03 dek 21:25liqa

Qəbələ dumana “təslim oldu”

Qəbələ dumana “təslim oldu”
Oyun bu gün qaldığı yerdən davam etdiriləcək
51. Qəbələ - Zirə 0:0
22. Dmitri Bezotosnı
33. Təmkin Xəlilzadə
3. Voislav Stankoviç
27. Bəhlul Mustafazadə
34. Ürfan Abbasov
4. Elvin Camalov
88. Sabien Lilay
11. Asif Məmmədov
14. Cavid Hüseynov (k)
21. Lalavele Atakora
28. Stiven-Jozef Monroz
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
35. Murad Popov
2. Amin Seydiyev
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
8. Qismət Alıyev
10. Rauf Əliyev
26. Faiq Hacıyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
1. Anar Nəzirov (k)
88. Tellur Mütəllimov
26. Miloş Radivoyeviç
27. Adrian Skarlatake
2. İlkin Qırtımov
38. İlkin Muradov
8. Kamal Mirzəyev
9. Aleksandr Dedov
10. Sadio Tounkara
7. Pərdis Fərcad-Azad
91. Bilal Həmdi
Ehtiyat oyunçular
85. Kamal Bayramov
11. Dilan Duventru
17. Vüsal İsgəndərli
39. Sadiq Quliyev
47. Əmrah Bayramov
17. Mirsahib Abbasov
3. Budaq Nəsirov
Baş məşqçi: Samir Abasov
Vərəqələr: P.Fərcad-Azad, 15 (qeyri-idman hərkəti). İ.Muradov, 39 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 47 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
2 dekabr. Qəbələ. Şəhər stadionu.
Birinci hissəyə 1 dəqiqə əlavə olunub.
İsinmə hərəkətləri üçün komandaların meydana çıxdığı ərəfədə stadionun üstünü artıq qatı duman almışdı. Futbolçular məşqçilərin tapşırıqlarını yerinə yetirib, əzələlərini isitdiyi vaxt istər tribunalara toplaşan azarkeşləri, istər klub rəsmilərini, istərsə də başqa qonaqları bir sual düşündürürdü: oyun baş tutacaq, yoxsa təxirə salınacaq? Son ana qədər heç kim bu suala doğru-dürst cavab verə bilmir, arenada qeyri-müəyyənlik hökm sürürdü. Ancaq bu nigarançılıq uzun sürmədi. Saat 5-in tamamına dəqiqələr qalmış hər şey qaydasına düşdü və matçın baş tutacağı dəqiqləşdi. Amma...
Oyuna daha fəal başlayan qonaqlar ilk 15 dəqiqədə meydan sahiblərini öz qapısına doğru sıxışdırdı ki, bu da bir qədər gözlənilməz oldu. Samir Abasov Qəbələdə meydana Vüsal İsgəndərli istisna olmaqla, “Sumqayıt”la görüşdə güvəndiyi heyəti buraxmışdı. 12-ci turda olduğu kimi “qartallar”ın əksər-hücumları Həmdinin yerd aldığı sağ cinahdan qurulurdu. Fransız legioner sürəti və texnikası hesabına Təmkinlə Voislava çətin anlar yaşatsa da, qapı önünə istənilən səviyyədə ötürmə verə bilmirdi. 3-cü dəqiqədə onun cərimə meydançasına asması zamanı top traektoriyasını dəyişdi və tirə dəyərək meydanı tərk etdi. 10-cu dəqiqədə isə vingerin fərqlənməsinə heç kim mane olmasa da, yaxın məsafədən başla topu “çərçivə” yə göndərə bilmədi. Bir qədər sonra Bezotosnı komandasını real qoldan xilas edərək, azarkeşlərin alqışını qazandı. Ukraynalı qolkiper Tounkaranın təxminən 25 metrdən “9-luğ”a gedən zərbəsini barmaqlarının ucu ilə kornerə çıxarmağı bacardı. Qonaqların ilk hücum dalğasının qarşısını alan meydan sahibləri, nəhayət, özünə gəlməyi bacardı və oyunu bərabərləşdirdi. Adeniyinin cəza səbəbindən yoxluğunda meydanda istədiyi ötürmələri ala bilməyən Jozef-Monroz çox çalışsa da, “qartallar”ın qapısına yaxın düşə bilmirdi. Belədə ümid qalırdı Təmkinin sol cinahdan qapı önünə asma və ötürmələrinə. Lakin Xəlilzadənin də oyunu alınmırdı. Görünür, qonaqların baş məşqçisi “qırmızı-qaralar”ı təhlil edərkən bu məqamı nəzərə alımışdı və yetirmələrinə müdafiəçiyə qarşı diqqətli olmağı tapşırmışdı. Buna görə də top hər dəfə Təmkinə düşəndə, Qırtımov ona göz açmağa imkan vermirdi. Şimallıların irəlidə oyunu heç cür alınmırdı. Topa nəzarətdə üstünlük Sənan bəyin yetirmələrində olsa da, meydan sahibləri bundan yararlana bilmirdi. Qonaqların əks-hücumları isə təhlükəli alınırdı. İlk yarının sonlarına yaxın Dedov diqqət mərkəzinə düşdü. Moldovalı yarımmüdafiəçi cərimə meydançasının kənarından iti bucaq altında uzaq küncü nişan alsa da, Bezotosnı bu dəfə də ustalığını nümayiş etdirərək topun qapı xəttini keçməsinə imkan vermədi. Bu həm də ilk yarıda yaddaqalan son qol vəziyyəti oldu.
Fasilədən sonra meydan sahibləri bir qədər fəallaşsalar da, qol vəziyyəti onların qapısı önündə yaşandı. Tounkaranın tirin altına gedən zərbəsini Bezotosnı zərərsizləşdirməyi bacardı. 57-ci dəqiqədə isə matç 15 dəqiqəlik dayandırldı. Buna səbəb qatı dumanın yenidən meydanda görüntünü minimuma endirməsi oldu…
Təxminən yarımsaatlıq aradan sonra hər iki komandanın rəsmilərinə və stadiona toplaşan azarkeşlərə matçın sabah (bu gün) keçiriləcəyi haqda anons verildi. Bundan sonra həm meydan sahiblərinin, həm də qonaqların rəsmilərinin iştirakı ilə iclas keçirildi. Toplantıda çıxış edən AFFA nümayəndəsi Namiq Məstanov əvvəlcə görüşün dekabrın 3-ü, saat 14.00-da qaldığı yerdən davam etdiriləcəyini bildirdi. Oyunu canlı yayınlayan “CBC Sport”un bölgəyə ezam olunan nümayəndə heyətinin rəhbəri telekanalın Bakıdakı rəhbərliyi ilə əlaqə saxladıqdan sonra Məstanova həmin saatda matçın yayını ilə bağlı problemin ortaya çıxacağını söylədi və fikrini də belə əsaslandırdı ki, həmin vaxt başqa veriliş efirə gedəcək ki, onun vaxtını dəyişmək qeyri-mümkündü. Telekanal nümayəndəsinin fikirlərini dinlədikdən sonra bu dəfə AFFA nümayəndəsi iclas zalını tərk edərək, telefonla PFL rəhbərliyi ilə əlaqə saxladı. Onu da qeyd edək ki, Namiq bəyin danışarkən çox əsəbləşdiyini, telefonun o başındakı şəxsə ciddi-cəhdlə nəyisə izah etdiyini görmək çətin deyildi. Təxminən 20 dəqiqəlik fasilədən sonra iclasda iştirak edən şəxslərdən yenidən konfrans salonuna təşrif buyurmalarını istədilər. Bu dəfə müzakirələr uzanmadı və 10 dəqiqədən sonra artıq matçın bu gün saat 13.00-da qaldığı yerdən davam etdiriləcəyi ilə bağlı qərar qəbul olundu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar