12 dek 23:13liqa

Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir

Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir
“Mən səhv edirəm, qol olur, başqası səhv edəndə top ya kənara gedir, ya da qapıçı xilas edir”
Samir Abasovun gəlişindən sonra oyun planında xeyli artıran “Zirə” hələ ki istədiyi nəticələri qazana bilmir. Hazırda turnir cədvəlinin sonuncu pilləsində yer alan “qartallar”ın qış fasiləsindən sonra “diriləcəyi” gözlənilsə də, avrokuboklara vəsiqə qazanması olduqca çətin görünür. Maraqlıdı ki, komanda məğlub olduğu matçlarda heç də rəqiblərindən zəif təsir bağışlamayıb. Sadəcə, fərdi səhvlər sıralanır ki, Abasovun sözü olmasın, rəqiblərin əziyyət çəkməsinə ehtiyac qalmır. Bu mənada daha çox Adil Nağıyevin adı hallanır. İllərdi “Zirə”nin formasını geyən müdafiəçi az qala hər qarşılaşmada “qəbirqazan” rolunu oynayır. İki dəfə avtoqol müəllifi olub, xeyli sayda kobud səhvə yol verib. Çox güman, baş məşqçinin yola salmaq istədiyi futbolçular arasında onun da adı var və ya olacaq. Bu səbəbdən Adillə danışmaq qərarına gəldik.
- Çempionatın ən böyükhesablı qələbəsini sizin sayənizdə “Qarabağ” əldə etdi. Niyə belə oldu?
- Oyuna yaxşı hazırlaşmışdıq. Özümüzə güvənirdik və ümid edirdik ki, azı heç-heçə edə bilərik. Gördüyünüz kimi, ilk yarımsaatda rəqib qapımıza yol tapa bilmədi. Hətta deyərdim ki, yüz faizlik qol imkanları da olmadı. Amma buraxdığımız ilk qoldan sonra davamı gəldi. Öz kobud səhvlərimizdən məğlub olduq.
- Bu cür fərdi səhvlərin səbəbi nədi? Hər dəfə eyni mənzərə təkrarlanır.
- Heç bir futbolçu səhv etmək istəməz. Yəni elə futbolçu yoxdu ki, meydana səhv etmək üçün çıxsın. Sadəcə, belə alınır. Futbol səhvlər üzərində qurulur. Səhv etməsək, rəqib qol vurmaz və nəticədə məğlub olmarıq. Səhv edirik deyə, məğlub oluruq. Məncə, psixoloji durumdan irəli gələn şeydi. Bir-iki qarşılaşmada alınmır, sonra da davamı gəlir.
- “Qarabağ”la oyunda darmadağının əsası sənin kobud səhvindən sonra başladı...
- Bilirəm, mənim günahım oldu. “Qarabağ” kimi komanda o cür səhvləri bağışlamır. İstəməzdim belə olsun, amma oldu.
- İllərdi “Zirə”dəsən, amma səni bu dərəcədə inamsız gördüyümü xatırlamıram. Sanki cari mövsümdə səhvlər alnına yazılıb. Şəxsi həyatında problemlər var? Bəlkə müdafiədə səni “sığortalayacaq” oyunçular yoxdu?
- Heç bir problemim yoxdu. 5 ildi burdayam, pis-yaxşı oynamışam. Bəzən əsas heyətdə yer almışam, bəzən oyuna sonradan qoşulmuşam. Sizi inandırım, premyer-liqadakı bundan əvvəlki 3 ildə etdiyim səhvləri hesablasaq, builki çempionatda etdiyim səhvlər qədər deyil. Özüm də bilmirəm, nə olub. Bəzən fikirləşirəm, səbəb tapmaq istəyirəm, ağlıma heç nə gəlmir. Bəlkə də bir-iki səhvdən sonra daha yaxşı oynamaq istəyi artır deyə, bunun güdazına gedirəm. Beynimdə qalır ki, bu dəfə səhv buraxmamalıyam, xilaskar olmalıyam.
- Amma əksini görürük...
- Bilirsiz, başa düşmədiyim nədi? Mən səhv edirəm, qol olur, başqası səhv edəndə top ya kənara gedir, ya da qapıçı xilas edir. Yəni o qədər də gözə görünmür. Bəxtsizliklə üzləşmişəm.
- Samir Abasov “Qarabağ”la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bəzi futbolçularla yolların ayrılacağına dair siqnal verdi. Həmin siyahıda sənin də adının olduğunu düşünürsən?
- Düzdü, baş məşqçi kimi səhvlərimizi deyir, söhbət edir. Amma hər zaman güvəndiyini qeyd edir, inandığını söyləyir. Məncə, hər şeyə kubokdakı iki oyundan sonra aydınlıq gələcək. Burda qalacam, yoxsa başqa komandaya keçəcəm - bu sualın cavabına iki görüşdən sonra aydınlıq gələcək.
- Özünə qarşı soyuqluq hiss etməmisən?
- Baş məşqçidi, kimin nöqsanı varsa, deyir, bəzən tənqid edir. O cümlədən də mənə. Söhbət səhvlərin deyilməsindədisə, gərək komandadakıların yarısından çoxu yola salınsın. Yola salınmaqla bağlı heç nə hiss etməmişəm.
- Mətbuat konfransında həm də bəzi futbolçularla fərdi söhbət edəcəyini bildirmişdi. Məntiqlə, “bəzi”lərdən biri sən olmalısan. Görüşüb, danışdız?
- Bəli, bu gün görüşüb, danışdıq. Nə baş verdiyini, niyə belə olduğunu soruşdu. Belə deyim, dərdimizlə maraqlanırdı. Ümumi söhbətimiz oldu.
- İlk “3-lük”dən xeyli uzaqsız. Amma 4-5-ci pillələri bölüşən “Sabah”la “Qəbələ”dən 7 xal geri qalırsız. Səncə, çempionatın ikinci yarısında bu qədər xal fərqini “əritmək” mümkün olacaq?
- Niyə mümkün olmasın ki?! Ötən qışı yada salın. Fasiləyə 3-cü sırada yollanmışdıq, “Sumqayıt”ı 10, “Neftçi”ni 12 xal qabaqlayırdıq. Çoxları artıq bizi Avroliqada görürdü. Amma çempionatın ikinci yarısında “Neftçi” 12 xal fərqini aradan qaldırıb turnir cədvəlində bizi qabaqladı. Bu göstəriciyə baxıb arxayınlaşmaq lazım deyil. Əksinə, fasilədən maksimum yararlanmalı, səhvlərimizdən nəticə çıxarmalı və baş məşqçinin bizdən nə tələb etdiyini anlamalıyıq.
- Məlum duruma baxmayaraq, hələ də Avroliqaya vəsiqə qazanacağınıza ümid edirsən?
- Əlbəttə. Başqa komandalar necə, biz də elə. 5-10 xal geridəyik deyə, ruhdan düşməyə ehtiyac yoxdu. Belə düşünsək, gərək futbol oynamayaq. Bir də ki, hər bir idmançı son saniyəyə qədər mübarizə aparmalıdı. Allahın izniylə yekunda istəyimizə çatarıq. Hadisələrin sonrakı axarı biz futbolçulardan asılıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar