09 mar 18:30liqa

Xaqani Məmmədovun faydasız qış hazırlığı...

Xaqani Məmmədovun faydasız qış hazırlığı...
...və ya dövrəyə damğa vuran 10 kobud səhv

Premyer-liqanın 3-cü dövrəsinə hakim səhvləri damğa vurdu desək, yanılmarıq. Halbuki qış fasiləsinə kimi ədalət təmsilçiləri pis-yaxşı işinin öhdəsindən gələ bilmişdi. Ən azı kütləvi səhvlər yox idi. Həm bu, həm də Əliyar Ağayevin beynəlxalq oyunlardakı performansı azərbaycanlı futbol azarkeşlərini sevindirmişdi. Hər kəs hakimliklə bağlı problemlərin aradan qalxmasının sevincini yaşayırdı. Ancaq nə oldusa, fasilədə oldu. Türkiyəyə - təlim-məşq toplanışına yollanan ədalət təmsilçiləri qardaş ölkədə “artırmaq” əvəzinə, sanki olan-qalanını da orda qoyub, geri döndülər. Biabırçı, nəticəyə təsir edən səhvlər 3-cü dövrənin bütün turlarında qeydə alındı. Belə ki, baş tutan 28 matçda 10 kobud səhvi fərqləndirə bilərik. Düzdü, bütün yanlış qərarları yada salsaq, siyahının ucu-bucağı olmaz. Ancaq “10-luq”dakı səhvlər ən çox müzakirə olunan, hansısa komandaların haqqının yeyilməsinə səbəb olan, oyunların nəticəsinə təsir edənlərdi.

15-ci tur
Qarabağ – Neftçi (1:1)
Qış fasiləsindən sonrakı ilk turda “Neftçi”nin haqqı yeyildi. Necə deyərlər, “siftə”ni Ramil Diniyev korladı. Xırda səhvlərini bir kənara qoyaq. Onun ən ciddi yanlış qərarı 67-ci dəqiqəyə təsadüf etdi. Maksim Medvedev Rəhman Hacıyevə qarşı “Qarabağ”ın cərimə meydançasında kobudluq etsə də, ədalət təmsilçisi penalti təyin etmədi. O, əksinə, “Neftçi”lini simulyasiyaya görə sarı vərəqə ilə “mükafatlandırdı”. Halbuki həmin epizodda aşkar qayda pozuntusu var idi. Elə İntizam Komitəsi də Hacıyevin “sarı”sını ləğv etməklə “ağ-qaralar”ın halal penaltisinin ədalət təmsilçisi tərəfindən “yeyildiyini” etiraf etdi. Özü də həmin vaxt “Neftçi” 1:0 hesabı ilə öndə idi və “ağ-qaralar”ın haqlı penaltisi verilsəydi, şübhəsiz, nəticə fərqli ola bilərdi. Bu qərar qış fasiləsindən sonra iddiası artan “Neftçi”yə əməlli-başlı zərbə idi.

16-cı tur
Qəbələ - Neftçi (1:0)
Premyer-liqanın 16-cı turu da nəticəyə təsir edən hakim səhvləri ilə əlamətdar oldu. Bunlardan biri Qəbələdə yaşandı. Əslində isə oyunun baş hakimi Fariz Yusifovdan daha çox, kobud səhv laysman Yaşar Abbasovun idi. Belə ki, “Qəbələ”nin qələbə qolu qeydə alınmamalıydı. Çünki Daniel Subotiçə məhsuldar ötürmə edən Ürfan Abbasov aşkar ofsaydda idi. FİFA laysmanının bu cür biabırçı səhvə yol verməsi Hakimlər Komitəsinin nüfuzuna ciddi zərbədi. O başqa məsələ ki, daha bir zərbə yenə də “Neftçi”yə dəydi. “Ağ-qaralar” növbəti dəfə hakim səhvinin qurbanı oldu.

Zirə - Kəpəz (1:0)
Zirədə meydan sahiblərinin qolu yeyildi. Oyunun baş hakimi Elvin Əsgərovu da köməkçisi “yandırdı”. Belə ki, həmin matçda sonradan fərqlənən Nurlan Novruzov daha öncə də toru silkələmişdi. Lakin laysman oyundankənar vəziyyət qeydə aldı. Halbuki bu tam yanlış qərar idi.

Sumqayıt – İnter (2:2)
Bu oyunda da İnqilab Məmmədov qonaqların penaltisini yedi. İlk hissəyə əlavə olunan dəqiqədə künc zərbəsindən sonra Rauf Əliyevin başla qapıya ünvanladığı top Rail Məlikovun əlinə tuş gəldi. Həmin an hakimin penalti təyin etməməsini anlamaq çətin idi.

17-ci tur
Qəbələ - AZAL (2:0)
Qəbələdəki oyunda verilməyən penalti olmasaydı, İnqilab Məmmədovun idarəçilyini normal adlandırmaq mümkün idi. Qeyd etdiyimiz epizod isə 73-cü dəqiqədə yaşandı. Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı qarşısında açıq-aşkar Daniel Subotiçin əlinə dəysə də, hakimin fiti susdu. Halbuki epizod düz Məmmədovun gözü önündə baş vermişdi. Həmin qapının arxasında qərarlaşan Rəvan Həmzəzadə də baş hakimi düzgün məlumatlandırmadı.

18-ci tur
Zirə - Qəbələ (2:2)
Mübahisəli matçlardan biri yenə Zirədə baş tutdu. Həmin oyunun 74-cü dəqiqəsində Ürfan Abbasovun meydandan qovulmalı olmasını, 3-cü uzatma dəqiqəsində “Zirə”nin hücumu zamanı Akim Latifunun ötürməsindən sonra topu ələ keçirmək istəyən Nurlan Novruzovun Ürfanı güləş fəndi ilə yerə yıxsa da, qayda pozuntusunun qeydə alınmamasını demirik. Matçın son saniyələrində Riçard Qadze aşkar oyundankənar vəziyyətdən hesabı bərabərləşdirdi. Nə yan xətt hakiminin bayrağı qalxdı, nə də Əliyar Ağayev məsuliyyəti üzərinə götürdü. Son saniyələrdə oyunun nəticəsinə təsir edən bu cür səhv bağışlanmazdı.

Kəpəz – Qarabağ (0:1)
Ömər Paşayevin Gəncədəki görüşün 86-cı dəqiqəsində Ağabala Ramazanova göstərdiyi sarı vərəqənin, yəqin ki, dünyada analoqu yoxdu. Halbuki Ramazanov Davud Kərimi ilə toqquşmadan öncə komanda yoldaşı ilə nəyisə müzakirə edirdi. Qapıçını yalnız son anda gördü ki, orda toqquşmadan qaçmaq mümkünsüz idi. Ümumiyyətlə, belə vəziyyətə görə FİFA referisinin əlini cibinə atması gülməliydi. Maraqlıdı ki, bu cür absurd qərara rəğmən, İntizam Komitəsi (İK) vərəqəni ləğv etmədi. Bəlkə də növbəti turda “Qarabağ”ın “Qəbələ” ilə oyununun olması da İK-nın qərarına təsir etdi. Nəticədə heç nədən Ağabala derbini buraxmalı oldu.

19-cu tur
Neftçi – Kəpəz (0:0)
Tarixi derbidə Rauf Cabbarovun ən böyük səhvi “Neftçi”nin haqlı penaltisini verməməsi idi. Hakim 14-cü dəqiqədə Tural Axundovun cərimə meydançası daxilində Zdenek Folprextə qarşı hərəkətini kobudluq kimi dəyərləndirmədi. “Kəpəz”in kapitanının niyyəti topa oynamaq olsa da, “sürüşmə” fəndindən istifadə edərkən, topu almaqdan çox rəqibin ayağına “işlədi”. İki ayaqla “sürüşmə” fəndi edən Turalın hərəkəti aşkar penalti idi. Amma Rauf belə gərgin durumda riskə getmək istəmədi ki, bu mənada “Neftçi”nin haqqı yeyildi. Bu isə “ağ-qaralar”a qarşı ədalət təmsilçilərinin 3-cü biabırçı səhvi idi.

20-ci tur
Kəpəz – Qəbələ (1:1)
Əslində bu oyunda Əliyar Ağayevin idarəçiliyinə birmənalı qiymət vermək çətindi. Ancaq “Qəbələ” rəmsiləri ilə hakimlər briqadası arasında yaşananları nəzərə alıb, bu oyunu da “10-luğ”a daxil etməyi lazım bildik. “Kəpəz”in hesabı açdığı epizodda Rza Məmmədovun ofsayd bayrağını qaldırmamasını doğru qərar saymaq olar. Hərçənd nə videogörüntülər, nə də şəkillər tam dəqiq fikir yürütməyə əsas vermir. Ancaq Nicat Qurbanovla Nika Kvekveskiriyə göstərilən qırmızı vərəqələrlə bağlı mübahisə etməyə dəyər. Nicatı çənəsindən itələyən gürcü sarı vərəqəni haqq edirdi. Ancaq onun birbaşa “qırmızı”yla cəzalandırılması ağır qərar oldu. Ehtiraslar da məhz bu epizoddan sonra qızışdı və mövsümün ən böyük qalmaqalı Gəncədə yaşandı.

21-ci tur
Kəpəz – AZAL (1:1)
Dövrənin son turunda isə Orxan Məmmədov işinin öhdəsindən gələ bilmədi. Bəlkə də sabiq FİFA referisi üçün hər şey yaxşı qurtaracaqdı, gözdən qaçan bir epizod olmasaydı. Belə ki, ədalət təmsilçisi Omeqa Robertsin Jülyen Ebahı qəsdən təpikləməsini gözdən qaçırdı. Həmin epizodda top oyunda olduğundan AZAL-ın qapısına penalti təyin edilməliydi. Üstəlik, Roberts yerdə qalan Ebahı qəsdən vurduğuna görə yüz faiz qarşısında qırmızı vərəqə görməliydi. Bu epizodu gözdən qaçıran Məmmədovu köməkçiləri də xəbərdar etmədilər. Burda da “Kəpəz”in haqqı yeyildi. İntizam Komitəsi isə epizodu izləyib, liberiyalını 3 oyunluq cəzalandırdı. Çox güman, Hakimlər Komitəsinin sədrti Xaqani Məmmədov da yetirməsinə eyni münasibəti göstərəcək.

Nəticə
Bir sözlə, 3-cü dövrədəki idarəçilik bərbad durumda idi. İnanaq və ümid edək ki, hər şeyi müəyyən edəcək son dövrədə bu biabırçılığın davamı gəlməyəcək. Yaxşı ki, Fariz Yusifov var. Yoxsa hadisələrin axarı necə olacaqdı, bilinmir. Xüsusən onun “Qəbələ” – “Qarabağ” oyununun (2:0) öhdəsindən gəlməsi bəlkə də çempionatı xilas etdi. Hə, Yusifov qışda hakimlərlə birgə Antalyaya getməmişdi. Elə köməkçiləri Azər Əsgərovla Elman Musayev də. Görünür, bu onların xeyrinə imiş. Əks halda, Xaqani Məmmədovun çətin anda kimə güvənəcəyi maraq doğurur.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar