28 dek 20:22liqa

Klubların legioner siyasətinə göz gəzdirəndə...

Klubların legioner siyasətinə göz gəzdirəndə...
58 əcnəbidən 15-i balkanlıdı
Son illər neftin qiymətinin düşməsi və dolların kursunun qalxması ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi. Müşahidə olunan böhranın başqa sahələr kimi, futboldan da yan keçməyəcəyi gün kimi aydın idi. Odu ki, klubların büdcəsi aşkar hiss olunan şəkildə azaldı. Mübariz Mənsimov, Hafiz Məmmədov, Cahangir Hacıyev, Cahangir Əsgərov kimi iş adamları və məmurların müxtəlif səbəblərdən əllərini klublardan çəkməsi vəziyyətin acınacaqlı hala düşməsinə səbəb oldu.
Vaxtilə premyer-liqanın ən kasıb klubu “Rəvan” sayılırdı ki, illik 70-80 min dollarlıq əcnəbilərə bel bağlayırdılar. İndiki durumda bu məbləği “Qarabağ”, “Qəbələ” və “Neftçi” xaric, başqaları təklif edir. “Sumqayıt”ın adı isə, ümumiyyətlə, siyahıda yoxdu. Pul olmayan yerdə adlı-sanlı, səviyyəli legionerlərdən danışmaq artıqdı. Müəyyən mənada “Qarabağ” rəqiblərini bir baş üstələyir ki, ağdamlıların cəlb etdikləri də “mənəm-mənəm” deyənlərdən hesab olunmur.
Buna baxmayaraq, 8 komandanın mübarizə apardığı çempionatda kifayət qədər legionerə rast gəlmək mümkündü. Yalnız yerli futbolçuların xidmətinə ehtiyac duyan “Sumqayıt”ı nəzərə almasaq, geridə qalan 14 turda digər 7 elita təmsilçisinin heyətində 60 əcnəbi futbolçu çıxış edib ki (Adrian Skarlatakenin cari mövsümdə iki komandada mübarizə aparması da hesablanıb - H.), bu da hər komandaya ortalama 8-9 nəfər deməkdi. Nə dərəcədə faydalı olublar, nə ilə yadda qalıblar ? Yazının davamında araşdırmağa çalışacağıq.
Neftçi
Soni Mustivar (Haiti) 14 1198 -
Baqali Dabo (Fransa) 13 1154 7
Dario Federiko (Braziliya) 14 1089 3
Kiril Petrov (Ukrayna) 10 875 -
Qoran Paratski (Xorvatiya) 11 718 2
Slavko Braliç (Xorvatiya) 10 705 -
Kvame Karikari (Qana) 8 375 2
İnsan naminə qeyd etmək lazımdı ki, “ağ-qaralar”ın hazırki legioner siyasəti əvvəlki üç mövsümdəkindən qat-qat ağıllı və faydalıdı. İlk növbədə say azlığını qeyd edə bilərik. Çempionluğa iddialı komandanın cəmi yeddi legionerin xidmətindən yararlanması xoş hal sayıla bilər. Aralarında ən faydalıları kimi Dabo, Federiko və Mustivarı göstərə bilərik. Hər üçü əsas heyətin əvəzolunmaz üzvləri sayılır. İlk ikisi isə ümumilikdə 10 qolun müəllifidi. Petrovun zədələri olmasaydı, onun da oyun və dəqiqə sayı xeyli artıq olacaqdı.
Lakin nöqsanlar da yox deyil. Braliçlə Karikarinin “Neftçi” səviyyəsində əcnəbi olmadığını klub prezidenti Kamran Quliyevlə baş məşqçi Roberto Bordin yaxşı bilir. Sadəcə, əldə müqavilə var deyə, addım ata bilmirlər. Ruslan Abışov zədəli olmasaydı, Braliç gününü ehtiyat oyunçular skamyasında keçirəcəkdi.
Qarabağ
Filip Ozobiç (Xorvatiya) 14 1115 4
Abdulla Zubir (Fransa) 12 861 4
Miçel (İspaniya) 12 783 4
Yakub Jezniçak (Polşa) 10 832 1
Con Delarj (Konqo) 10 518 2
İnnosent Emeqara (İsveçrə) 9 574 5
Vild-Donald Gerye (Haiti) 8 446 -
Ansi Aqolli (Albaniya) 7 530 -
Simeon Slavçev (Bolqarıstan) 6 332 1
Dani Kintana (İspaniya) 4 240 3
Hannes Halldorsson (İslandiya) 4 360 -4
Vaqner Da Silva (Braziliya) 3 270 -1
Ağdamlılar Avroliqanın qrup mərhələsində çıxış etməsəydi, Qurban Qurbanov, çətin ki, bu qədər əcnəbiyə ehtiyac duyardı. Futbolçuların müqaviləsi var deyə, indiki halda onlardan imtina etmək mümkün deyil. Buna baxmayaraq, bəzi legionerlərin ümidləri doğrultmadığını deməliyik. Emeqara ilə Ozobiç avrokuboklarda özlərini yaxşı tərəfdən göstərə bilməsələr də, çempionatda sözlərini deməyi bacarırlar. Miçel isə bütün “cəbhə”lərdə komandanın vacib fiquru sayılır. Yayda cəlb olunan Zubirin də premyer-liqaya uyğunlaşdığını deyə bilərik. Gerye komandanın üzdə olan gəlmələrindən sayılır. Lakin eyni sözləri iki əcnəbi qapıçıya aid etmək mümkün deyil. Şahruddin əlcəyi hər ikisinin əlindən çıxarıb. Aqolli ilə Jezniçak əvvəlki illərdəki qədər effektli görünmür. Slavçevlə Delarj isə, çox güman, yola salınacaq. Qış fasiləsində olmasa da, yayda.
Səbail
Maudo Jarjue (Qvineya-Bisau) 14 1260 -
Kevin Kubemba (Fransa) 14 1093 3
Tome Kitanovski (Makedoniya) 11 982 -
Enrike Perilyo (Braziliya) 11 889 -
Yevgeni Koçuk (Moldova) 11 883 3
Emil Martinov (Bolqarıstan) 11 755 -
Edqar Paçeko (Meksika) 8 477 -
İqor Korotetski (Ukrayna) 6 426 -
Tamazi Tsetsxladze (Gürcüstan) - - -
“Dənizçilər”in transfer siyasətinə dəqiq qiymət vermək çətindi. Çünki yarıtmazlarla yanaşı, özlərini yaxşı tərəfdən göstərənlər də var. Jarjue mümkün dəqiqələrin hamısında iş başında olub. Koçuk komandasının “ürəyi” sayıldığı halda, bütün qarşılaşmalarda forma geymək şansı qazanan Kubembanı da faydalı adlandıra bilərik. Kitanovski ilə Martinov ortabab legionerlər siyahısına aid oluna bilər. Digər üç nəfər isə Aftandil Hacıyevin əsəbləri ilə oynamaqdan başqa işə yaramayıb. Korotetski ilə Paçeko mövsümün yarısını zədəyə görə boşa verməklə yadda qaldısa, Tamazinin “faydası” oynamadan maaş alması oldu. Mənfilər varsa, deməli, işlər lazımi səviyyədə qurulmayıb.
Sabah
Saşa Stamenkoviç (Serbiya) 14 1260 -20
Erik Ramos (Paraqvay) 13 1124 -
Filip İvanoviç (Serbiya) 14 1061 -
Vanderson Silva (Braziliya) 12 930 -
Marko Deviç (Ukrayna) 9 764 6
Vitali Kvaşuk 10 (Ukrayna) 10 726 -
Miloş Bosançiç (Serbiya) 8 494 -
Premyer-liqanın debütantının legioner transferi baxımından bazara möhür vuracağını gözləmək ağılsızlıq olardı. Tələm-tələsik yığılan komanda ortada qalanların hesabına güclənməyə çalışdı. Vaxtilə “Neftçi”dən tanıdığımız Stamenkoviçlə Ramosun əvvəlki formalarından qat-qat uzaq olmaları göz qabağındadı. İvanoviç fiziki cəhətdən hər nə qədər xoş təsir bağışlasa da, legioner statusuna görə zəifdi. Vanderson sürəti və əzmkarlığı hesabına nəsə etməyə çalışır. Amma ustalıq sarıdan əziyyət çəkməsi gördüyü işlərə kölgə salır. Deviçi isə birmənalı “Sabah”ın ən faydalı əcnəbisi saya bilərik. Kvaşuk ilk turlarda xoş təsir bağışlayırdı. Sonradan zədələndi, ya nəsə baş verdisə, əsas heyətdən kənar düşdü. Yekunda onunla yollar ayrıldı. Bosançiçin keçmişi yaxşı görünür. Amma indiki halda komandasına kömək edə biləcək gücdə deyil.
Qəbələ
Voislav Stankoviç (Serbiya) 14 1260 1
Ceyms Adeniyi (Nigeriya) 13 1074 6
Stiven Jozef-Monroz (Fransa) 12 1031 4
Sabien Lilay (Albaniya) 12 991 -
Dmitri Bezotosnı (Ukrayna) 10 900 -11
Lalavele Atakora (Toqo) 12 878 1
Açığı, “Qəbələ”də cəmi 6 legionerin çıxış etdiyini görmək adama inandırıcı gəlmir. Son 10 ildə bu komandada 10-dan aşağı əcnəbi olmazdı. Görünür, büdcədəki azalma bu mənada da işini görüb. Amma bir məqam var ki, bölgə təmsilçisinin əcnəbiləri arasında yararsızı yoxdu. Hər biri öz mövqeyində bacardığını etməyə çalışır. Məsələn, Adeniyi ilə Jozef-Monroz birlikdə 10 qola imza atıblar. Atakora ilə Lilay əsas heyətin üzvü sayılır. Bezotosnı 4 oyunda Aqil Məmmədovun əvəzləyicisi olsa da, sonradan “çərçivə “ni ələ keçirə bildi. Stankoviçə gəlincə, bütün oyunların iştirakçısı olub və hamısında 90 dəqiqə mübarizə aparıb. Yəni bu futbolçulardan kim(lər)insə yola salınacağını gözləməyə dəyməz. Yalnız olduqca yüksək maaşa oynayan Stivendi ki, onun yola salınması barədə fikirlər sırf pula görədi.
Keşlə
Denis Silva (Braziliya) 14 1260 2
Nikola Mitroviç (Serbiya) 13 1170 1
Samir Məsimov (Rusiya) 12 683 -
Edvinas Girdvainis (Litva) 9 674 -
Diallo Quidileye (Mavritaniya) 8 664 -
Andre Klennon (Yamayka) 10 631 1
Ebrima Sohna (Qambiya) 7 534 -
Georgios Georgiadis (Yunanıstan) 7 474 1
Con Ayite (Fransa) 6 401 -
Herve Tçami (Kamerun) 4 221 -
Bahodir Nasimov (Özbəkistan) 7 117 -
Miloş Bosançiç (Serbiya) 2 91 -
Adrian Skarlatake (Rumıniya) 1 90 -
Ən yarıtmaz transfer siyasətinə malik klubdu. 14 tur ərzində bütün komandalardan çox – 13 əcnəbinin xidmətindən yararlanan paytaxt təmsilçisinin 8 komanda arasında 7-ci pillədə qərarlaşması legionerlərin səviyyəsindən xəbər verir. Adları ayrı-ayrılıqda sadalamağa ehtiyac yoxdu. Bir məqam dəqiqdi ki, 2-3 nəfəri çıxmaqla qalanı yola salınmalıdı. İşə baxın. Deməli, üç legioner hücumçu – Klennon, Nasimov və Ayite – birlikdə 1149 dəqiqə meydanda olduqları halda, hesablarına yalnız 1 qol yazdıra biliblər. Onu da Klennon vurub. Halbuki tək Denis bu üç futbolçudan daha çox oynayaraq, daha artıq qola imzasını yazdırıb. Səviyyəsinə görə ən zəif gəlmələr məhz “Keşlə”yə toplaşıb.
Zirə
Miloş Radivoyeviç (Serbiya) 10 900 1
Sadio Tounkara (Mali) 13 897 -
Dilan Duventru (Fransa) 11 884 1
Aleksandr Dedov (Moldova) 11 774 2
Bilal Həmdi (Fransa) 11 768 1
Adrian Skarlatake (Rumıniya) 7 630 -
Samir Abasovun narazılığı başadüşüləndi. Əvvəla ona görə ki, klub rəhbərliyi əvvəlki üç mövsümlə müqayisədə bu dəfə daha az legionerin xidmətinə ehtiyac duydu. Üstəgəl, əvvəlkilərdən daha zəiflərə. Razılaşarsız ki, bu gün “Zirə”də Matey, Duriç, Bonilya, Tato, Qadze kimi əcnəbilər çıxış etmir. Meydanda ən çox vaxt keçirən Radivoyeviçdi ki, 5 il əvvəl bu səviyyədə futbolçunu “Rəvan”a, AZAL-a götürməzdilər. Tounkara ilə Duventru çalışqandı, istəklidi, amma komandanı gücləndirmək bacarığında deyillər. Yalnız üç nəfər haqda az-çox xoş sözlər deyə bilərik: Həmdi, Dedov və Skarlatake. Onlar da yüksək hədəflər üçün deyil.
Premyer-liqada fransızların izi
Əcnəbilərin milliyyət bölgüsünə nəzər yetirəndə əvvəlki illərlə müqayisədə fərq açıq-aşkar görünür. Məsələn, futbolumuzun pullu vaxtlarında qonşu Gürcüstandan olanların sayı-hesabı yox idi. Gürcülər qədər olmasa da, türklər də gözə dəyirdi. İndi təkcə Tsetsxladzedi ki, o da cari mövsümdə meydana ayaq basmayıb. Amma bir şey dəyişməz qalıb ki, o da balkanlıların bizə, dəqiq desək, klublarımızın balkanlı futbolçulara olan sevgisidi. Dünyanın dörd yerinə səpələnən serbiyalı legionerlərdən bizdə 6-sı var. Daha 3 nəfəri isə xorvatdı. Siyahını 2 bolqar və 2 albanla genişləndirməliyik. Makedoniya ilə Rumıniyanın hərəsini 1 futbolçu təmsil edir. 58 legionerdən 15-i Balkan yarımadasından olanlardı, təxminən 30 faizi.
Konkret ölkələrdən danışmalı olsaq, siyahıya 7 oyunçuyla Fransa başçılıq edir. Düzdü, bura gələnlərin heç biri tipik fransız deyil. Elə siyahıdakı adlara baxanda görmək olur. Amma istənilən halda, Fransa vətəndaşı sayılırlar. Ukrayna ilə Braziliyanın hərəsindən 5 nəfərdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar