09 dek 13:38liqa

2018-in son turunda “qütblərarası savaş”

2018-in son turunda “qütblərarası savaş”
Samir Abasov Qurban Qurbanova qarşı
Bu həftə Topaz premyer-liqasında 2018/19 mövsümünün ilk yarısına yekun vurulacaq. İkinci dövrənin sonuncu, mövsümün 14-cü turunun matçları eyni günə təsadüf edəcək və turnir cədvəlində ilk “dördlüy”ü zəbt edən komandalar “ikinci eşelon”un üzvləri ilə qarşılaşacaq. 2018-ci ilin son turunun bütün oyunları bazar gününə təsadüf edəcək. Bu səbəbdən bütün matçların canlı yayını mümkün olmayacaq. "CBC Sport" telekanalı "Səbail" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" oyunlarını ekranlara daşıyacaq.
Topaz premyer-liqası
2-ci dövrə, 14-cü tur
9 dekabr
53. Sabah – Keşlə
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
Cəzalı: Vanderson Silva (Sabah).
“Futbol+”in proqnozu: 30-40-30
Masazır. Əlincə Arena. Saat 16.00
Tura Masazırda start veriləcək. “Sabah” ilin son oyununu “Keşlə”yə qarşı keçirəcək. Prinsip etibarilə Tərlan Əhmədovun komandası debütantdan yorğun olmalıdı. Düzdü, hər iki komanda həftəiçi eyni gündə kubok matçına çıxıb. Ancaq “Keşlə” bir həftə ərzində 3-cü oyuna çıxacaq. Belə ki, “Qarabağ”la ötən turun görüşü bazar ertəsinə ertələnmişdi. Halbuki “Sabah” 13-cü tur çərçivəsində ötən şənbə günü meydana çıxmışdı.
Onu da qeyd edək ki, tərəflərin ilk dueli mövsümün açılışına təsadüf edib. “Keşlə” məhz həmin oyunla “Sabah”ın tarixinə düşüb. Belə ki, debütant premyer-liqada ilk oyununu bu komandaya qarşı keçirdiyi kimi, ilk qələbəsini də “Keşlə” üzərində qazanıb. Ancaq o vaxt paytaxt təmsilçisini Mladen Milinkoviç çalışdırırdı. Tərlan Əhmədov 2019-cu ilə sonuncu yerdə qədəm qoymamaq üçün “Sabah”ı məğlub etməyə borcludu. Elşad Əhmədovun komandası meydana itki ilə çıxacaq. Belə ki, “Neftçi” ilə görüşdə meydandan qovulan Vanderson Silva cəzasını məhz bu il “yuyacaq”.
Matç həm də Orxan Məmmədovun uzun fasilədən sonra premyer-liqaya dönməsi ilə əlamətdar olacaq. Belə ki, 9-cu turda “Sumqayıt” – “Qəbələ” matçında səhvlərə yol verən və daha sonra qalmaqallı açıqlama ilə diqqət çəkən sabiq FİFA referisi Frits Stuxlik tərəfindən bir aylıq cəzalanmışdı. Müddət başa çatdıqdan sonra əvvəlcə diviziona, daha sonra kuboka təyinat alan Məmmədov bu dəfə premyer-liqa oyununa baş hakim kimi təyinat alıb.
54. Zirə – Qarabağ
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 6:+0=2-4, 3-9.
2015/16 - 0:0, 0:2; 2016/17 – 0:2, 0:0; 2017/18 – 2:3, 1:2.
Cəzalılar: Kamal Mirzəyev, Pərdis Fərcad-Azad, İlkin Muradov, Bilal Həmdi (hamısı “Zirə).
“Futbol+”in proqnozu: 25-30-45
Mərdəkan. Dalğa Arena. Saat 17.00
Günün ikinci qarşılaşmasında turnir cədvəlinin əks qütblərindən eyni uzaqlıqda yer alan komandalar üz-üzə gələcək. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində “Arsenal”la son oyuna məhz “Zirə” “yola salacaq”. Mümkündü ki, Qurban Qurbanov əsas heyət üzvlərindən bir neçəsinə istirahət versin. Ümumiyyətlə, sıx qrafiklə oynamağa məcbur olan “Qarabağ” Bakıya döndükdən iki gün sonra “Keşlə” isə kubokda 1/4 final mərhələsi çərçivəsində yenidən qarşılaşacaq. Əslində “Qarabağ”ın əleyhinə olan yeganə məqam görüşün “Arsenal” səfəri ərəfəsinə təsadüf etməsidi. Halbuki “Zirə” meydana daha çətin şərtlər altında çıxacaq. Onsuz da heyət kasadlığından əziyyət çəkən Samir Abasov sabah əsas oyunçularından 4-nün xidmətindən yararlana bilməyəcək. Məsələ burasındadı ki, Kamal Mirzəyev, Pərdis Fərcad-Azad, İlkin Muradov və Bilal Həmdi cəza səbəbindən ilin son turunu buraxır.

55. Səbail – Qəbələ
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 2:+1=0-1, 3-4.
2017/18 – 1:3, 2:1.
Cəzalılar: Elton Yaqublu (Səbail). Urfan Abbasov, Elvin Camalov (hər ikisi “Qəbələ).
“Futbol+”in proqnozu: 30-35-35
Bakı. Bayıl Arena. Saat 17.30
İli ilk “üçlük”də başa vurmağı, kubokda isə yarımfinala adlamağı qarşısına hədəf qoyan “Səbail” ən yaxın izləyicisi “Sabah”la aradakı fərqi qorumaq üçün “Qəbələ”ni əliboş yola salmaq əzmindədi. Bu elə də asan olmayacaq. Düzdü, qeyri-sabit çıxışı ilə azarkeşlərini üzən, liderlərdən uzaq düşən bölgə təmsilçisi Bakıya itkilərlə gəlib. Yerli oyunçulardan 2-si “Səbail”lə matçda iştirak edə bilməyəcək. Belə ki, Urfan Abbasov və Elvin Camalov cəzalıdı. Əvəzində ötən turda “Zirə” ilə iki günə yekunlaşan görüşdə yeri aşkar hiss olunan Ceyms Adeniyi sıraya dönüb. Cəza səbəbindən ötən turu buraxan nigeriyalının dönüşü ilə hücum xətti güclənəcək. Bununla belə, “Səbail” çempionatdakı iki oyunluq qələbəsizliyə son qoymağa çalışacaq. Artıq Ağabala Ramazanov da zədəsini sağaldaraq sıraya dönüb. “Kəpəz”lə kubok qarşılaşması üçün Gəncəyə aparılan və ikinci hissənin ortalarında əvəzetmədən meydana daxil olan hücumçu hətta qol vurdu, darmadağında son nöqtəni qoyan ism oldu.
56. Neftçi – Sumqayıt
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 12:+7=3-2, 27-14.
2011/12 - 4:0; 2012/13 - 8:1; 2013/14 - 0:0, 1:3; 2014/15 - 3:2, 2:2; 2015/16 - 2:1, 1:0; 2016/17 – 1:2, 1:0; 2017/18 – 2:1, 2:2.
Cəzalılar: Baqali Dabo, Tural Axundov (hər ikisi “Neftçi”).
“Futbol+”in proqnozu: 30-30-40
Bakı. Bakcell Arena. Saat 19.30
Tura “Bakcell Arena”da yekun vurulacaq. İlin son çempionat matçını “Sumqayıt”a qarşı keçirəcək “Neftçi” qış fasiləsinə 5 xallıq üstünlüklə yollanmaq üçün sabahkı görüşdən qalib ayrılmalıdı. “Gənclik şəhəri” təmsilçisinin 6-cı pillədə qərarlaşmasına baxmayaraq, Roberto Bordinin komandası bəlkə də ən ağır oyunlarından birinə çıxacaq. Çünki düşərgədə gərgin atmosfer hökm sürür. “Sabah”la oyundan sonra klubun idman direktoru Ceyhun Sultanovun 10 oyunluq cəzalanması bir yana, əsas heyətin iki üzvü də sıradan çıxıb. İntizam Komitəsi ikinci xəbərdarlıqdan sonra meydandan qovulan Tural Axundovla Baqali Dabonu cəzalandırıb. Xüsusilə də çempionatın bombardirinin yoxluğu hiss olunacaq. Yeri gəlmişkən, Dabo fasilə ərəfəsindəki son turda oynamamaqla “taxt”ından salına bilər. Hesabında 7 qol olan forvardın 4 izləyicisi var. Hansı ki, ona çatmaq üçün cəmi 1, ötüb keçmək üçünsə 2 və daha çox qol vurmaları tələb olunur. Dabo çox istər ki, “taxt”ını əsas izləyicilərindən olan komanda yoldaşı Mirabdulla Abbasova təhvil versin.
Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Sabah – Keşlə
Zirə – Qarabağ
Səbail – Qəbələ
Neftçi – Sumqayıt
1. Neftçi 13 10 2 1 26-10 32
2. Qarabağ 13 8 3 2 26-14 27
3. Səbail 13 6 2 5 16-14 20
4. Sabah 13 5 2 6 11-18 17
5. Qəbələ 13 4 4 5 17-18 16
6. Sumqayıt 13 4 2 7 13-20 14
7. Zirə 13 2 4 7 12-19 10
8. Keşlə 13 2 3 8 14-22 9
Bombardirlər: Baqali Dabo (Neftçi) – 7, Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi), Marko Deviç (Sabah), Mahir Mədətov (Qarabağ) – 6.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar