13 dek 02:38liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Qış tətili üçün sonuncu “dərslik”
Topaz premyer-liqasında qış fasiləsi ərəfəsində son tur hakimlik baxımından ciddi səhvlər olmadan ötüşdü. Hər halda, ötən tur(lar)dan fərqli, ədalət təmsilçilərinə kəskin etiraz bildirən olmadı. Bununla belə, bazargünkü qarşılaşmalar fasilədə müzakirə etmək üçün Hakimlər Komitəsinin sədri Frits Stuxlikə xeyli material verdi.
ORXAN MƏMMƏDOV, Sabah – Keşlə
Uzun fasilədən sonra premyer-liqaya dönən Orxan Məmmədovun idarəçiliyi pis alınmadı. Hərçənd referinin mübahisəyə açıq qalan qərarları da oldu. İlk növbədə “Keşlə”nin vurduğu ilk qolda ötürmə anında topun qapı xəttini tərk edib-etmədiyi şübhəli qaldı. Məmmədov bu epizodda köməkçisi Elşad Abdullayevə güvəndi. İki epizodda isə “Keşlə”nin penalti istəyi cavabsız qaldı. Maraqlıdı ki, hər ikisində Amil Yunanova qarşı qayda pozulmuşdu. Birincidə Novruz Məmmədov gənc hücumçuya əllə təkan verib yıxdı. Ancaq o fikirlə razıyıq ki, bu epizodda penalti çox ağır qərar olardı. Bununla belə, oyunun sonlarında Erik Ramos Amilin qolundan açıq-aşkar tutub dartdı və onun qapıçıdan qayıdan topa çatmasını əngəllədi. Orxan Məmmədovun vərəqədən həddən artıq istifadə etdiyini də vurğulayaq. Belə ki, sabiq FİFA referisi 9 dəfə əlini cibinə atdı. Son turda ən çox sarı vərəqə məhz “Əlincə Arena”da göstərildi.
İNQİLAB MƏMMƏDOV, Səbail – Qəbələ
İnqilab Məmmədov və briqadasının meydan sahiblərinə rəğbəti hiss olunsa da, bu, nəticəyə təsir edən hansısa səhvlə müşayiət olunmadı. Sadəcə, hakimlər “Qəbələ” ilə bağlı barışmaz mövqe sərgiləyir, meydan sahiblərinə isə güzəştə gedirdilər. Məşqçi Miloş Yovçiçin tribunaya göndərilməsi də yan xətt hakimi Səbuhi Bayramova etirazdan dolayı baş verdi. Tez-tez qonaq komandanın ehtiyat oyunçular skamyasının önünə gəlib onlardan gözünü çəkməyən gənc hakim ünvanına xoşagəlməz ifadə eşitdikdən sonra dərhal baş hakimi çağırdı. Məmmədov da əcnəbi məşqçini texniki zonadan uzaqlaşdırdı. Bu isə “Qəbələ”lilərin etirazına səbəb oldu. Rauf Əliyevin meydandan qovulması haqlı qərar idi. Hələ oyunun əvvəlində etdiyi kobudluğa görə yersiz “sarı” alan hücumçu sona 5 dəqiqə qalmış rəqibə sərt müdaxilənin qarşılığında ikinci xəbərdarlıqla üzləşdi və belədə komandasını azlıqda qoydu.
ƏLİYAR AĞAYEV, Zirə - Qarabağ
FİFA referisi qarşılaşmanı çətinlik çəkmədən və səhvsiz idarə etdi. Düzdü, “Qarabağ”ın “Zirə”dən bir baş üstün oynaması da idarəçiliyə təsir göstərdi. Hər halda, böyük hissəsi “bir qapıya” gedən oyunu idarə etmək daha rahatdı. Sadəcə, müəyyən vəziyyətlər oldu ki, Əliyar ikili epizodlarda çempiona rəğbət nümayiş etdirdi. Bu isə Samir Abasov və köməkçilərinin etirazına səbəb oldu. Araz Abdullayevin yararlana bilmədiyi penalti epizoduna gəlincə, FİFA referisinin qərarını müzakirə etmək yersizdi. 88-ci dəqiqədə Miloş Radivoyeviç Maksim Medvedevə qarşı aşkar kobud oynadı ki, buna görə “11 metrə” təyin etməmək, serb müdafiəçiyə isə sarı vərəqə göstərməmək böyük səhv olardı.
RƏVAN HƏMZƏZADƏ, Neftçi – Sumqayıt
Rəvan premyer-liqanın tək-tük hakimlərindəndi ki, komandalara sərt mübarizə aparmağa imkan verir, hər xırda fola görə fit çalmır. Bu dəfə də belə oldu. Cəmi 3 dəfə əlini cibinə atan referi tempi aşağı salmamaq üçün nə lazımdısa, etdi. Oyunu yüksək səviyyədə idarə edən Həmzəzadə yalnız bir dəfə mübahisə doğuracaq qərarla yadda qaldı. 35-ci dəqiqədə Şəhriyar Əliyev və Vurğun Hüseynov ikili sıxışdırma ilə Mirabdullanın qarşısını kəsdilər ki, birincinin müdaxiləsi daha çox qayda pozuntusuna bənzəyirdi. Ancaq hakim bu epizodu ikili mübarizə kimi dəyərləndirib davam işarəsi verdi və penalti təyin etmədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar