28 dek 02:38liqa

“Neftçi” Raufun idarə etdiyi dörd səfər oyununun hamısında qalib gəlib

“Neftçi” Raufun idarə etdiyi dörd səfər oyununun hamısında qalib gəlib
Rəhimə isə “Sumqayıt”ı həvalə etmirlər
Əvvəlki illərdə hakimlik əsas söhbət mövzusu idi. Xüsusən də bəzi ədalət təmsilçilərinin adı müəyyən komandalarla yanaşı hallanırdı. Xalq dili ilə desək, komandalarla “işləyən” və düşmən olan bəzi referilərin adları indiyə qədər dillər əzbəridi.
Lakin tədricən aparılan “təmizlik” işlərindən sonra bu mənada müəyyən nəticə əldə olundu. Düzdü, Orxan Məmmədovun “Qəbələ”yə, Rəhim Həsənovun “Qarabağ”a düşmən kəsilməsi haqda söhbətlər gəzir. Və ya İnqilab Məmmədovun “Neftçi”nin indiki rəhbərliyi ilə isti münasibətdə olması haqda müəyyən faktlar var. Bütün bunlara baxmayaraq, 5-10 il əvvəlki dönəm deyil. Hakimlərin fəaliyyətinə nəzarət hədsiz dərəcədə gücləndirilib. Yolunu azanlar isə ciddi cəzalanır.
Bu yazını qələbə almaqda məqsədimiz hakim təyinatlarını incələmək, kimlərin ayağının hansı komandalara düşərli olduğunu üzə çıxarmaqdı. Eyni zamanda bəzi referilərin hansı komandaların oyunlarında görünmədiyinə diqqət yetirmək. Başlayaq hakimlərin oyun bolgüsündən.
Əliyar Ağayev
Qəbələ - Səbail 3:0
Sabah – Sumqayıt 1:4
Qarabağ – Neftçi 1:1
Qarabağ – Qəbələ 4:1
Səbail – Sumqayıt 2:0
Keşlə - Zirə 1:0
Neftçi – Qarabağ 3:1
Sumqayıt – Keşlə 1:4
Sumqayıt – Səbail 1:0
Zirə - Qarabağ 0:6
Rəhim Həsənov
Keşlə - Sabah 0:1
Neftçi – Qəbələ 2:1
Keşlə - Səbail 1:2
Sabah – Qarabağ 0:2
Keşlə - Qarabağ 1:1
Qəbələ - Neftçi 3:1
Zirə - Səbail 0:0
Sabah – Neftçi 1:2
İnqilab Məmmədov
Zirə - Keşlə 2:2
Qarabağ – Sumqayıt 1:0
Neftçi – Səbail 4:0
Sumqayıt- Sabah 0:1
Sabah – Keşlə 2:1
Neftçi – Zirə 2:2
Qarabağ – Sabah 1:1
Səbail – Qəbələ 0:0
Rauf Cabbarov
Sumqayıt – Neftçi 0:2
Sabah – Qəbələ 1:0
Zirə - Neftçi 1:2
Zirə - Qəbələ 1:0
Keşlə - Neftçi 0:1
Qəbələ - Qarabağ 1:3
Səbail – Neftçi 0:2
Rəvan Həmzəzadə
Qəbələ - Sumqayıt 1:1
Səbail – Sabah 0:0
Qəbələ - Keşlə 1:1
Qarabağ – Səbail 1:0 (texniki qələbə - 0:3)
Qəbələ - Sabah 2:1
Keşlə - Qəbələ 1:2
Neftçi – Sumqayıt 0:0
Orxan Məmmədov
Zirə - Sabah 0:2
Keşlə - Sumqayıt 1:2
Neftçi – Sabah 2:0
Sumqayıt – Qəbələ 2:2
Sabah – Keşlə 1:2
Vüqar Həsənli
Sumqayıt – Zirə 1:0
Sabah – Zirə 2:1
Qarabağ – Sumqayıt 2:0
Qəbələ - Zirə 0:0
Ramil Diniyev
Qarabağ – Zirə 3:2
Səbail – Qarabağ 0:2
Neftçi – Keşlə 2:0
Rəşad Əhmədov
Səbail – Zirə 1:1 (texniki qələbə - 3:0)
Sabah – Səbail 0:4
Alik Yunusov
Qarabağ – Keşlə 5:1
Səbuhi Bayramov
Zirə - Sumqayıt 3:1

Çempionluğa iddialıların mübarizəsi Əliyarlıqdı
İndiki hakimlər arasında ən təcrübəli, başqa cür desək, “dişə vurulanı” Əliyar Ağayev mərkəzi oyunların qəhrəmanıdı. Təsadüfi deyil ki, “Qarabağ” – “Neftçi” və “Qəbələ” – “Neftçi” oyunlarından 4-dən 3-ü ona həvalə olunub. Xüsusən çempionluğa iddialıların hər iki görüşünün ona tapşırılması maraqlı məqamdı. Bütün komandaların matçlarında görünən FİFA referisinin başqa bir özəlliyi idarə etdiyi görüşlərdə böyükhesablı qələbələrin qeydə alınmasıdı. 10 oyundan 6-da 3 və daha artıq qol vurulub ki, onlardan 3-də 4:1 hesabı qeydə alınıb. Və yalnız bir qarşılaşma heç-heçə başa çatıb.

Rəhim Həsənov qonaqların...
Oyun sayında yalnız Əliyardan geri qalan Rəhim Həsənov hərəsinə 3 dəfə olmaqla “Neftçi”, “Sabah” və “Keşlə”nin iştirakı ilə baş tutan oyunlarda iş başında olub. Bu görüşlərdə “Neftçi” mümkün 9 xaldan 6-nı, “Sabah” 3-nü, “Keşlə” isə cəmi 1-ni hesabına yazmağı bacarıb. Rəhimə “qonaq komandanın sevimlisi” adı yaraşır. Belə ki, idarə etdiyi 8 qarşılaşmadan yalnız 2-də meydan sahibləri 3 xala sevinib. Qalan hallarda qonaqlar ya heç-heçə edib, ya da qalib gəlib. Bu yerdə Frits Stuxlikin yaxasından yapışmalı olduğumuz məqamı da qeyd edim. Həsənovun fit çaldığı 8 oyunun heç birində iştirakçılardan biri “Sumqayıt” olmayıb. Təsadüfdəndi, ya hansısa səbəbi var – bu hakimin “kimyaçılar”ın matçlarında görünməməsi ciddi maraq doğurur.

...İnqilab Məmmədov ev sahiblərinin sevimlisidi
Eyni sözləri İnqilab Məmmədov haqda da deyəcəkdik. Yaxşı ki, sonuncu turda “Səbail” – “Qəbələ” görüşündə iş başında olub. Halbuki 13 turda bir dəfə də “Qəbələ”nin oyununda gözə dəyməmişdi. Bütün komandaların matçlarında iş başında görünən Məmmədov 8 oyunun yalnız birində qonaqların sevincinə şahidlik edib ki, onda da “Sabah” “Sumqayıt”ı məğlub edib.

Rəvan Həmzəzadə: “sakit qulağım, dinc başım”
Rəvan Həmzəzadə xoş gələcək vəd edənlərdən olsa da, idarə etdiyi oyunların cansıxıcı olması 90 dəqiqənin tamamında qeydə alınan nəticələrdən görünür. Ehtiyatı əldən verməməyə çalışan Rəvanın idarə etdiyi 7 oyundan 4-ü heç-heçə başa çatıb. Digər iki görüşdə meydan sahibləri qələbənin dadını çıxardığı halda, qonaqlar bir qələbə qazanıb. Həmin 7 oyundan 5-i “alt” gəlib, digər 2 qarşılaşmada qapılara 3 qol vurulub.

Rauf Cabbarovla bağlı diqqəti çəkən fakt
Hesabında 7 oyun olan Rauf Cabbarov həmkarları arasında ən maraqlı və sual doğuran göstəriciyə sahibdi. Raufun fit çaldığı bu sayda qarşılaşmanın 4-də meydandakı komandalardan biri “Neftçi” olub. Və bütün hallarda “ağ-qaralar” səfərdə oynayanda. Hələ bu harasıdı?! Cabbarovun idarə etdiyi matçların heç birində bakılılar məğlub olmayıb, lap dəqiq desək, səfər oyunlarında 12 xal qazanıblar.

“Zirə”lilərin Vüqar Həsənlidən xoşu gəlmir
Premyer-liqada ötən ilin son turlarında debüt edən Vüqar Həsənlinin iş başında olduğu oyunların heç birində SOCAR-dan maliyyələşən komandalar - “Neftçi”, “Keşlə” və “Səbail” iştirak etməyib. Əvəzində 4 oyunun 3-də “Zirə”nin adı var ki, “qartallar” bütün hallarda qonaq qismində çıxış edib. Nəticədə 2 oyun uduzub, yalnız birində heç-heçə ediblər. Daha bir maraqlı məqam isə 4 qarşılaşmanın heç birində qonaqların üzünün gülməməsidi.

Böyükhesablı qələbələrdə yenilərin imzası
Cari mövsümdə premyer-liqada debüt edən Rəşad Əhmədovla Səbuhi Bayramov, o cümlədən yenidən elitaya qayıdan Alik Yunusov – 3-ü birlikdə baş hakim kimi cəmi 4 oyuna təyinat alıb. Və həmin 4 oyundan 3-ü tərəflərdən birinin böyükhesablı qələbəsi ilə başa çatıb. “Səbail”lə “Zirə” arasında əsas vaxtı 1:1 bitən qarşılaşmadan sonra meydan sahiblərinə texniki qələbənin verildiyini nəzərə alsaq, göstərici dörddədörd edir. “Səbail” – “Zirə” matçının heç-heçə yekunlaşdığını nəzərə alsaq, qapılara 16 qol vurulduğunu deyə bilərik. Bu isə oyunbaşına 4 qol deməkdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… 27-12-2019, 12:19 Region Liqası qış fasiləsinə yollandı 24-12-2019, 23:26 Səməd Qurbanov günahı Bordində görür 24-12-2019, 23:23 “Səbail” AFFA-dan haqqını tələb etməkdə acizdi 24-12-2019, 23:16 Volkovla Ağabala rəsmən “Zirə”də! 24-12-2019, 23:10 “Keşlə” rəhbərliyinin “açılış oyunu” 24-12-2019, 23:06 “Mehdi Hüseynzadə”yə ağır texnika yeridildi 24-12-2019, 23:05 “Qəbələ” tələsik qərar vermək istəmir 24-12-2019, 23:03 Slavçev “Levski”yə keçdi 24-12-2019, 23:02 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 24-12-2019, 22:55 “Dedilər ki, lazım olsan, “Sumqayıt” rəhbərliyi ilə əlaqə saxlayacağıq” Bütün xəbərlər
Ən çox oxunanlar