11 dek 16:27liqa, reportaj

Çempion “Zirə”nin “6”nı üstünə çevirdi

Çempion “Zirə”nin “6”nı üstünə çevirdi
54. Zirə - Qarabağ (Ağdam) 0:6 (0:3)
1. Anar Nəzirov (k) – 3,0
88. Tellur Mütəllimov – 3,5
5. Adil Nağıyev – 3,0
(10. Sadio Tounkara, 46) – 3,5
27. Adrian Skarlatake – 4,0
26. Miloş Radivoyeviç – 3,5
2. İlkin Qırtımov – 3,0
3. Budaq Nəsirov – 3,0
9. Aleksandr Dedov – 3,5
11. Dilan Duventru – 4,5
(6. Vüqar Mustafayev, 88) – qiymətsiz
17. Vüsal İsgəndərli – 4,0
77. Mirsahib Abbasov – 3,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
4. Müşfiq İlyasov
16. İbrahim Aslanlı
39. Sadiq Quliyev
47. Əmrah Bayramov
62. Abdulla Seyidəhmədov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Dilan Duventru

12. Şahruddin Məhəmmədəliyev – 6,0
77. Vild-Donald Gerye – 6,0
52. Yakub Jezniçak – 6,0
55. Bədavi Hüseynov – 6,0
5. Maksim Medvedev (k) – 5,5
2. Qara Qarayev – 5,5
(8. Miçel, 65) – 6,0
6. Simeon Slavçev – 6,0
17. Abdulla Zubir – 6,0
(14. Rəşad Sadıqov, 46) – 5,5
19. Filip Ozobiç – 6,0
10. Dani Kintana – 6,5
(9. Araz Abdullayev, 60) – 5,5
11. Mahir Mədətov – 6,0
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
13. Vaqner da Silva
4. Rahil Məmmədov
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
25. Ansi Aqolli
28. Con Delarj
30. Abbas Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana
Qollar: D.Kintana, 29 (0:1, A.Zubir). D.Kintana 34 (0:2, A.Zubir). M.Mədətov, 42 (0:3). D.Kintana, 57 (0:4). Miçel, 82 (0:5, F.Ozobiç). İ.Qırtımov, 90+2–öz qapısına (0:6).
89-cü dəqiqədə Araz Abdullayev penaltidən yararlana bilməyib (tir).
Vərəqələr: Q.Qarayev, 12 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 54 (qeyri-idman hərəkəti). B.Nəsirov, 56 (qeyri-idman hərəkəti). M.Radivoyeviç, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
9 dekabr. Mərdəkan. Dalğa Arena. 400 tamaşaçı (6700 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Oyundan əvvəl hər iki kollektivdə qaşlar çatılmışdı. Meydan sahibləri cəzalı Pərdis Fərcad-Azad, Bilal Həmdi, İlkin Muradov və Kamal Mirzəyevin, eləcə də zədədən yeni qayıdan Vüqar Mustafayevin xidmətindən məhrum idi. Ağdamlıların əhvalı isə, heç şübhəsiz, matçdan bir gün əvvəl keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara görə korlanmışdı. Hər halda, baş məşqçi Qurban Qurbanovla kapitan Rəşad Sadıqovun yığmalardan kənarlaşdırmasının üstündən su içib keçmək mümkün deyildi.
“Qarabağ”ın “Keşlə”nin ardınca “Zirə”ni də darmadağın etməsinə baxmayaraq, “qartallar” ilk yarımsaatda olduqca inamlı təsir bağışlayırdı. Düzdü, topa nəzarət və həmlələr çempionun tərəfindəydi. Sadəcə, zirəlilər intizamlı oyunla qapıları qarsışında real qol imkanlarının yaranmasına imkan vermirdilər. Sonradan fərdi səhvlər sıralanınca, Samir Abasovun yetirmələri biabır oldu. Öncə Adil kobud səhvə yol verib Zubirin Daniyə qol vurmaq imkanı yaratmasında əsas rol oynadı. Ardınca Budaq meydanın mərkəzində topu Daniyə qazandırdı ki, Zubirlə bir-birini əla anlayan ispan vinger ikinci qola görə adını tabloya yazdırdı. Fasiləyə 3 dəqiqə qalmış isə Tellur Mahirin qol vurması üçün əlindən gələn hər şeyi etdi. “Köhlən atlar”ın bu 3 qoldan başqa da imkanları var idi. 16-cı dəqiqədə Slavçevin tirdən dönən zərbəsi, 38-ci dəqiqədə Anarın Ozobiçin fərqlənməsinin qarşısını əla reaksiya ilə alması...
“Arsenal”la oyunu nəzərə alan Qurban Qurbanovun fasilədə bir neçə əsas heyət üzvünü meydandan çıxaracağını gözləsək də, əksini gördük. Rəşad Sadıqov Zubirin əvəzinə mübarizəyə qoşuldu ki, 3 top fərqi ilə öndə olan “Qarabağ” “5-li müdafiə” sisteminə keçdi. Meydan sahibləri isə əksinə, müdafiəçilərin sayını azaldıb, hücum xəttini gücləndirdilər. Bunun sayəsində təxminən 10 dəqiqə üstünlük qəsəbə təmsilçisinin tərəfində oldu. 57-ci dəqiqədə Daninin işlək olmayan sağ ayağı ilə təxminən 20 metrdən qol vurması can verən zirəlilərin torpağa gömülməsi demək idi. Bundan sonra “Qarabağ” heç bir müqavimət görmədən meydanda istədiyini edirdi. 82-ci dəqiqədə qapıçı ilə üzbəüz qalan Mahir zərbənin qapıya daxil olmasına imkan verməyən Anardan çox nə etmək istədiyini vaxtında müəyyənləşdirə bilməyən özünü qınamalıdı. Qolların arasında Miçel adı varsa, necə fərqlənməsi gün kimi aydındı. Ozobiç topu kornerdən cərimə meydançasına havalandırdı, “8 nömrə” dəqiq baş zərbəsi ilə fərqləndi. Qol vurmaq üçün alışıb-yanan Araz adını tabloya yazdırmaq üçün hakimin Miloşun Maksimə qarşı kobudluğa görə göstərdiyi penalti nöqtəsinə yaxınlaşdı. Bir ay əvvəl bu yolla “Vorskla”nın qapısına yol tapan Abdullayev bu dəfə toru silkələmək əvəzinə tirin möhkəmliyini yoxladı. Lakin çox keçmədən istəyinə çatdı. Məhz Arazın qapı qarşısına ötürməsindən sonra İlkin topu öz qapısından keçirdi.
“Qarabağ” son iki oyunda rəqib qapılarına 11 dəfə yol tapmaqla komandada işlərin qaydasına düşmək üzrə olduğunu göstərdi. Bu nəticə həm də cari mövsümün ən böyükhesablı qələbəsi kimi tarixə düşdü. Həmçinin “Zirə”nin tarixində ən ağır yenilgisiydi. İndi “Qarabağ”ı “Neftçi”dən cəmi 3 xal ayırır ki, qış fasiləsindən dərhal sonra, 15-ci turda bu komandalar ölüm-qalım savaşında üz-üzə gələcək.

Gözdən qaçmadı
* İlk hissədən sonra media mərkəzinə yollananda iki polisin maraqlı dialoquna qulaq şahidi oldum. Biri digərinə “Qarabağ” AFFA-nın acığını niyə bu yazıqlardan çıxır” sualını verincə, digəri “yaman qızışıblar” cavabını verdi.
* Oyunboyu hakim idarəçiliyindən narazı görünən Samir Abasov ikinci hissənin gedişində üzünü yanındakı laysman Rza Məmmədova tutub “siz neynirsiz, nə etmək istəyirsiz” desə də, Məmmədov susmağa üstünlük verdi.
* Mahir Mədətovun rəqib qapısından keçirdiyi üçüncü qoldan sonra “İmarət”in üzvləri birağızdan “altı, altı” deyib futbolçulara səsləndilər. Maraqlıdı ki, yekunda məhz 6 qol vuruldu.
* Oyun başa çatandan sonra olduqca əsəbi görünən Samir Abasov rəqib həmkarının əlini sıxmadan birbaşa paltardəyişmə otağına yollandı.
* Bütün futbolçular paltardəyişmə otaqlarının yolunu tutan an “İmarət”çilər Mahir Mədətova səsləndilər. Mahir azarkeşlərin yer aldığı tribunaya yaxınlaşıb məhəccərə sarılan tərəfdarlardan biri ilə söhbət etdi. Ardınca alqış sədaları altında paltardəyişmə otağına qaçdı.

Reaksiyalar
Qurban Qurbanov: “İlk yarının son oyununda vacib qələbə qazandıq. Bu münasibətlə futbolçuları təbrik etmək istəyirəm. Bu gün rəqibin heyətindəki itkilərdən istifadə etməyi bacardıq. Bir neçə aparıcı oyunçuları iştirak etmirdi. Məni ən çox sevindirən komandada oyun intizamının olmasıydı. “Zirə”yə və Samir Abasova uğurlar arzulayıram. Fasilədən sonra beş müdafiəçi ilə oynamağımız hardasa “Arsenal”la matça görə idi. Ola bilsin, Londonda bu sistemlə oynadıq. Amma hələ tam qərar verməmişəm. “Arsenal”la oyunun məsuliyyətini hər bir futbolçu başa düşür. Həddən artıq diqqətli olmalı, oyuna ciddi yanaşmalıyıq. Bədavinin künc zərbələri zamanı rəqibin cərimə meydançasına daxil olmaması rəqibin heyətində sürətli oyunçuların olmasına görəydi. Elə oyunlar olur ki, kornerlər zamanı irəli gedir. Oyundan, rəqibdən asılıdı. Arazın penalti vurmasına gəlincə, ştatlı penalti vuranlardan biridi. Ona görə də topa yaxınlaşdı. Son vaxtlar əsas diqqəti hücumları məhsuldar tamamlamağa ayırmışıq. Məşqlərdə bunun üzərində çalışırıq. Ola bilsin, iki oyunda 11 qol vurmağımız buna görədi. Emeqaranın klubla müqaviləsi var. Ümumiyyətlə, müqaviləsinin müddəti başa çatan oyunçumuz yoxdu. Qışda nələrin olacağını indidən deyə bilmərəm. Çünki qarşıda oyunlarımız var. İcraiyyə Komitəsinin iclasından sonra əhvalım yaxşıdı. Bəzən kefsizlik olur, bu da normaldı. İşimiz belədi, irəli boylanıb inkişaf etməliyik”.
Samir Abasov: “Oyunun müqəddəratı ilk hissədə həll olunmuşdu. İkinci yarı formal xarakter daşıyırdı. Meydana çıxmalıydıq deyə, çıxıb oynadıq. “Qarabağ” kimi komandadan 3 top buraxırsansa, bu yükün altından çıxmaq çətin olur. Bəzi aparıcı futbolçularımızın olmaması özünü göstərdi. Ancaq məğlubiyyəti sırf bununla əlaqələndirmək istəmirəm. Fərdi səhvlər bütün planlarımızı alt-üst etdi. Bu da yekun nəticə. Bu dəqiqə əsəbdən nə edəcəyimi bilmirəm. Danışmağa söz də tapmıram. Ağır yenilgi bizə bəzi futbolçularla bağlı lazım olan cavabı verdi. Nələrisə dəyişməyə çalışmalıyıq, çalışacağıq. Kimlərin gedib, kimlərin qalacağına kubok oyunlarından sonra qərar verəcəyik. Bugünkü duruma görə qınanmalı olanlar futbolçulardı. Tamadalıq edib özümüzü tərfiləmək istəmirəm. Özünüz də hər şeyi gördüz. Budaq Nəsirov öz dünyasındadı. Məşqdə nə deyiriksə, meydanda onun əksini edir. Qapımıza vurulan ikinci qol Budağın “hədiyyəsi” idi. Nə qədər deyirsən, xeyri yoxdu. Bu gün dincəlsinlər, sabah 3-4 nəfərlə ayrı söhbətim olacaq. Qurban Qurbanovun əlini sıxmamağıma gəlincə, əsəbi idim, ona görə birbaşa paltardəyişmə otağına yollandım. Ümid edirəm ki, rəqib həmkarım məni üzürlü hesab edər. Yeri gəlmişkən, “Qarabağ”ı və Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar