09 mar 18:28liqa

“Neftçi”nin hədəfə çatmasını əngəlləyən səbəblər

“Neftçi”nin hədəfə çatmasını əngəlləyən səbəblər
Bu dəqiqə futbol ictimaiyyətinin bir gözü “Qarabağ”la “Qəbələ”də, digəri “Neftçi”dədi. Birinci məqamda söhbət çempionluqdan və aradakı rəqabətdən gedir ki, söhbətin məğzi aydındı. “Ağ-qaralar”a gəlincə, bu il 80 illik yubileyini qeyd edəcək klubun hansı nəticəyə imza atacağı həvəslə gözlənilir. Bu həvəsi yaradan isə baş məşqçi Elxan Abdullayevlə sponsorlar oldu. Vəziyyət qış fasiləsinəqədərki kimi olsaydı, “Neftçi” çoxdan “basdırılmışdı”. Lakin dekabrın sonunda və yanvarda həyata keçirilən transferlər bir anda hər kəsdə ümid yaratdı. Qışda 9 futbolçunun alınmasına xərclənən pullardan sonra komandanın ardıcıl dördüncü mövsümdə medal qazana bilməməsi, bu azmış kimi, son üç mövsümü titulsuz başa vurması əsl faciə sayılacaq. Hələlik hər şey buna doğru aparır. Madam ki, üçüncü dövrə başa çatdı, 5 həftəlik müddətə qısa “səyahət etməyin” vaxtıdı.

21 xaldan cəmi 11-i
“Ağ-qaralar” 2017-də 7 premyer-liqa oyununa çıxıb. “Qarabağ”la heç-heçə (1:1) edən kollektiv növbəti matçda səfərdə “Qəbələ”yə boyun əydi – 0:1. Bundan sonra üzlər gülməyə başladı. “İnter”in (3:1), ardınca “Sumqayıt”ın (1:0) məğlub edilməsi azarkeşlərdə “Neftçi” axır ki oyununu tapdı, bundan sonra qarşısıalınmaz olacaq” fikrini yaratdı. Ardıcıl 2 qələbənin gətirə biləcəyi mümkün arxayınlıq görünürdü. “Qarabağ”la başabaş oynayan, “İnter”i birnəfəsə udan komandanı növbəti 3 qarşılaşmada “asan gəzinti” gözləyirdi - “Kəpəz” və “Zirə” ilə ev oyunları, autsayder AZAL-la səfər görüşü. Proqnozlar minimum 7, maksimum 9 xal deyirdi. Lakin son 3 qarşılaşmada gözlənən “9”un heç yarısı da gəlmədi. “Kəpəz”lə bərabərə qalan bakılılar AZAL səddini 1 qolla keçdi. Sonuncu turda isə “Zirə” məğlubiyyəti... İndi sual yaranır: Elxan Abdullayevin istəyi ilə alınan futbolçulardan qurulmuş komanda 7 oyunda neçə xal toplamağa nail oldu? 21 mümkün xaldan cəmi 11-ni. Yaxın izləyicilərindən “Zirə” bu müddətdə 12, “Sumqayıt” isə 8 xal yığa bilib. “Kəpəz”in durumu da məlumdu – cəmi 3 heç-heçə. Yəni yenilənmiş “Neftçi” nəticə baxımından ciddi mənada heç nə ilə yadda qalmadı.

7 oyuna 7 qol
Statistikadan danışırıqsa, ən kiçik məqamlara da diqqət yetirməliyik. “Neftçi” meydana çıxdığı oyunların yalnız ikisində qol vura bilməyib. Belə deyək, “Qəbələ” ilə “Kəpəz”in qapıçılarını məyus etmək mümkün olmayıb. Əvəzində “İnter”ə vurulan 3 qol var. Yəni bu 7 qarşılaşmada “ağ-qaralar” rəqib qapılarına cəmi 7 qol vurub. Top buraxmaq baxımından üzlər gülürdü. İlk 3 oyunun hər birində qapısında 1 top buraxan komanda növbəti 3 oyunda rəqiblərin fərqlənməsinə imkan vermədi. Lakin “Zirə” ilə qarşılaşmada Maksim Vaylonun buraxdığı 2 qol böyük şübhələrə yol açdı. Ümumi götürsək, bakılılar 7 yeni legionerlə son 7 oyunda 7 dəfə fərqlənərək öz qapısında 5 top görüb.

Anlaşma istənilən səviyyədə deyil
Təbii, indiki durum nə klub rəhbərliyini, nə də baş məşqçini razı salır. Azarkeşləri isə qətiyyən. Məqsəd avrokuboklara vəsiqə verən yerlərdən birini, real görünən 4-cü pilləni tutmaqdı ki, bu da çətin görünür. Bu gün 4-cü pillədəki “Zirə” ilə “Neftçi” arasında 9 xallıq fərq var. 5-ci yerdə qərarlaşan “Sumqayıt”la aradakı bu göstərici isə 5-di. Nəzərə alaq ki, paytaxt təmsilçisi dördüncü dövrədə bu iki əsas rəqibi ilə səfərdə, yəni süni örtükdə oynayacaq. “Neftçi” niyə ümidləri doğrultmur? Niyə yenilənmiş komanda 21 xaldan cəmi 11-ni toplamağa müvəffəq olub? Sualın ilk cavabı həmin “yenilənmiş” sözündədi. Yəni komanda üzvləri bu gün çox çalışsa, meydanda can qoysa, ustalıq baxımından rəqiblərdən üstün görünsə də, oyun planında müəyyən axsamalar müşahidə olunur. Xüsusilə hücum qurmaq baxımından ciddi problem var. Abdullayevin yetirmələri 7 oyundan cəmi 2-də - “İnter” və “Sumqayıt”la qarşılaşmalarda rəqib qapıçıları və müdafiəçiləri həyəcanlandıra bilib. Başqa cür desək, “Neftçi”nin adına yaraşan futbol sərgilənib. Qalan görüşlərdə ehtiyatı əldən verməməyə hesablanmış tapşırıqların sonu heç də yaxşı olmayıb. Yarımmüdafiə ilə hücum arasındakı bağlar istənilən səviyyədə deyil. Ucaboy, fiziki cəhətdən hazırlıqlı Daniel Seqoviyanı cərimə meydançası daxilində topla təmin etmək lazım gəlir ki, ispan hücumçu istəyinə çata bilmədiyini görüb geri çəkilir. Orta sahədə sırf yaradıcı futbolçunun olmaması azmış kimi, cinah yarımmüdafiəçiləri kefinə düşəndə diqqəti çəkir. Buna görədi ki, qələbəni gətirə biləcək qolları vurmaq əngələ çevrilib.

İtkilər və rotasiyalar
Sabit heyətin olmaması da sözünü deməkdədi. Yəni Elxan Abdullayev üzürlü və üzürsüz səbəblərdən eyni “11-liy”ə güvənə bilmir. Məsələn, qış fasiləsindən sonra “Qarabağ” və “Qəbələ”yə qarşı oyunlarda ilk dəqiqələrdən meydanda olan Cavid İmamverdiyev hazırda zədəsini sağaltmaqla məşğuldu. Halbuki Antalya toplanışındakı yoldaşlıq görüşlərində baş məşqçi ona müntəzəm əsas heyətdə yer verirdi. Çünki ikinci hücumçu, başqa cür desək, oyun qurucusu kimi faydalıdı. “Kəpəz”lə matçda isə orta sahənin aparıcı üzvü sayılan Ruslan Abışov da sıradan çıxdı. Kapitanın meydanda olmadığı son 3 qarşılaşmada komandası 5 xal itirib. Rəhman Hacıyevin qeyri-sabit oyunu da Elxan bəyi narahat edir. Mövsümün ilk yarısında, hələ “Neftçi”nin ən pis dönəmində diqqətləri üzərinə çəkən sürətli və texnikalı yarımmüdafiəçi yeni futbolçuların gəlişindən sonra özünə bənzəmir. “Kəpəz”lə matçda ehtiyatda qalması da buna görə idi. Bacarığına böyük ümidlər bəslənən İqnasio Errera da rəqabət üzündən daim “11-lik”də yer almır. Halbuki söhbət yarımmüdafiənin cinahından gedirsə, orda tez-tez dəyişiklik edilməsi həm həmin cinahdakı müdafiəçinin, həm də ona yaxın oynayan digər orta sahə oyunçusunun işini çətinləşdirir. Qısası, ayrı-ayrı futbolçuların hazır olmaması, yaxud zədədən əziyyət çəkməsi hazırki “Neftçi”nin yaralı yeridi.

Arxayınlığın nəticəsi belə olmalıydı
Qış fasiləsindən qayıdan “ağ-qaralar”ın ilk sınağı “Qarabağ”a qarşı idi. Suraxanıdakı stadionda “Neftçi”nin sərgilədiyi futbol hər kəsi təəccübləndirmişdi. Ardınca Qəbələdə də özlərini yaxşı tərəfdən göstərdilər. Hakim səhvi olmasaydı, xalla qayıtmaq da mümkün idi. “İnter”in qapısına 3 qol vurduqları oyunda isə bakılılar qarşısıalınmaz təsir bağışlamışdı. “İnter Arena”dakı görüşün davamına “Bakcell Arena”da şahidlik etdik. Qarlı havada yaradılan 7-8 real qol imkanından yalnız 1-i qolla nəticələndi. Bu nəticələrdən sonra “Neftçi” ictimaiyyətin fikrini müsbət yönə dəyişə bildi. Artıq çoxları “ağ-qaralar”ın kuboka sahib çıxacağını iddia edirdi. Görünür, bu məqam futbolçuların psixoloji durumundan da yan keçmədi. Arxayınlıq, bir az da özündənrazılıq. Əsas mərhələni, yəni ilk “3-lük”dəki rəqiblərlə oyunların geridə qaldığını düşünən futbolçular son 3 matçın “asan gəzinti” xarakteri daşıyacağını düşünürdü. “Kəpəz”lə oyunda rəqib qapısına yol tapa bilməyəndən sonra növbəti xallarını Şüvəlanda itirəcəkdilər. Yaxşı ki, Seqoviya Kamil Hüseynovun kobud səhvindən sonra fərqlənməyi bacardı. “Zirə” ilə matçda isə Seqoviyanın hesabı açmasından sonra 3 xalın ciblərində olduğunu zənn etdilər. Yekun nəticə göz qabağındadı.

Vaylo – baş məşqçini “yandıran” fiqur
Heyətdə 3 legioner ola-ola, daha yeddisinin keçidinə nail olan baş məşqçinin bu baxımdan ciddi problemlə üzləşəcəyi gözlənilirdi. Deyək ki, Filyo oynamayacaqdı və bu əvvəldən bilinirdi. Qalan doqquzunun arasından hər matçda altısının əsas heyətdə yer alması digər üçünün ehtiyatda qalması anlamına gəlirdi. Həmin “3-lüy”ü müəyyənləşdirmək isə Elxan Abdullayev üçün asan olmayacaqdı. Yenilər oynamaq üçün gəlib, köhnələrdən Boban Baykoviçlə Edson Kastilyo “köhnə qvardiya”dan üzüağ çıxanlar arasında idi. Edsonun zədələnməsi baş məşqçi üçün göydəndüşmə oldu. Hüqo Barqası da “hazır deyil” deyib yanında oturtdu. Yerdə qalan bir “qurban” isə Baykoviç seçildi. Layiqli əvəzləyicisi olmayan Baykoviç. İstedadını indiyə kimi görmədiyimiz Maksim Vaylonun qapıda durması və bir çox kobud səhvlərlə yadda qalması istər-istəməz futbolçuların da əhvalını pozur. 90 dəqiqə meydanda can qoyanlar sonda qapıçının uşaq səhvi ucbatından məyus olursa, əlavə şərhə ehtiyac qalmır. Sadəcə, etik qaydalara riayət edib baş məşqçiyə etiraz edə bilmirlər. Lakin istənilən halda, “Neftçi”nin qapısını qorumaq Vaylonun başı üçün deyil. Niyə oynayır, meneceri AFFA-nın hansı rəsmisidi? Bu artıq başqa söhbətin mövzusudu. Dağıstanlı Şahruddin Məhəmmədəliyev yığmaya dəvət ala bilirsə, ukraynalı Maksim niyə oynamasın?

Yenə başqasının payına sevinəcəklər?
Bu və başqa səbəbləri Elxan Abdullayev bizdən də yaxşı bilir. Öz istəyi ilə alınan futbolçulardı. Ona görə də zəhmət çəkib çıxış yolunu tapmalıdı. İndi ki “bu futbolçularla uzağa getmək mümkün deyil” deyə bilmir. Bir məqam dəqiqdi ki, bu gedişlə “Neftçi”nin işi çətin olacaq. İndi də “İnter”ə avrokuboklar üçün lisenziya verilməyəcəyi deyilir. Çünki klubun sponsoru və bank təminatı yoxdu. Eynilə ötən mövsüm olduğu kimi. Belədə “ağ-qaralar” 5-ci yerlə də Avroliqaya vəsiqə qazana biləcək. Deyəsən, hər şey buna hesablanıb axı. Amma klubun 80 illiyində mövsümü titulsuz başa vurmaq normal qəbul olunacaqmı? Bax, əsas sual budu...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar