05 dek 12:51liqa, reportaj

Tərlan Əhmədov hamıdan narazı qalıb

Tərlan Əhmədov hamıdan narazı qalıb
Qurban Qurbanov: “Hər oyuna maksimum nəticə qazanmaq üçün çıxmalıyıq”
Adəti üzrə oyunsonrası mətbuat konfransına əvvəlcə qonaq komandanın - "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov təşrif buyurdu. O, darmadağına belə şərh verdi: "Belə nəticədən sonra fikir bidlirmək çətindi. Ancaq görüləsi iş həddən artıq çoxdu. Nəticələrə görə suallar çoxdu. Hər hissənin əvvəlində erkən qollar buraxdıq. 8 dəqiqəyə qapımızda 3 qol gördük. Ola bilməz ki, bir komanda bu qədər uğursuz çıxış etsin. Bəzi futbolçularda fərdi ustalıq səviyyəsi aşağıdı. Yeni futbolçular cəlb olunmalıdı. Hər oyunda müdafiə xəttinin səhvləri nəticəsində buraxdığımız qollar məni narahat edir. Zaman yoxdu, görüləsi işlər isə çoxdu. "Qarabağ"la açıq futbol planımızda yox idi. İkinci hissədə daha diqqətli, aqressiv olmalıydıq. İndi açıq futbol anlayışı yoxdu. 5 dəqiqədə 3 qol - nə başa verdi, anlamadım. Bu gün nəinki Davuddan, heç kimdən razı qalmadım. O, Kamran Ağayevin yoxluğunda ikinci qapıçımızdı. Kərimi 6-7 aydı oyun praktikası sarıdan korluq çəkir. Üçüncü qapıçımız Şahin Zəkiyev isə gənc, təcrübəsizdi. Məcburiyyətdən Davudu qapıya qoymalı oluruq. Ümid edirdik ki, Kamran bu oyuna çıxacaq. Ancaq hələ hazır deyil. Ola bilər ki, növbəti qarşılaşmalara - kuboka və ya son tura hazır olsun. Canağrısı ondadı, bizdə deyil”.
Qurban Qurbanovla sual-cavab isə bir qədər uzun çəkdi. Təcrübəli mütəxəssis ilk növbədə oyun haqda ümumi fikirlərini çatdırdı:
- Komandamı tərbik edirəm. Vacib 3 xal qazandıq. Bir komandaya bu qədər qol vurmaq asan deyil. Tərlan Əhmədovun gəlişindən sonra "Keşlə"nin oyununda yaxşılığa doğru dəyişikliklər var. İlk hissədə çox yaxşı imkanlarımız oldu. Ancaq istifadə edə bilmədik. Oyuna aqressiv başlamışdıq. Ancaq rahat qol buraxdıq. Qapımızda bir real qol vəziyyəti oldu, bu da qolla nəticələndi. İstənilən komanda istənilən rəqibə 3-4 qol vura bilər. Bu, bizdə alındı. Belə hesabın komandaya faydası olar.
- Bu qələbə "Sportinq"ə məğlubiyyətdən sonra bir az toparlanmağa imkan verir? Yəni həmin məğlubiyyətin əvəzini çıxdığınızı demək olar?
- Düşünmürəm ki, bu, əvəz olsun. Həmişə çempionatla Avroliqaya fərqli yanamışam. Həmişə çalışıram ki, ilk növbədə yaxşı oyun göstərək, sonra nəticə qazanaq. Həqiqətən çox ağır məğlubiyyət olmuşdu. Nə qədər desək də, həmin məğlubiyyət yaddan çıxmayıb. Meydana 1:6-nın əvəzini çıxmaq üçün yox, qələbə haqda düşünərək çıxmışdıq.
- Bu iki nəticə liqalar arasında uçurumdan xəbər verir, yoxsa sadəcə, sizdə bu gün alındı?
- Uçurum deməzdim. Amma həqiqətən liqalar arasında fərq böyükdü. "Sportinq" hər il qrupda oynayan, təcrübəsi böyük olan komandadı. Çox fərq var deyə fərqləndirmək istəməzdim. Hamımız bir-birimizə hörmətlə yanaşmalıyıq. Bizim çempionatla Portuqaliya çempionatı arasında fərq böyükdü. Həmin gün qapımıza vurulan bütün zərbələr qolla nəticələndi.
- Oyunun bir gün sonraya keçirilməsi püşkatmayla bağlı idi, yoxsa komandanın yorğunluğuyla?
- Sırf püşkatmayla."Keşlə"nin prezidenti Zaur Axundova zəng edib xahiş etdim ki, baş məşqçi Tərlan Əhmədovla məsləhətləşərək oyunu 1 gün sonraya keçirək. Sağ olsunlar, hörmətlə yanaşdılar, təşəkkür edirəm.
- Püşkatmada AFFA prezidenti Rövnəq Abdullayevlə futbolumuzdakı son durum müzakirə olundumu?
- Buna o qədər də çox vaxt olmadı. Çnüki AÇ-2020-ni qəbul edən ölkələrdən biri olduğumuza görə görüşləri vardı. Ancaq Rövnəq müəllimlə püşkatmadan əvvəl ümumi söhbətimiz oldu. Futboldan danışdıq, başqa bir şey müzakirə mövzusu ola bilməzdi.
- AÇ-2020-də minimum hədəf neçə xal toplamaq olacaq?
- Bu gün səhər gəlmişəm. Nə qədər desək də, tanış ölkələrdi, futbol Avropada çox sürətlə inkişaf edir. Rəqiblərimizlə daha yaxından maraqlanmalı, çox məlumat toplamalıyıq. Sabit nəticə vermək üçün öz oyununu yaxşılaşdırmalısan. Rəqiblərlə yaxından tanış olandan sonra daha çox fikir bildirə bilərəm. Ancaq hər oyuna maksimum nəticə qazanmaq üçün çıxmalıyıq. Hər bir qələbə bizə faydalıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar