnadı. “Kimyaçılar”ın Bələkdə keçirəcəyi yoldaşlıq qarşılaşmalarının tarixi təxminən 15 gün öncədən açıqlansa da, nədənsə Ayxan Abbasovun komandasının kimlərə qarşı oynayacağına aydınlıq gətirilmir. Düzdü, ötən ilin son günlərində baş məşqçi özü qəzetimizə açıqlamasında təqdim olunan siyahıda Özbəkistan və Qazaxıstan klublarının olduğunu söyləmişdi. Lakin dəqiq siyahının yaxın günlərdə müəyyənləşəcəyini bildirməyi də unutmamışdı. Artıq həmin açıqlamanın üstündən 8 gün keçməsinə baxmayaraq, bu yöndə heç bir məlumat yoxdu. Rəşad bəydən bu məsələyə də aydınlıq gətirməsini istədik. Mətbuat katibi oyunları təşkil edən şirkətdən cavab gözlədiklərini vurğuladı.
Sonda onu da bildirək ki, “kimyaçılar” artıq bu gündən təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək. Ayxan Abbasovun komandası “Dalğa Arena”da bir araya gələcək. Onu da qeyd edək ki, ilk mərhələnin sonunda “ağ-göylər” bir yoxlama görüşü keçirəcək. Rəqibin “Şüvəlan” olduğu bilinsə də, oyunun günü və harda keçiriləcəyi hələ müəyyənləşməyib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar