03 dek 22:07liqa, reportaj

“Əlincə savaşı”nı “Neftçi” qazandı

“Əlincə savaşı”nı “Neftçi” qazandı
Kamran Quliyev: “Bir qalmışdı Rəhim özü qapımıza qol vursun”
49. Sabah (Bakı) – Neftçi (Bakı) 1:2 (0:2)
30. Saşa Stamenkoviç – 4,5
25. Vanderson Silva – 4,5
32. Elvin Yunuszadə - 4,5
(22. Miloş Bosançiç, 42) – 4,5
13. Filip İvanoviç – 5,0
21. Novruz Məmmədov – 5,0
(27. Bəxtiyar Soltanov, 61) – 4,5
4. Tərzin Cahangirov – 5,0
33. Eltun Turabov – 5,0
11. Elgün Nəbiyev – 5,5
10. Cavid İmamverdiyev (k) – 5,0
19. Məqsəd İsayev – 5,0
97. Emil Qasımov – 4,5
(9. Marko Deviç, 46) – 5,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
5. Kərim Diniyev
6. Vadim Abdullayev
12. Zahid Mərdanov
14. Tural Qürbətov
77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Elgün Nəbiyev

1. Səlahət Ağayev – 5,5
18. Tural Axundov – 4,5
28. Slavko Braliç – 5,5
5. Anton Krivotsyuk – 5,5
26. Ömər Buludov – 5,0
93. Soni Mustivar – 6,0
8. Emin Mahmudov (k) – 5,5
9. Baqali Dabo – 5,5
17. Rəhman Hacıyev – 5,5
(77. Elvin Sərkərov, 90) – qiymətsiz
10. Dario Federiko – 5,0
(7. Namiq Ələsgərov, 73) – 5,0
22. Mirabdulla Abbasov – 5,5
(6. Qoran Paratski, 58) – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
4. Rəşad Eyyubov
11. Kvame Karikari
33. Ricat Qarayev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
95. Rəhman Daşdəmirov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Soni Mustivar
Qollar: A.Krivotsyuk, 21 (0:1, R.Hacıyev). M.Abbasov, 39 (0:2). M.Deviç, 76–p. (1:2).
Vərəqələr: T.Axundov, 10 (qeyri-idman hərəkəti). B.Dabo, 30 (qeyri-idman hərəkəti). N.Məmmədov, 35 (qeyri-idman hərəkəti). F.İvanoviç, 38 (qeyri-idman hərəkəti). S.Braliç, 45+1 (qeyri-idman hərəkəti).V.Silva, 45+2 (qeyri-idman hərəkəti). M.Deviç, 68 (hakimin qərarına etiraz). Namiq Ələsgərov, 90+1 (qeyri-idman hərəkəti) – sarı. T.Axundov, 33 (qeyri-idman hərəkəti). V.Silva, 70 (hakimi aldatmağa cəhd). B.Dabo, 84 (hakimi aldatmağa cəhd) - qırmızı (hamısı ikinci sarı).
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
1 dekabr. Masazır. Əlincə Arena. 2000 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Turun açılış oyunu olmasına baxmayaraq, qarşılaşmanın bu dərəcədə gərgin alınacağı heç kimin ağlına gəlməzdi. Meydanın bir tərəfində çempionatın debütantı idisə, digər yanda ölkənin ən köklü komandasının futbolçuları yer almışdı. Büdcə və futbolçuların gücü arasındakı fərq də öz yerində. Sadəcə, bir məqam var idi – “Sabah”ın “Əlincə”də inamlı təsir bağışlaması. Hə, bir də “tələbələr”in mövsümün ilk yarısında “ağ-qaralar”a uduzması faktı matçı müəyyən mənada gərginləşdirə bilərdi. Amma bu cür gözləmirdik.
Aradakı səviyyə fərqi artıq ilk dəqiqələrdən özünü göstərirdi. Topa sahib olan və təhlükəli hücumlar quran qonaqların hesabı erkən açmaq istəyini anlamaq çətin deyildi. Əksər oyunlarda ilk hissədə istəyinə çatan “ağ-qaralar” bu dəfə də qol vurmaqda çətinlik çəkmədi. Braliçin başla fərqlənmək istəyində azacıq dəqiqlik çatmamışdısa, Darionun qüvvətli zərbəsinin qarşısını Saşa almışdı. Amma 21-ci dəqiqədə Rəhmanın künc zərbəsindən havalandırdığı topu Anton başla tora qovuşduranda nə Saşa köməyə çatdı, nə də müdafiəçilər. Əksinə, təcrübəli qapıçı çıxışda səhvə yol verməklə yadda qaldı. “Sabah” mərkəzdən oyuna başlayan kimi İmamverdiyev tirin möhkəmliyini yoxladı və çox keçmədən Tural Axundov ikinci “sarı” ilə meydanı vaxtından əvvəl tərk etdi. Ruhdan düşməyən, əksinə, daha da fəallaşan qonaqlar ikinci qolu vurmağa nail oldu. Mirabdulla özünə qarşı kobudluğa görə təyin olunan cərimə zərbəsindən baxımlı qola imza atmaqla komanda yoldaşlarını ruhlandırdı.
Əsl savaş ikinci 45 dəqiqədə yaşandı. Futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparır, “Sabah” durmadan hücum edir, “Neftçi” isə əks-hücumlar hesabına növbəti dəfə fərqlənmək istəyirdi. 70-ci dəqiqədə Rəhim Həsənov komandaların oyunçularının sayına tarazlıq gətirdi. Baş hakim penalti istəyi ilə simulyasiya edən Vandersonu da Turalın yanına göndərdi. Və çox keçmədən qonaqların qapısına şübhəli penalti təyin etdi. Deviç özü qazandığı 11 metrlik cərimə zərbəsindən usta vuruşla “qol orucunu pozdu”. Artıq əsəblər gərilmiş,di tərəflər bir-birinə güzəşt etmək fikrində deyildi. Baş verə biləcək kütləvi insidentin qarşısını almaq istəyən Rəhim Həsənovun sarı vərəqələri “havada uçuşurdu”. Və səs-küy doğuran həmin 84-cü dəqiqə. Dabo sürətlə cərimə meydançasına daxil olur, Tərzin cərimə meydançası xaricində ona əllə müdaxilə edəndə yıxılmır, amma lazımi yerə çatanda özünü zərbə alıbmış kimi yerə atır və qarşısında ikinci “sarı”nı görür. Meydanda 19 futbolçu qalandan sonra həyəcan daha da artsa da, “Sabah”ın futbolçuları heç cür rəqibin sıx müdafiə xəttini yara bilmir.
Nəticədə “Əlincə” stadionunda bu adlı savaşı xatırladan oyunda növbəti qələbəsini qazanan bakılılar “qış çempionluğu”nu təmin edir.

Gözdən qaçmadı
* Oyunun əvvəlində “Forza Neftçi” azarkeşlərinin sayı az idi. Düşünmək olardı ki, yağışlı havaya görə böyük əksəriyyət Masazıra gəlmək istəməyib. Amma ilk hissənin ortalarında xeyli artım müşahidə olundu.
* Tural Axundov 33-cü dəqiqədə qırmızı vərəqə alarkən meydanı “Neftçi”nin ehtiyat oyunçular skamyasının qarşısından tərk etdi ki, Roberto Bordin yetirməsinə dəstək nümayiş etdirdi.
* Birinci hissənin gedişində media sektorunda gözlənilməz qonaq – Filip Ozobiç peyda oldu. “Qarabağ”ın xorvatı tək deyildi, dostları və iki xanım onunla yanaşı idi. Media sektorda əyləşmələrinə icazə verilmədiyindən, “Sabah”ın mətbuat katibi onlar üçün VİP-sektorda yer ayırdı.
* “Forza Neftçi” azarkeşləri oyunboyu rəqib qapıçı Saşa Stamenkoviçə dəstək nümayiş etdirdilər. Uzun illər “Neftçi”nin formasını geymiş qolkiperin adını çəkir, serb dilində şüarlar səsləndirirdilər. Maraqlıdı ki, futbolçular fasiləyə yollananda cəza səbəbindən oynamayan bir başqa sabiq “Neftçi”li Erik Ramosu da yada saldılar. Lakin eyni addımı vaxtilə ağ-qara formanı geymiş Cavid İmamverdiyev, Məqsəd İsayev və Elvin Yunuszadə kimi yerlilərə münasibətdə görmədik.
* Baqali Dabo qırmızı vərəqə alandan sonra meydanı tərk etmək istəmirdi. Öncə ehtiyat oyunçular skamyasına tərəf gəlib dayandı, su içdi, dördüncü hakimin meydanı “tərk etməlisən” göstərişinə məhəl qoymadı. Daha sonra asta addımlarla paltardəyişmə otağına yollanarkən geriyə dönüb baş hakimin qərarına əl çaldı. Və ən maraqlısı budu ki, oyunun qalan hissəsini dəhlizdə dayanıb izlədi.
* Oyundan sonra dəhlizdə qələbəlik idi. “Sabah”lılar məğlubiyyətin acısını yaşayır, “Neftçi”lilər isə hakimin qərarlarına etiraz edirdilər. Belə vəziyyətdə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev üzünü oyunun hakim-inspektoru Murad Məmmədova tutub bir neçə dəfə “ləkə” sözünü təkrarladı, ardınca “bir qalmışdı Rəhim özü qapımıza qol vursun” sözlərini dilinə gətirdi. Məmmədov isə videoyazıya baxılandan sonra hər şeyə aydınlıq gələcəyini söylədi.
* Matç başa çatandan sonra baş məşqçilər ənənəvi olaraq “CBC Sport”un kameraları önündə həmkarımızın suallarını cavablayarkən Elşad Əhmədov təpki ilə üzləşdi. “Forza Neftçi”nin üzvləri “Sabah”ın çalışdırıcısını adıyla çağırıb onu və komandasını “Qarabağ”a kömək etməkdə günahlandırırdı.

Reaksiyalar
Roberto Bordin: “İlk növbədə meydanda olan və olmayan futbolçularımı təbrik etmək istəyirəm. Bütün çətinliklərə baxmayaraq, son saniyəyə qədər mübarizə apardılar. İki dəfə azlıqda qalsaq da, uduzmadıq. Komandamın çıxışından çox razıyam. Səhv etmirəmsə, hakim futbolçulara 11 sarı və 3 qırmızı vərəqə göstərdi. Amma mən yenə də hər kəsdən bu oyunun təkrarına baxmağı xahiş edirəm. Bu gün mənim üçün ən vacibi komandamın oyunudu ki, bundan da razıyam. Dabonun hakimlərə əl çalması? Məncə, azarkeşlərə əl çalırdı, bəlkə də sizə. Karikari ehtiyatda oturub pul qazanmağa gəlib, yoxsa futbol oynamağa? Bu suala cavab verməyəcəm, çünki sizinki mənimlə polemikaya girməkdi. Texniki-taktiki sualınız varsa, verin, cavablayım”.
Elşad Əhmədov: “Maraqlı oyun izlədik. Futbol adına nə vardısa, hamısını gördük. Sarı və qırmızı vərəqələr, penalti, qol vəziyyətləri və 3 qol. Meydana qələbə üçün çıxmışdıq, alınmadı. İlk hissədə standart vəziyyətlər zamanı buraxdığımız səhvlərdən rəqib maksimum yararlandı. Fasilədən sonra vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. İmkanlarımız oldu, dəyərləndirə bilmədik. Fikrimcə, 1 xal qazanmalı olduğumuz oyun idi. “Neftçi”nin hücum xəttində sürətli oyunçular var. Təhlükəni də əsasən onlar yaradırdılar. Nə çatmır? Hücuma çıxanda ya dəqiq ötürmələr verə bilmirik, ya da təkbətək epizodlarda uduzuruq. Görməli olduğumuz iş çoxdu. Elşən Abdullayev zədəsini sağaldıb. Həkimlər icazə versələr, növbəti görüşdə komandaya kömək etməsi mümkündü”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar