03 dek 21:48liqa, reportaj

“Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu”

“Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu”
50. Sumqayıt – Səbail 1:0 (0:0)
1. Mehdi Cənnətov – 5,5
74. Yusif Nəbiyev – 5,0
3. Vurğun Hüseynov (k) – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
2. Rail Məlikov – 5,0
97. Xəyal Nəcəfov – 5,0
99. Əli Babayev – 4,5
7. Cavid Tağıyev – 5,0
(17. Nicat Qurbanov, 90+1) – qiymətsiz
10. Aleksey İsayev – 5,0
(70. Ülvi İsgəndərov, 86) – qiymətsiz
22. Əfran İsmayılov – 5,0
11. Atilla Yıldırım - 6,0
(21. Arif Daşdəmirov, 84) – qiymətsiz
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
18. Süleyman Əhmədov
20. Rüfət Abdullazadə
44. Qvanzav Maqomedov
77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Atilla Yıldırım

1. Emil Balayev – 4,0
13. Şəhriyar Rəhimov (k) – 5,0
99. Maudo Jarjue – 5,0
4. Enrike Perilyo – 5,0
26. Kamal Qurbanov – 4,5
27. Emil Martinov – 4,5
(17. Elçin Rəhimli, 90+2) – qiymətsiz
70. Ürfan İsmayılov – 4,0
(88. Orxan Qurbanlı, 75) – 4,5
11. Ruslan Qurbanov – 5,0
8. Yevgeni Koçuk – 5,5
7. Fəhmin Muradbəyli – 4,5
(18. Aqşin Qurbanlı, 70) – 4,5
28. Kevin Kubemba – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
77. Ədilxan Qarəhmədov
96. Murad Məmmədov
40. Ramil Orucov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qol: A.Yıldırım, 59.
Vərəqələr: Ü.İsmayılov, 37 (qeyri-idman hərəkəti). E.Perilyo, 45 (qeyri-idman hərəkəti). Ə.İsmayılov, 48 (qeyri-idan hərəkəti). M.Cənnətov, 80 (oyunun bərpasını ləngitmək). X.Nəcəfov, 81 (oyunun bərpasını ləngitmək). N.Qurbanov, 90+5 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
1 dekabr. Sumqayıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
“Sumqayıt” uzun fasilədən sonra doğma meydana döndü. “Kimyaçılar” “Kapital Bank Arena”da cari mövsümdə ilk oyununu keçirdi. Süni örtüyü təbii ilə əvəzlənən stadionun qazonu göz oxşayırdı. Hərçənd tribunadakı vəziyyətlə bağlı eyni sözləri demək olmaz. “Gənclik şəhəri” təmsilçisinin “doğma divarlar” arasında keçirdiyi qarşılaşma zamanı boş yerin olmayacağını düşünürdük. Ancaq belə deyildi. Futbol fanatı üçün əlverişsiz hava şəraiti də bəhanə ola bilməz.
Oyuna gəlincə, qarşılaşma o qədər də baxımlı alınmadı. Xüsusən birinci hissə. Halbuki 5-ci dəqiqədə hakim “Səbail”in qapısına penalti təyin etsəydi, çox güman, fərqli ssenarinin şahidi olacaqdıq. Alekseyin zərbəsindən sonra Ürfan topa əllə toxunsa da, FİFA referisi “nöqtə”ni göstərmədi. Epizod penalti idi. 10-cu dəqiqədə isə Koçukun qapı önünə asması zamanı Perilyo əlverişli vəziyyətdə olsa belə, başla topu tora sancmağı bacarmadı. Enrikenin o qədər də təhlükəli alınmayan zərbəsini Mehdi çətinlik çəkmədən zərərsizləşdirdi. Vəssalam, ilk yarıda başqa yaddaqalan epizod olmadı. Mübarizə əsasən meydanın mərkəzində gedir, hansısa tərəf xüsusi istək ortaya qoymurdu.
Əslində ikinci yarıda da təhlükəli vəziyyətlərin sayı çox olmadı. Bununla belə, ilk yarı ilə müqayisədə futbolçular daha hərəkətli idi, tribunaya toplaşan azarkeşlər ara-sıra maraqlı mübarizəyə şahidlik edirdi. 50-ci dəqiqədə Fəhminin fürsəti qaçırdığını, daha doğrusu, Cənnətovun yaxşı oynadığını qeyd edə bilərik. Nəhayət, 59-cu dəqiqədə “atəşkəs pozuldu”. Əfran pressinq edib Ürfandan topu aldı və onu Cavidə ötürdü. Sonuncu isə Atillanı zərbə mövqeyinə çıxarmaq istəsə də, Emil “kürə”yə daha tez çatdı. Anca nə faydası?! Balayev kobud səhvə yol verərək topu əlindən buraxdı və Yıldırım boş qapını nişan almaqda çətinlik çəkmədi. Qalan dəqiqələrdə Railin başla zərbəsi, ardınca Cavidin vuruşu yaddaqalan alındı. 82-ci dəqiqədə isə Kubembanın qapıya ünvanladığı top Railə dəyib istiqamətini dəyişdi və Cənnətov onu ələ keçirdi. “Səbail”lilərin penalti tələbi əsasssız idi, “kürə” Məlikovun əlinə yox, qarnına dəymişdi. Son dəqiqələrdə “kimyaçılar” daha çox vaxtı “öldürməyə” çalışırdı ki, nəticədə 3 futbolçu oyunun bərpasını ləngitdiyinə görə “sarı” aldı. Bununla belə, “Sumqayıt” qələbə hesabını qoruya bildi. Bu isə “doğma divarlar” arasında, eləcə də Ayxan Abbasovun rəhbərliyi altında qazanılan ilk 3 xal idi.
FARİZ

Reaksiyalar
Ayxan Abbasov: “Əvvəlcə iki məqama toxunmaq istəyirəm. Rahid Əmirquliyevə anasının vəfatına görə başsağlığı verirəm. İnsan həyatda bir çox şeylərə nail ola, arzuladıqlarını qazana bilər. Təəsüüf ki, itkilərin yerini doldurmaq mümkün deyil. Əmirquliyevə səbr diləyir, Allah rəhmət etsin deyirəm. İkinci məqam isə sumqayıtlı azarkeşlərlə bağlıdı. "Sumqayıt" tərəfdarını uzun fasilədən sonra böyük futbolun bu şəhərə qayıtması münasibətilə təbrik edirəm. Oyuna gəlincə, bilirdik ki, çətin olacaq. Rəqib müdafiədə sıx oyunu ilə seçilir. Keçən turda da yaxşı oynadıq. Bu gün futbolçularımdan ən çox tələbim qələbə qazanmaq idi. Çünki 3 xal bizə çox vacib idi. Qələbə qazanmadıqca futbolçularda psixoloji durum ürəkaçan olmur, pisixoloji basqı ilə üzləşirlər. Kollektivə özünəəminliyi, inamı qaytarmaq üçün 3 xal çox lazım idi. Bilirik ki, qarşıda bizi çətin qrafik gözləyir. İnşallah, bundan uğurla çıxarıq. Bu gün oyuna 4 müdafiəçi ilə başladıq. Rəqibə görə taktiki sxemi dəyişəcəyik. Əsasən bu gün hücum xəttində çoxalmaq istəyirdik. Atilla sırf hücumçu kimi çıxış edirdisə, Əfran, Aleksey və Cavid də irəlidə fəal təsir bağışlayırdıdılar. Ön xətt oyunçularından tələbimiz bu idi ki, təkbətək mübarizələrdən qalib ayrılaq. "Sumqayıt" çoxdan 5 müdafiəçi ilə oynayır. Ancaq getdikcə futbolçularda inam yaranır ki, başqa taktiki sxemlə də oynaya bilərik. Növbəti oyunlarda dəyişiklik ola bilər. Futbolçular da başa düşməlidi ki, daim eyni taktikadan istifadə olunmayacaq, Taktiki yöndə müxtəlif variantlara güvənəcəyik. Hamı da buna hazır olmalıdı”.
Aftandil Hacıyev: “Əvvəlcə "Sumqayıt"ı həm qələbə, həm doğma arenada yeni istifadəyə verilmiş örtük münasibətilə təbrik edırəm. Bu meydanın təbii ota keçməsi futbolumuza faydalı olacaq. Çox istərdim ki, bizdə də gələcəkdə belə olsun. İtkilərimiz vardı. Kapitanımız Rahid Əmirquliyevin ailəsindəki itkinin üzüntüsü bizə təsir etdi. Maraqlı matç alındı. Futbolçularımız əllərindən gələni etdilər. Nəticədən razı qalmasam da, oyunçuların istəyindən razı qaldım. Ən azı hiss olunurdu ki, uduzmaq istəmirik. "Sumqayıt"ın yeni baş məşqçisinə uğurlar arzulayıram... Müəyyən səbəblər vardı ki, komandanın ab-havasına təsir etdi. Bəlkə də sizə kənardan elə görünə bilər ki, futbolçular meydanda istəksiz idilər. Bu sizin şəxsi fikrinizdi və buna hörmətlə yanaşıram. Ancaq qeyd etdiyim kimi, baş məşqçi olaraq, onların istəkli olmasından razı qaldım. Meydanda necə əzmlə mübarizə apardıqlarını gördüm və oyuna yanaşmalarından razı qaldım. Ancaq fərdi səhvlər buraxdıq və bunları minimuma endirmək lazımdı. Qolda səhvi olan Emin Balayevə paltardəyişmə otağında heç nə demədim. Futbolda belə səhvlər olur və heç kim bundan “sığortalanmayıb”. Onu da nəzərə alın ki, təbii örütüklə süni arasında böyük fərq var. Sünidə top başqa, təbii qazonda isə başqa sürətlə hərəkət edir. Bizim komanda süni meydanda məşq edir. Balayev də topa toxunarkən bunu nəzərə almadı”.

Gözdən qaçmadı...
* Oyundan öncə meydanın mərkəz dairəsində “Sumqayıt”ın 5 bayrağı dalğalandırıldı. Azarkeşlərin əlində isə ağ və qırmızı şarlar diqqəti çəkdi. Bundan başqa, hakimlər və futbolçular meydana fiziki qüsurlu futbolçuların əlindən tutaraq çıxmışdı. Ənənəvi salmalaşmadan öncə meydan sahibləri havaya göyərçin də buraxdılar.
* Qarşılaşmanın start fitindən əvvəl birdəqiqəlik sükut elan edildi. Bu, “Səbail”in kapitanı Rahid Əmirquliyevin anasının vəfatı ilə bağlı idi.
* “Neftçi”nin prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanov Masazırdakı qarşılaşmadan sonra “Kapital Bank Arena”ya, sabiq klublarının – “Sumqayıt”ın oyununa baxmağa gəlmişdilər.
* Hər nə qədər ilk yarıda baxımlı oyun getməsə belə, komandalar paltardəyişmə otağına yollanarkən, sumqayıtlı azarkeşlər sevimlilərini dəstəklədilər. Atilla isə onların önünə çatanda fanatları daha güclü dəstəyə çağırdı.
* Matç başa çatandan sonra "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və klubun vitse-prezidenti Vaqif Ömərov paltardəyişmə otağına daxil olub kollektivi təbrik etdi. Onların təbrikindən sonra meydan sahiblərinin futbolçularının alqış səslərini 50 metrdən də eşitmək mümkün idi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar