“Zirə”nin qış hazırlıq planı bəlli olub. “Qartallar” yanvarın 5-də bir araya gələcək. Komanda çalışmaların ilk hissəsini Bakıda keçirəcək. Qəsəbə təmsilçişi ayın 12-də Antalyaya yollanacaq. “Zirə” Bələk bölgəsindəki “Alva Donna Exclusive Hotel”də qalacaq. Samir Abasovun yetirmələri burda 4 yoxlama oyununa çıxacaq. “Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) ilə görüşdə qüvvəsini sınayacaq. Qalan iki rəqibin kimliyinə hələ aydınlıq gəlməyib. "Zirə" yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.