05 dek 12:59liqa

Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq”

Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq”
“Qəbələ” – “Zirə” matçında qonaqların heyətində ən fəallardan biri də Sadio Tounkara idi. Malili yarımmüdafiəçinin iki zərbəsi təhlükəli alınsa da, Bezotosnı inamlı oynayaraq topun qapı xəttini keçməsinə imkan vermədi. Ümumiyyətlə, Sadio artıq bir neçə turdu ki, adını tabloya yazdırmağa yaxın olsa da, bəxt üzünə gülmür. Duman səbəbindən Qəbələdə iki gün keçirilən qarşılaşmadan sonra malili yarımmüdafiəçi ilə həm oyun, həm də bizi maraqlandıran başqa suallar ətrafında söhbətləşdik.
- Bu matçda rəqibdən üstün təsir bağışlasaz da, qələbə qazana bilmədiz. Hətta son yarımsaatı azlıqda keçirdiyinizdən uduzmaq ehtimalınız da var idi. Qəbələdən bir xalla dönməyinizdən razı qaldın?
- Razı qaldığımı deməzdim. Çünki dünən oyunu tam keçirə bilsəydik, qələbə ehtimalımız daha yüksək olardı. Dünən bu günə nisbətən qol imkanlarımız daha çox oldu. Düşünürəm ki, oyun təxirə salınmasaydı, qələbə qazanmaq şansımız var idi.
- Turnir cədvəlinə baxanda "Qəbələ" favorit görünürdü və "Zirə"yə qarşı evdə oynayırdı. Amma deyirsən ki, qələbə istəyirdik. Necə olur ki, "Zirə" turnir cədvəlində aşağı pillədədi, amma oyun baxımından rəqibi üstələyir?
- Göstərdiyimiz oyunla turnir cədvəlindəki mövqeyimiz heç də uzlaşmır. Çünki həqiqətən də daha yüksək pillələrdə olmağa layiqik. Yuxarı pilləyə yüksəlmək üçün bura qələbə dalınca gəlmişdik. Təəssüf ki, istədiyimizə nail ola bilmədik. Halbuki bunun üçün münbit şərait var idi.
- Səncə, “Zirə” hazırda sərgilədiyi oyunla turnir cədvəlində hansı pillədə olmalıdı?
- Çox düşünmədən ilk "4-lük”də olmalı olduğumuzu bildirməliyəm. Özünüz də görürsüz ki, son turlarda komanda rəqiblərdən daha yaxşı təsir bağışlayır. Sadəcə, bəzən son nöqtəni qoya bilmirik. Elə matçlar olub ki, qələbə qazanmağa borclu olduğumuz halda, meydanı, ümumiyyətlə, xalsız tərk etmişik.
- Qış fasiləsi bu hədəfə çatmaq baxımından nə dərəcədə faydalı olacaq? Komandanızda baş məşqçi dəyişikliyi də olub. Samir Abasovun öz dəsti-xətti hiss olunur...
- Nümayiş etdirdiyimiz oyun onu göstərir ki, buna nail ola bilərik. Təbii ki, qış fasiləsindən sonra çempionat daha maraqlı olacaq. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq. Bunun üçün maksimum səy göstərmək, sona qədər mübarizə aparmaq və əvvəlki turlarda yol verdiyimiz səhvləri təkrarlamamaq lazımdı.
- Bəs öz çıxışın barədə nə deyə bilərsən? Komandaya xeyir verə bilirsən?
- Mən və bütün komanda yoldaşlarım əlimizdən gələni edirik ki, “Zirə” üçün faydalı olaq. Düşünürəm ki, bizdə çatışmayan yeganə cəhət qol vurmaqdı. Bunun üzərində işləyib, gələcəkdə uğur qazana bilərik.
- Qış fasiləsi ərəfəsində, sonuncu turda "Qarabağ"la qarşılaşacaqsız. Son ölkə çempionundan xal almaq nə dərəcə realdı? Nəzərə alsaq ki, rəqib hazırda enişdədi...
- Hansısa rəqibin enişdə və ya yüksəlişdə olması barədə düşünmürük. Bizə hər şeydən çox öz oyunumuz maraqlıdı. İlin son çempionat matçında layiqli oyun nümayiş etdirib qələbə qazanmağa çalışacağıq.
- "Zirə" ölkə kubokunun 1/4 finalında böyük ehtimalla "Səbail"lə qarşılaşacaq. Kubokda mübarizə haqda nə düşünürsən? Kubokun yaz mərhələsinə vəsiqə qazana bilərsiz?
- Biz bunu da dəyərləndirməyə çalışacağıq. Gələcəyə nikbin baxmaq lazımdı. Ya kubok, ya da premyer-liqa - görək hansında uğur qazanacağıq.
- Komanda yoldaşın Adrian Slarlatake meydanda yerli futbolçularla əsasən Azərbaycan dilində danışır. Sən isə neçə ildi Azərbaycandasan, hələ də dilimizi bilmirsən. Azərbaycan dilini öyrənmək barədə düşünmüsən?
- Azərbaycan dilində səslənən fikirlərin əksəriyyətini başa düşürəm. Ancaq mənə elə gəlir ki, bu dildə danışsam, fikrimi tam ifadə edə bilməyəcəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar