11 dek 16:41liqa, reportaj

Dabosuz “Neftçi” ili qolsuz bitirdi

Dabosuz “Neftçi” ili qolsuz bitirdi
56. Neftçi (Bakı) - Sumqayıt 0:0
1. Səlahət Ağayev – 5,0
5. Anton Krivotsyuk – 5,5
28. Slavko Braliç – 5,5
25. Kiril Petrov – 5,5
26. Ömər Buludov – 5,5
17. Rəhman Hacıyev – 5,0
8. Emin Mahmudov (k) – 6,0
7. Namiq Ələsgərov – 5,0
93. Soni Mustivar – 5,0
(6. Qoran Paratski, 72) – 5,0
10. Dario Federiko – 5,0
(11. Kvame Karikari, 65) – 4,5
22. Mirabdulla Abbasov – 5,0
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
73. Nail Alışov
4. Rəşad Eyyubov
21. Məhəmməd Mirzəbəyov
33. Ricat Qarayev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
77. Elvin Sərkərov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov


1. Mehdi Cənnətov – 5,0
74. Yusif Nəbiyev – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
4. Şəhriyar Əliyev – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
18. Süleyman Əhmədov – 5,5
99. Əli Babayev – 5,5
7. Cavid Tağıyev – 5,0
(97. Xəyal Nəcəfov, 75) – 5,0
10. Aleksey İsayev – 5,5
22. Əfran İsmayılov – 5,5
(2. Rail Məlikov, 90) – qiymətsiz
11. Atilla Yıldırım – 5,0
(21. Arif Daşdəmirov, 88) – qiymətsiz

Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
8. Orxan Əliyev
17. Nicat Qurbanov
20. Rüfət Abdullazadə
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov
Vərəqələr: K.Petrov, 40 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 53 (qeyri-idman hərəkəti). Ö.Buludov, 90+1 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFAnümayəndəsi: Əsgər Əmirəliyev (Bakı).
9 dekabr. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
2018-ci ilin son çempionat oyununda azarkeşlər qola həsrət qaldı. Halbuki 90 dəqiqə ərzində həm meydan sahiblərinin, həm də qonaqların fərqlənmək üçün imkanları oldu. Bəribaşdan qeyd edək ki, ilk yarıda “kimyaçılar”, fasilədən sonra isə “ağ-qaralar” daha yaxşı təsir bağışladılar. Bakılılar meydana əsas qol silahı Baqali Dabosuz çıxmışdılar ki, bu da fransalı forvard cəzası ilə bağlı idi.
Nə qədər təəccüblü olsa da, matçda ilk təhlükə meydan sahiblərinin qapısı önündə yaşandı. 6-ci dəqiqədə qonaqların çoxgedişli kombinasiyasından sonra Əfran Süleymanı zərbə mövqeyinə çıxardı. Lakin gənc müdafiəçinin yaxın küncə ünvaladığı qüvvətli zərbəni Səlahət kornerə çıxardı. Meydan sahiblərinin azarkeşləri sevimli komandalarının ilk yadda qalan həmləsini görmək üçün 13 dəqiqə gözləməli oldu. “Ağ-göylər”in müdafiəçilərinin cərimə meydançası yaxınlığında səhvindən istifadə edən “ağ-qaralar” rəqibi əks-hücumda yaxaladı. Lakin Ələsgərovun zərbəsi “çərçivə”yə getmədi. Daha doğrusu, Mehdi iki cəhddə topu uzaqlaşdıra bildi. Yarımsaatın tamamında isə Abbasovun komandası matç ərzində ən real qol şansını boşa verdi. Əfrandan ötürmə alan Atilla Səlahəti də keçib topu boş qalan qapıya göndərsə də, Braliç sumqayıtlıların sevinməsinə imkan vermədi. 35-ci dəqiqədə isə Ələsgərov Mahmudovun hiyləgər ötürməsi ilə zərbə mövqeyinə çıxsa da, yaxın məsafədən topu tora qovuşdura bilmədi. Cənnətov bu dəfə də inamlı oyunla yadda qaldı. İkinci hissədə isə stadiona gələn azarkeşlər bir aktyorun tamaşaçını izlədilər. “Neftçi” ardıcıl hücumlar edir, qonaqlar qapının toxunulmazlığını təmin etmək üçün cərimə meydançasında az qala ətdən çəpər qururdular. Buna görə də Bordinin yetirmələri Mehdinin qoruduğu “çərçivə”yə yaxınlaşmaqda çətinlik çəkirdilər. 64-cü dəqiqədə Federiko təkbaşına qonaqların müdafiəsini yarıb adını tabloya yazdırmağa çalışdı. Əslində braziliyalı yüksək texnikası ilə “Sumqayıt”ın müdafiəçisini çaş-baş salıb qapını da nişan aldı. Lakin zərbəsi dəqiq olmadı. Son 15 dəqiqədə Ayxan bəyin komandası artıq meydanda 7 müdafiəçi ilə mübarizə aparırdı. Və bu da nəticə verdi. Minimum heç-heçə üçün meydana çıxan “ağ-göylər” 90 dəqiqənin tamamında istəyinə nail oldular. Paytaxt təmsilçisinin italyan baş məşqçisi “kimyaçılar”ın “avtobus” taktikası qarşında aciz qaldı.

Reaksiyalar
Ayxan Abbasov: “Çempionatın son oyunu idi. İstəyirdik xalla ayrılaq. Futbolçularımız əzmkarlıq göstərdilər. Ümumiyyətlə, son oyunlarda oyunçulardan razıyam. Məşqdəki performansı oyunlarda da nümayiş etdirirlər. Düzdü, qarşıda hələ 2 dövrə var. Bu tempi qorumalıyıq. Fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni təhlil etmişdik. İlk dəqiqələrdə qol imkanlarımız oldu və fərqlənə bilərdik. Lakin bu fürsətlərdən yararlana bilmədik. Futbola gözəllik qatan da məhz bu məqamlardı. Oyuna 4 müdafiəçi ilə başladıq. Sonra Arifi də döyüşə atdıq. Matçın sonlarında 6 müdafiəçiylə oynadıq. İstəmirdim futbolçularımızın əziyyəti boşa getsin. Sözün düzü, uduzsaydıq belə, yenə komandadan razı qalacaqdım. Sadəcə, belə oyunla ən azı bir xal qazanmaq daha yaxşı olardı ki, sonda bunu da bacardıq. Son dəqiqələrdə Railin iki vəziyyətdə həlledici müdaxilələləri göstərdi ki, düzgün qərar vermişəm”.
Roberto Bordin: “ Bu gün heç də ən yaxşı oyunumuzu keçirmədik. Ümumiyyətlə, düz oynamadıq. Bu dəfə ənənəvi hücumlarımızı qura bilmədik. Çox böyük risklər etmədik. Yalnız matçın sonlarına yaxın irəli atıldıq. Qol vurmaq üçün boş zonalar tapa bilmirdik, tapdıqda da istifadə edə bilmirdik. Bu görüşdə Dabonun mövqeyində Namiq Ələsgərov oynayırdı və pis də çıxış etmədi. Sadəcə, bu axşam bizim günümüz deyildi. Hələ ki 1-ci yerdəyik. İstərdik qalib gələk. Təəssüf ki, alınmadı”.

Gözdən qaçmadı
* Oyun saat 19.30-da başlamalı olsa da, nədənsə 5 dəqiqə gecikdi.
* Oyundan sonra “Sumqayıt”ın bütün futbolçuları, eləcə də baş məşqçi Ayxan Abbasov sumqayılı azarkeşlərin yer aldığı sektora yaxınlaşıb, fanatların alqışlarına alqışla cavab verdilər.
* Son saniyələrdə Şəhriyar Əliyev ayağını tutub yerdə qalınca, “Forza Neftçi”nin üzvləri futbolçununun vaxt uzatdığını düşünüb, onu fitə basdı, qeyri-etik sözlərə “qonaq etdilər”. Əslində onları özündən çıxaran matçın sonlarına yaxın qonaq komandanın oyunçularının tez-tez yerdə qalması idi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar