11 dek 19:35liqa

Sənan Qurbanov fasilədən sonranı nişan verdi

Sənan Qurbanov fasilədən sonranı nişan verdi
Aftandil Hacıyev Ruslan Qurbanovu əvəzedici heyətə göndərməklə cəzalandırıb
Oyunsonrası mətbuat konfransına həmkarından əvvəl qatılan "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov xal itirmələrinə baxmayaraq, komandasından razı qaldığını bildirdi. Üstəlik, heyətlə bağlı mümkün dəyişikliyə toxundu: "Qələbə qazanmaq istəyirdik. Bunun üçün bəzi taktiki dəyişiklər etmişdik. Oyun olaraq razı qaldım. Hazırlaşdığımız həmin elementlər bu gün meydanda oldu. Ancaq qol epizodlarını dəyərləndirə bilmədik. Rəqibin də imkanları vardı ki, bu da normal idi. Nəticə qane etməsə də, oyun ümid verdi. Önümüzdə daha bu qədər də matç var. İnanıram ki, "Qəbələ" qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. O qədər geniş heyətimiz olmadığına görə heç kimi göndərmək fikrimiz yoxdu. Ola bilər ki, yeni futbolçu olsun. Ancaq heyətimizi qoruyacağımızı deyə bilərəm".
"Səbail"in baş məşqçisi Aftandil Hacıyevlə söhbət isə nisbətən ətraflı, həm də maraqlı alındı.
- Həqiqətən çox baxımlı oyun izlədik. Bugünkü qarşılaşma göstərdi ki, Avropa zonasına düşmək üçün bütün komandalar canfəşanlıq göstərir. Belə getsə, çempionluq da son turda həll olunacaq. Futbolçularımıza təşəkkür edirəm. Sonadək mübarizə apardılar, xarakter göstərdilər. Çempionatın ilk yarısını yaxşı notlarda bitirməyi bacardıq. Çalışacağıq ki, kubokda da uğurlu nəticə göstərək.
- Ruslan Qurbanovun adını protokola salmamışdız. Bu, nə ilə bağlıdı?
- Oyunöncəsi toplanış olur. Bu müddətdə heç kimə bazanı icazəsiz tərk etməyə icazə verilmir. O isə intizamı pozub. Buna görə Ruslan müddətsiz əvəzedici heyətə göndərilib. Ona görə bu gün adı protokolda yox idi.
- Çox güman o, əvəzedici komandada oynamaq istəməyəcək. Bu halda ola bilər ki, onunla, ümumiyyətlə, yolları ayırasız?
- Əvəzedici heyətdə nə qədər lazım olacaq, oynayacaq. Bu istəklə bağlı deyil. Futbolçu klubla müqavilə şərtlərini yerinə yetirməlidi. Ruslanın zədəsi də vardı. Ola bilər ki, buna görə orda da oynamasın. Amma bu müddətdə əvəzedici komandada bərpa prosesi keçə bilər. İntizama əməl etməyən futbolçu klubdaxili məcəlləyə görə cəzalanacaq. Sonrakı qərarlar isə danışıqlardan asılı olacaq.
- Məlumdu ki, Ruslan ərköyün futbolçudu. Yəqin buna qədər ona xəbərdarlıqlar olub ki, sonda belə radikal qərar vermisiz...
- Bəli, xəbədarlıq olmuşdu. Davamlı təkrarlandıqda, ümumi komandanın durumuna təsir göstərir. Bunun isə qarşısını almalıyıq. Fərqi yoxdu, hansı futbolçudu. Kim intizama əməl etməyəcək, belə aqibətlə üzləşəcək.
- Qış fasiləsində göndəriləcək futbolçular artıq bilinir?
- Hələ ki Edqar Paçekoyla müqaviləni pozmuşuq. Ola bilər ki, yenə gedənlər olsun. Bu, qarşılqılı razılıqla ola bilər. Çünki futbolçuların müqavilələri var. Hələ ki deyə bilmərəm. Kubok matçlarından sonra qərarımızı verəcəyik.
- Mövsümə uğursuz başlamışdız. Onda qış fasiləsinə 3-cü yerdə gedəcəyiniz düşünürdüz?
- İlk turdan sonra açıqlamamda demişdim ki, qarşıda başqa "Səbail" görəcəksiz. Çünki futbolçularıma inanırdım. Bizə vaxt lazım idi. İlk tura 2 gün qalmış komplektləşmişik. Hətta Emil Martinov birbaşa Qəbələyə gəlmişdi. Olduğumuz yerdə qərarlaşmağa rəqiblərimiz də layqidi. Bundan sonra daha çətin olacaq. Çünki hər kəs xal ehtiyatını çoxaltmağa çalışacaq. Texniki qələbələrlə qazandığımız 5 xala baxmayaraq, 3-cü yerdə olmağa layiqik.
- "Keşlə" də qış fasiləsində "Mirakl" otelində qalacaq. Bu, planlarınıza mane olmayacaq?
- Bildiyimə görə, Antalyada bir oteldə eyni ölkənin iki komandası məskunlaşmır. Mətbuatdan oxuduq ki, "Keşlə" də ora gedir. Ancaq otellə danışıqlardan sonra dedilər ki, bir oteldə eyni ölkənin iki komandası olmayacaq. Müqavilədə də bu əksini tapıb. Düşünmürəm ki, bir yerdə olacağıq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar