11 dek 16:48liqa, reportaj

Əhmədovların duelini "Keşlə"li qazandı

Əhmədovların duelini "Keşlə"li qazandı
Kamran Ağayev: “Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”
53. Sabah (Bakı) - Keşlə 1:2 (0:1)
30. Saşa Stamenkoviç - 4,5
4. Tərzin Cahangirov - 4,5
13. Filip İvanoviç - 4,5
5. Kərim Diniyev - 4,5
21. Novruz Məmmədov - 4,5
(97. Emil Qasımov, 74) - 4,5
15. Erik Ramos - 5,0
22. Miloş Bosançiç - 4,5
(14. Tural Qürbətov, 46) - 4,5
19. Məqsəd İsayev - 4,5
10. Cavid İmamverdiyev (k) - 4,5
27. Bəxtiyar Soltanov - 4,5
(8. Elşən Abdullayev, 46) - 5,5
11. Elgün Nəbiyev - 5,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
6. Vadim Abdullayev
7. Vitali Kvaşuk
33. Eltun Turabov
77. Şakir Seyidov
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Elşən Abdullayev

1. Kamran Ağayev (k) - 5,0
4. Slavik Alxasov - 5,5
33. Tərlan Quliyev - 5,5
3. Denis Silva - 6,0
2. Sərtan Taşkın - 5,5
(65. Cabir Əmirli, 81) - qiymətsiz
94. Seymur Əsədov - 5,0
(7. Vaqif Cavadov, 86) - qiymətsiz
80. Diallo Quydileye - 5,0
31. Georgios Georgiadis - 5,5
22. Nikola Mitroviç - 5,0
17. Samir Məsimov - 4,5
9. Amil Yunanov - 5,0
(93. Edvinas Girdvainis, 90+4) - qiymətsiz
Ehtiyat oyunçular
30. Davud Kərimi
10. Ruslan Nəsirli
14. Andre Klennon
18. Ruslan Əmircanov
21. Herve Tçami
23. Conatan Ayite
71. Emin Quliyev
78. Elmir Rəhimzadə
88. Məmməd Quliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Denis Silva
Qollar: S.Taşkın, 34 (0:1, G.Georgiadis). D.Silva, 65 (0:2). E.Abdullayev, 81 (1:2).
Vərəqələr: N.Məmmədov, 38 (hakimin qərarına etiraz). D.Silva, 40 (qeyri-idman hərəkəti). N.Mitroviç, 57 (qeyri-idman hərəkəti). M.İsayev, 57 (qeyri-idman hərəkəti). E.Nəbiyev, 64 (qeyri-idman hərəkəti). S.Alxasov, 72 (qeyri-idman hərəkəti). K.Ağayev, 79 (oyunun bərpasını ləngitmək). A.Yunanov, 82 (qeyri-idman hərəkəti). E.Ramos, 89 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
9 dekabr. Masazır. Əlincə Arena. 300 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun Masazırda keçirilən açılış oyunun ilk yarısında hər iki komanda istəkli idi. Oyun dinamik getsə də, tərəflər real qol vəziyyəti yarada bilmirdi. "Keşlə" daha fəal olsa da, hücumları yaddaqalan vuruşla tamamlayan tapılmırdı. Əsasən müdafiənin qeydinə qalan "Sabah" isə əks-hücumlara bel bağlayırdı. Hesab açılana qədər meydan sahiblərinin heyətində Elgün qeyri-dəqiq zərbəylə yadda qalmışdı. Nəhayət, “Keşlə” 34-cü dəqiqədə arzuladığı qolu vurdu. Georgiadis qapı önünə asma etdi, Sərtan başla topu tora sancdı. Əslində fasiləyə qədər debütant "status-kvo"nu bərpa edə bilərdi. Ancaq 45-ci dəqiqədə Cavid əla ötürmə ilə Bəxtiyarı qapıçıyla üzbəüz qoysa da, sonuncunun topu Kamranın ayaqları arasından "çərçivə"yə göndərmək cəhdi uğursuz alındı.
"Sabah"ın çalışdırıcısı ikinci hissəyə əvəzetmələrlə başladı. Bu dəyişikliklərdən sonra meydan sahibləri təzyiqi artırdı. 63-cü dəqiqədə Elgünün başla zərbəsindən sonra top qapının yanından keçdi. Cəmi 2 dəqiqə sonra Denis hesab arasındakı fərqi artırdı. Debütant bunun cavabını dərhal verə bilərdi. Ancaq Elşənin iki zərbəsindən sonra top müdafiəçilərdən döndü. "Sabah"ın cəhdləri 81-ci dəqiqədə fayda verdi. İkinci yarıda çox fəal olan Elşən olduqca baxımlı qola imza atdı. Onun uzaqdan zərbəsini Kamran zərərsizləşdirə bimədi. Qalan dəqiqələrdə "Sabah" hücum edir, "Keşlə" müdafiə olunurdu. Həmin maddətdə qonaqların iki əks-həmləsi yaddaqalan alındı. Ancaq hər iki epizodda Saşa Amilin sevinməsinə imkan vermədi. Bununla da Əhmədovların duelində sevinən "Keşlə"nin baş məşqçisi oldu.
FARİZ

Gözdən qaçmadı
* Oyunun protokolu əlimizə keçən kimi bir futbolçunun yoxluğu dərhal diqqətimizi çəkdi. Söhbət "Sabah"ın əsas qol silahı Marko Deviçdən gedir. Məşqdə zədə alan hücumçunun adı iştirak ərizəsinə salınmamışdı.
* Epizodların birində Tərlan Əhmədov ehtiyat oyunçular skamyasında olanlara təpindi. O, köməkçilərindən və ordakı futbolçulardan reaksiya verməməyi tələb etdi.
* İkinci qoldan sonra Sərtan Taşkın baş məşqçiyə yaxınlaşıb zədəli olduğunu dedi və əvəzlənməsini istədi. Çalışdırıcı isə onu davam edə biləcəyinə inandırıb yenidən “döyüşə atdı".
* "Keşlə" azarkeşləri fərq artınca, "Sabah" getginən, birisigün gəlsin" şüarını səsləndirdilər.
* Oyundan sonra jurnalistlər Kamran Ağayevdən müsahibə götürmək istəsə də, qapıçı boyun qaçırdı. Bununla belə, yığmanın kapitanı bir an ayaq saxlayıb belə dedi: "Nə haqda danışım? Qurban Qurbanovun istefa verməsindən? Siz elə düşünürsüz ki, Qurban Qurbanovun istefa verməsinə sevinirəm? Çoxları elə bilir ki, Qurban Qurbanovla aramda problem var. Amma bu, belə deyil. Onunla münasibətim indi də yaxşıdı, necə ki, sizinlə eləyəm. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitan sarğısını verib. Qurban Qurbanovun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”.

Reaksiyalar
Tərlan Əhmədov: "Maraqlı, əzmkar mübarizə izlədik. Qalib gəldiyimiz üçün futbolçulara təşəkkür edirəm. Klubumuz ağır dönəm keçirir. Oyundan-oyuna "artırır", baxımlı futbol sərgiləyirik. Son 15 dəqiqəni çıxmaqla, çıxışımızdan razı qaldım. Son dəqiqələrdə gücümüz bitmək üzrə idi. Ona görə sonluğu nəticəyə oynadıq. Bu görüşdə qələbə bizə çox vacib idi. İstədiyim futbolun 70-80 faizini izləyə bildik. Qarşıdan "Qarabağ"la kubok oyunu gəlir, ciddi hazırlaşacağıq... Səhvsiz futbolçu olmur. Səhvlərin davamının gəlməməsi üçün kənardan iradlarımızı bildiririk. Oyun olan yerdə səhvlər olmalıdı. Biz də çalışırıq ki, səhvlər az olsun. Sərtanı niyə gec dəyişdim? Kənardan daha rahat görünür. Amma daxildə başqa cürdü. Sərtana dedim ki, bir müddət qala bilərsən. Ondan xahiş etdim ki, meydanda qalsın. Çünki zədəsi elə də ciddi deyildi... Elnur Cəfərov? Mən heç kimi cəzalandırmamışam. Bura gələndə əvəzedici heyətdə idi. Əvəzedicilərin də, U-19 komandamızın da oyunlarını izləməyə başlamışam. Hazırda Elnurun çıxışından razı deyiləm... Hakimlərə iradıma gəlincə, hakim səhvləri olur. Təbii qarşılamaq lazımdı. Bir insanın 22 futbolçunu idarə etməsi çox çətindi. Növbəti oyunlarda belə hadisələr olmaz".
Elşad Əhmədov: "İlk yarıda çox zəif oynadıq. Müdafiədən çıxa bilmirdik. Boşluqları ikinci hissədə aradan qaldırmağa çalışsaq da, yenə qol buraxdıq. Bundan sonra vuruşaraq, fərqi azaltdıq. Amma hesabı bərabərləşdirməyə gücümüz çatmadı. Marko Deviçin zədələnməsi planlarınıza ciddi təsir etdi. Marko oynayanda Cavid İmamverdiyevi arxaya çəkirdik. Deviçin yoxluğunda gənclərə ümid edirik. Tural Qürbətovu buraxdıq, amma imkanlardan yararlana bilmədi. İlk yarıda qol vura bilsəydik, fasilədən sonra fərqli futbol oynayardıq. Özümüzdə gedəcək futbolçuları müəyyənləşdirmişik. Lakin onların yerinə oyunçu tapmadığımızdan hələ adlarını demirəm. Mövsümün əvvəlində "Sabah"a gəlmək istəməyən futbolçular var idi. Məcburiyyətdən bu heyəti qurmuşduq. Əlbəttə, qış fasiləsində komandamıza gələn oyunçular olacaq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar