11 dek 19:18liqa

"Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı

"Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı
Topaz premyer-liqasının 14-cü turunun bütün oyunları bir gündə baş tutdu. Tur "Əlincə Arena"da başladı, "Bakcell Arena"da bitdi. İki matçda qol səsi çıxmadı, qalan iki dueldə isə qonaqlar qələbə qazandı. Beləcə, çempionat "ekvator xətti"nə çatdı. Ancaq bu o demək deyil ki, komandalar qış fasiləsinə yollanır. Qarşıda kubokun 1/4 final mərhələsinin görüşləri var. İndi isə premyer-liqanın 2-ci dövrəsinə yekun vuran turun oyunlarını gözdən keçirək.
14-cü turun açılış matçında Masazırda Əhmədovların komandaları üz-üzə gəlirdi. Qələbə "Keşlə"yə hava-su kimi vacib idi və qonaqlar 3 xal qazanmaqla turnir cədvəlinin sonuncu pilləsini "Zirə"yə təhvil verdi. Öncəki turda "Qarabağ" önündə darmadağın olsa da, görünür, həftəiçi kubokdakı qələbə Tərlan Əhmədovun yetirmələrinin əhval-ruhiyyəsini düzəldib. "Sabah" isə ardıcıl 5-ci premyer-liqa matçında qələbə qazana bilmədi. Özü də Elşad Əhmədovun komandası bu matçlardan 4-də uduzub.
"Sabah"ın xal itirməsindən "Qəbələ" lazımınca yararlana bilmədi. Halbuki bölgə təmsilçisi qələbə qazanmaqla sıralamada debütantı qabaqlaya bilərdi. Lakin "qırmızı-qaralar" yalnız bu komanda ilə xallarının sayını eyniləşdirməyi bacardı ki, bu da 5-ci pillədən yuxarı qalxmağa imkan vermədi. "Səbail"in son 3 çempionat matçında 1 xal əldə etdiyini də vurğulayaq. Son turlardakı uğursuzluğa rəğmən, həm "Sabah"ın, həm də "Səbail"in aşağı pillələrə yuvarlanmamasının səbəbi vaxtında yetərincə xal ehtiyatı toplamalarıdı.
Qurban Qurbanovun yığmadan istefasından sonra "Qarabağ"ın necə təsir bağışlayacağı maraq doğururdu. Deyəsən, Avroliqada iddiası qalmayan "köhlən atlar" bütün acığını premyer-liqadakı rəqiblərdən çıxmaq fikrindədi. Ötən tur "Keşlə"nin "daşını daş üstə qoymayan" Qurbanovun komandası bu dəfə "Zirə"yə futbol dərsi keçdi. "Keşlə" ilə görüşdə Mahir Mədətov het-trik etmişdisə, bu dəfə Dani Kintana eyni uğuru təkrarladı. Mədətov isə bombardirlərin yarışında Baqali Daboya çatdı. "Qarabağ" həm də mövsümün ən böyükhesablı qələbəsini qazandı. "Neftçi"nin xal itirməsindən yararlanan bölgə təmsilçisi aradakı xal fərqini 3-ə endirdi. Ağdamlıları tarixi boyunca məğlub edə bilməyən "Zirə" isə sonuncu pilləyə yuvarlandı.
Turun son oyununda "Neftçi" "Sumqayıt"ı məğlub etməyi bacarmadı. Beləcə, qeyd etdiyimiz kimi, ilk iki pillə arasındakı məsafə azaldı. Təbii, bu məqam "qış çempionu"nun işinə heç yaramadı. "Kimyaçılar" isə Ayxan Abbasovun rəhbərliyi altında son iki matçda 4 xalı hesabına yazdıra bilib. Özü də bu qənimətin "3-lük"də qərarlaşan iki komandadan alınması xüsusi qeyd edilməlidi.
Topaz premyer-liqası
2-ci dövrə
14-cü tur
9 dekabr
Sabah - Keşlə 1:2
Zirə - Qarabağ 0:6
Səbail - Qəbələ 0:0
Neftçi - Sumqayıt 0:0
1. Neftçi 14 10 3 1 26-10 33
2. Qarabağ 14 9 3 2 32-14 30
3. Səbail 14 6 3 5 16-14 21
4. Sabah 14 5 2 7 12-20 17
5. Qəbələ14 4 5 5 17-18 17
6. Sumqayıt 14 4 3 7 13-20 15
7. Keşlə 14 3 3 8 16-23 12
8. Zirə 14 2 4 8 12-25 10
Bombardirlər: Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ) - 7, Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi), Marko Deviç (Sabah) - 6.
Qeyd: AFFA İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət verilib.
Növbəti turun oyunları: 2 fevral - Keşlə - Səbail, Zirə - Sabah; 3 fevral - Qəbələ - Sumqayıt, Qarabağ - Neftçi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar