05 dek 15:41liqa

Olaylar və qollar ilə zəngin nəhs tur

Olaylar və qollar ilə zəngin nəhs tur
Topaz premyer-liqasının 13-cü turunda gözlənilməz nəticələr qeydə alınmasa da, maraqlı görüntülərə şahidlik etmək imkanımız oldu. Yalnız bir oyunda qapılara qol vurulmasa da, qalan 3 matçdakı 10 qol turun məhsuldar olmasından xəbər verir. Turnir cədvəlində yalnız sonuncu iki pillədə mövqe dəyişikliyi oldu. Amma bombardirlərin siyahısında əməlli-başlı canlanma yarandı. Lider Baqali Dabonun susduğu turda Mirabdulla Abbasov, Marko Deviç və Mahir Mədətov qollarını sıralayıb fransız forvarda yaxınlaşdılar.
Turun ən prinsipial və səs-küy doğuran matçı Masazırda baş tutdu. Lider “Neftçi” ilə debütant “Sabah”ın qarşılaşmasının səssiz keçəcəyini düşünənlər gümanında yanıldı. Oyuna möhür vuran isə komandalar yox, baş hakim Rəhim Həsənov və qonaq fanatlar oldu. Referi üç futbolçunu meydandan qovub, “ağ-qaralar”ın qapısına penalti təyin etdi ki, Həsənovun idarəçiliyi indiyə qədər müzakirə olunur. Yeri gəlmişkən, bu oyun həm də cari mövsümdə ilk dəfə bir oyunda üç futbolçunun meydandan qovulması ilə yadda qaldı. “Forza Neftçi” azarkeşlərinin tribunada etdikləri isə sonradan hər iki klubun “bəyanat atışmasına” yol açdı. Hər halda, bütün çətinliklərə baxmayaraq, bakılılar növbəti qələbəsini qazanıb “qış çempionluğu”nu təmin etməyi bacardı.
Şənbənin digər oyununda uzun illərin dostları – Ayxan Abasovla Aftandil Hacıyev üz-üzə gəlirdi. “Kapital Bank Arena”da cari mövsümdə baş tutan ilk oyunda meydan sahiblərinin qələbəsizlik seriyasına son qoyacağı gözlənilən idi. “Sumqayıt” sonuncu qələbəsini sentyabrın 30-da qazanmış, oktyabrın 5-də həmin “Səbail”ə məğlub olmaqla uğursuzluq zolağına ayaq basmışdı. Maraqlıdı ki, ardıcıl yenilgilərə elə “Səbail”lə qarşılaşmada son qoyuldu. Bununla da “Sumqayıt” cari mövsümdə doğma şəhərdə ilk qələbəsini qazanmış oldu. “Kimyaçılar” 5-ci pillədəki “Qəbələ”yə yaxınlaşdığı halda, “dənizçilər” “Qarabağ”dan 7 xal geri qaldı.
Cari mövsümdə ilk dəfə bir oyun iki gün davam edirdi. Dünya futbolunda nadir hadisələrdən sayılan bu olayın “Qəbələ”nin xeyrinə işləyəcəyini təxmin etsək də, sonda gülən tərəf “Zirə” oldu. Ötən tur səfərdə “Keşlə” üzərində inamlı qələbə qazanan bölgə təmsilçisinin asanlıqla növbəti 3 xalını bayram edəcəyi təxmin olunsa da, Samir Abasovun “Zirə”si yenə sürpriz nəticəyə imza atmağı bacardı. Bu oyun həm də Sənan Qurbanovun Samir Abasovdan qisas alması ilə yadda qala bilərdi. Axı ilk dövrənin son turunda zirəlilər qəbələni məğlub etmişdi. Lakin yekun nəticədə Abasov Qurbanovdan 4 xal qoparmış oldu.
“Qarabağ” – “Keşlə” matçının yekun nəticəsi səbirsizliklə gözlənilirdi. “Köhlən atlar”ın qələbə qazana bilməməsi “Neftçi”ylə aradakı xal fərqinin 7-8-ə yüksəlməsinə səbəb olardı. Razılaşaq ki, əla forma yığan “ağ-qaralar”la bu qədər xal fərqini aradan qaldırmaq çətin görünərdi. İlk hissə 1:1 hesabı ilə başa çatsa da, ustalıq sözünü dedi. Mahir Mədətov 3 qol vurmaqla həm cari mövsümün, həm də “Qarabağ” formasında özünün ilk het-trikinə imza atmaqla yadda qaldı. 5:1-lə bağlı da ilklər var. Belə ki, bu, 13 turda bir komandanın 5 qol vurduğu ilk oyun idi. Üstəgəl, cari mövsümdə ilk dəfə bir görüşdə qapılara 6 qol vuruldu.
Topaz premyer-liqası
2-ci dövrə
13-cü tur
1 dekabr
Sabah – Neftçi 1:2
Sumqayıt – Səbail 1:0
3 dekabr
Qəbələ - Zirə 0:0
Qarabağ – Keşlə 5:1
1. Neftçi 13 10 2 1 26-10 32
2. Qarabağ 13 8 3 2 26-14 27
3. Səbail 13 6 2 5 16-14 20
4. Sabah 13 5 2 6 11-18 17
5. Qəbələ 13 4 4 5 17-18 16
6. Sumqayıt 13 4 2 7 13-20 14
7. Zirə 13 2 4 7 12-19 10
8. Keşlə 13 2 3 8 14-22 9
Bombardirlər: Baqali Dabo (Neftçi) – 7, Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) – 6.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda “Zirə”yə, 8-ci turda isə “Qarabağ”a texniki məğlubiyyət verilib.
Növbəti turun oyunları: 9 dekabr – Neftçi – Sumqayıt, Səbail – Qəbələ, Zirə - Qarabağ, Sabah – Keşlə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Bu gün, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Bu gün, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bu gün, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Bu gün, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Bu gün, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Bu gün, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Bu gün, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib Bütün xəbərlər
Ən çox oxunanlar