05 dek 12:49liqa, reportaj

“Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı

“Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı
52. Qarabağ (Ağdam) – Keşlə 5:1 (1:1)
13. Vaqner da Silva – 5,0
25. Ansi Aqolli – 5,0
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
(4. Rahil Məmmədov, 75) - 4,5
5. Maksim Medvedev – 5,5
2. Qara Qarayev – 5,5
8. Miçel – 5,5
(6. Simeon Slavçev, 70) - 4,5
17. Abdulla Zubir – 5,5
(9. Araz Abdullayev, 81) - qiymətsiz
19. Filip Ozobiç – 6,0
10. Dani Kintana – 5,5
11. Mahir Mədətov – 7,0
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
12. Şahruddin Məhəmmədəliyev
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
28. Con Delarj
30. Abbas Hüseynov
77. Vild-Donald Gerye
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov

30. Davud Kərimi – 3,0
33. Tərlan Quliyev (k) – 3,5
3. Denis Silva – 3,5
93. Edvinas Girdvainis – 3,5
(17. Samir Məsimov, 86) - qiymətsiz
65. Cabir Əmirli – 3,5
80. Diallo Quydileye – 3,5
94. Seymur Əsədov – 3,5
(7. Vaqif Cavadov, 76) - qiymətsiz
4. Slavik Alxasov – 4,5
22. Nikola Mitroviç – 3,5
23. Conatan Ayite – 3,5
(14. Andre Klennon, 68) - 3,5
9. Amil Yunanov – 4,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
10. Ruslan Nəsirli
11. Bahodir Nasimov
18. Ruslan Əmircanov
21. Herve Tçami
31. Georgios Georgiadis
78. Elmir Rəhimzadə
88. Məmməd Quliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Slavik Alxasov
Qollar: M.Mədətov, 6 (1:0, Miçel). S.Alxasov, 21 (1:1, C.Ayite). F.Ozobiç, 50 (2:1). M.Mədətov, 53 (3:1, A.Aqolli). A.Zubir, 55 (4:1, M.Mədətov). M.Mədətov, 77 (5:1, Q.Qarayev).
Vərəqələr: D.Kərimi, 16 (qeyri-idman hərəkəti). T.Quliyev, 26 (qeyri-idman hərəkəti). N.Mitroviç, 58 (qeyri-idman hərəkəti). V.Cavadov, 83 (qeyri-idman hərəkəti); S.Alxasov, 85 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ALİK YUNUSOV, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
3 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı (31200 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Qarabağ”ın və millinin baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirakı səbəbindən bağlanışı bir gün yubanan tura “Tofiq Bəhramov”da yekun vuruldu. “Keşlə” ilə oyuna komandanı Qurbanovun köməkçiləri hazırlamışdı. Təcrübəli mütəxəssis yalnız matça bir neçə saat qalmış özünü düşərgəyə çatdıra bilmişdi. Bu səbəbdən “Qarabağ”ın necə görünəcəyi maraq doğururdu. Hər halda, rəqib sıradan biri yox, Tərlan Əhmədovun “Keşlə”si idi. Həmin “Keşlə” ki, oktyabrın sonunda, Əhmədovun debüt matçında ağdamlıları büdrətməyi bacarmışdı.
“Qarabağ” meydana optimal heyətlə çıxmışdı. Yalnız cəzalı Yakub Jezniçakın yoxluğu qeyd oluna bilər ki, Qurbanov müdafiənin mərkəzində tandem təşkil edən Rəşadla Bədavinin anlaşmasına bel bağlaya bilərdi.
Ağdamlılar oyuna erkən qolla başladı. 6-cı dəqiqədə Miçeldən ötürmə alan Mahir bir hərəkətlə rəqibdən yayındı və sol ayağına keçirdiyi topu qüvvətli zərbə ilə tora qovuşdurdu. “Keşlə” ara-sıra Amil Yunanovun sürəti sayəsində gerçəkləşən reydlərə bel bağlayırdı. Ancaq oyun əsasən meydanın qonaqlara aid hissəsində keçirdi. 15-ci dəqiqədə Mahir Davud Kərimi ilə təkbətək çıxsa da, ondan yayına bilmədi. Qolkiper onun önünü bağlayaraq cərimə meydançasından çıxmağa məcbur etdi, daha sonra qayda pozuntusu hesabına təhlükəni sovuşdurdu. Bununla belə, 21-ci dəqiqədə “Keşlə” gözlənilmədən hesabı bərabərləşdirdi. Rəqibin cərimə meydançasının önündə Amilin başla endirdiyi topu arxası qapıya tərəf saxlayan Ayite bir qədər soldan irəliləyən Slavikə ötürmə etdi. O isə sol ayaqla qüvvətli zərbə endirdi. Yaxın küncə ünvanlanan topu Vaqner dəf edə bilmədi. 25-ci dəqiqədə Mahirin zərbəsindən sonra az qala hesab yenidən dəyişəcəkdi. Kəriminin əlindən səkən top təhlükəli traektoriyadan sonra hədəfdən yayındı. 35-ci dəqiqədə Slavikin ideal ötürməsindən sonra Amil qapıçıyla təkbətək çıxsa da, yan xətt hakiminin şübhəli ofsayd qərarı hücumun yarımçıq qalması ilə sonlandı. Bir qədər sonra Kərimi komandasını real qoldan xilas etdi. Kintananın cinah asmasını Miçel uzaq dirəyin dibindən başla “çərçivə”yə yönəltsə də, qapıçı cəld reaksiya ilə yaxın məsafədən endirilən topu yumruqla dəf edə bildi.
“Qarabağ” ikinci hissəyə fırtına kimi başladı. 47-ci dəqiqədə müdafiədən heç cür topu çıxara bilməyən “Keşlə”nin bəxti gətirdi. Belə ki, Ozobiçin cərimə meydançasında tora atmaq istədiyi top tirə tuş gəldi. Ancaq üç dəqiqə sonraya təsadüf edən növbəti epizodda xorvat yarımmüdafiəçi istəyinə çatdı. Kintananın uzun ötürməsindən sonra Mahir hava mübarizəsinə qalxıb rəqibin diqqətini yayındırdı. Geri dönən topu Ozobiç qüvvətli zərbə ilə qapıdan keçirdi. 53-cü dəqiqədə “Qarabağ” hesabı 3:1-ə çatdırdı. Bu dəfə Aqollidən ideal ötürmə alan Mədətov topu Kəriminin başının üstündən tora atdı. Hərçənd ofsayd şübhəsi var idi. Qoldan doymayan Qurbanovun yetirmələri 55-ci dəqiqədə fərqi darmadağın həddinə çatdırdı. Yenə müdafiədəki boşluqdan sonra rəqibi azlıqda yaxalayan “Qarabağ”da bu dəfə Zubir adını tabloya yazdırdı. O, Mahirin ötürməsindən sonra Davuddan yayınıb topu qapıya göndərdi. Ancaq bu da oyunda vurulan son qol olmadı. Mahir Mədətov het-trik etməyə imkan tapdı. O, başını keçəl qırxdıran Qaranın mərkəz dairəsinin içindən başla göndərdiyi ötürməni rəqibin cərimə meydançasının həndəvərində qəbul edib qüvvətli zərbə ilə Kərimini 5-ci dəfə məyus etdi və qollarının sayını 6-ya çatdırdı. Beləliklə, Avroliqada son ümidini də “Sportinq”lə oyunda dəf etdikdən sonra diqqətini çempionata yönəldən “Qarabağ” nəhs turu darmadağınla başa vurdu.

Gözdən qaçmadı
* Paltardəyişmə otağına aparan tunelin üstündəki tribunada bir neçə azyaşlı 1 saat əvvəldən yerini tutmuşdu. Əllərində “Qarabağ”ın futbolçularının şəkilləri, ad və nömrələri yazılmış kağız var idi. Azyaşlılar isinmə hərəkəti zamanı futbolçuları səsləməklə onların fikirlərini yayındırırdı. Deyəsən, onların yeknəsək çığırtıları polis mayorunu narahat etdi və uşaqlara sakit olmağı, əyləşməyi tapşırdı.
* Oyundan əvvəl “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov komandanın baş məşqçisi Tərlan Əhmədov və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov nəyisə uzun-uzadı müzakirə etdilər.
* “Keşlə”nin ehtiyatda qalan futbolçuları isinmə prosesinə özünəməxsus üsulla rəng qatdılar. Belə ki, əllərini arxada bağlı saxlayıb topu yerə düşmədən bir-birinə ötürürdülər. Yarışmanı uduzan futbolçunun qulağı “çırtma atəşi”nə tutulurdu. Tərlan Əhmədovun yetirmələri o qədər aludə olmuşdular ki, dördüncü hakimin fitini duymurdular.
* “Keşlə”də protokolu klub rəsmisi Eldəniz Yusifov doldurmuşdu. Hər halda, sənəddə onun adı və imzası var idi. Ancaq maraqlıdı ki, sabiq həmkarımız soyadını “Yusubov” kimi göstərmişdi.
* “Qarabağ” oyundan əvvəl anlamlı jestlə diqqəti çəkdi. Futbolçularla birgə 3 əngəlli şəxs meydana əlil arabasında çıxdı. Eyni zamanda, “Qarabağ”ın futbolçuları əllərində “Əngəlsizsiniz” yazılmış plakat tutmuşdular.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar