02 dek 17:23liqa

Üçgünlük tur “qış çempionu”nu müəyyənləşdirə bilər

Üçgünlük tur “qış çempionu”nu müəyyənləşdirə bilər
Bu gün Topaz premyer-liqasında növbəti – 13-cü tur start götürəcək. Qış fasiləsi ərəfəsində sonuncudan əvvəlki tur üç günə sığacaq. Halbuki oyunlar həftəsonuna təyin olunmuşdu. Ancaq oyun cədvəlində dəyişiklik edilib və “Qarabağ”ın “Keşlə” ilə görüşünün vaxtı dəyişdirilib. Bu, Ağdam təmsilçisinin PFL-ə müraciəti və bakılıların razılıq məktubu əsasında gerçəkləşib. Beləliklə, qurum “Qarabağ”ın ev oyununun dekabrın 2-də yox, 3-də keçirilməsinə qərar verib. Qarşılaşma bazar ertəsi saat 19.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Dəyişikliyin səbəbi “Qarabağ”ın və millinin baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmaq istəyidi.
Onu da əlavə edək ki, bazar ertəsinə sürüşdürülən matç da daxil olmaqla, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
2-ci dövrə, 13-cü tur
1 dekabr
49. Sabah – Neftçi
Hakimlər: RƏHİM HƏSƏNOV, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər qarşılaşmayıblar.
Cəzalı: Erik Ramos (Neftçi).
“Futbol+”in proqnozu: 30-30-40
Masazır. Əlincə Arena. Saat 16.30
“Qarabağ”ın “gözləmə mövqeyi”nə üstünlük verməsi “Neftçi”nin planlarını pozmamalıdı. Paytaxt təmsilçisi “qış fasiləsi”nə lider mövqeyində yollanmaq istəyirsə, “Sabah”la qarşılaşmanı xalsız tərk etməməlidi. Roberto Bordinin yetirmələri 1 xal qazansa, 7 ildən sonra qış çempionluğuna qovuşacaq. “Neftçi” sonuncu dəfə 2011-ci ili lider kimi başa vurub. Roberto Bordinin komandası ötən tur “Qarabağ”ın büdrəməsindən yararlanaraq, “Səbail” üzərində inamlı qələbə sayəsində liderliyini möhkəmləndirib. Çətin ki, “Neftçi” “Sabah”ın ötən turda “Qarabağ”ı büdrətməsinə görə ona “sağ ol” deyib güzəşt etsin. Əksinə, başlıca hədəf debütant səddini itkisiz adlamaqdı. Necə ki ilk dövrədə bunu bacarıb. “Ağ-qaralar” oktyabrın 5-də baş tutan ilk dueldə 2 cavabsız qolla qalib gəlmişdi. “Sabah” adlı-sanlı rəqibini Masazırda ilk dəfə “ağırlayacaq”. Onu da qeyd edək ki, “Əlincə Arena” heç də debütant üçün uğurlu məkan deyil. Komanda əvvəlki 5 ev oyunundan 3-də məğlub olub, üstəlik, bu görüşlərdən 2-si darmadağınla nəticələnib. Halbuki komanda doğma azarkeşləri önündə minimal hesablı qələbələrlə təsəlli tapıb. Beş oyunda cəmi 4 dəfə fərqlənən Elşad Əhmədovun komandası 11 dəfə topu öz qapısından çıxarmalı olub.
“Sabah” “Neftçi” ilə oyuna ciddi itki ilə çıxacaq. Erik Ramos sarı vərəqə limitini doldurub və beləliklə, sabiq komandası ilə görüşü tribunadan izləməli olacaq.
50. Sumqayıt – Səbail
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Fizuli Nəcəfov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
“Sumqayıt”ı n bu rəqiblə ev oyunlarının balansı: 2:+0=1-1, 1-2.
2017/18 – 0:0, 1:2.
Cəzalılar: Şəhriyar Əliyev (Sumqayıt), Elton Yaqublu, Tome Kitanovski (hər ikisi “Səbail”).
“Futbol+”in proqnozu: 30-35-35
Sumqayıt. Kapital Bank Arena. Saat 19.00
“Sumqayıt” uzun fasilədən sonra doğma publika önündə oyuna çıxacaq. Mövsüm ərəfəsində stadionu təmirə bağlanan, daha doğrusu, ot örtüyü yenilənən “gənclik şəhəri” təmsilçisi Nazim Süleymanovun vaxtında az qala paytaxtın bütün arenalarına üz tutmuş, rəqiblərini qonaq etmişdi. Bu mənada Ayxan Abbasovun ayağı sumqayıtlılara düşərli oldu. Komanda onun rəhbərliyi altında ilk ev oyununu məhz “Kapital Bank Arena”da keçirəcək. Təbii ki, bu məqam oyunun bayram ab-havasında keçəcəyinə dəlalət edir. Təki komanda rəhbərlik, sponsorlar və fəxri qonaqlar qarşısında məğlub olmasın, atmosfer korlanmasın. Rəqib də münasibdi. Komanda 6 oyunluq qələbəsizlik seriyasını “Səbail”lə dueldə qırmalıdı. Ayxan Abbasovla Aftandil Hacıyev dost olsalar da, birinciyə qələbə hava-su kimi lazımdı. Əks halda, “Sumqayıt”la ilk “5-lik” arasında uçurum 6-7 xala qədər böyüyə bilər. Bu isə avrokuboklara vəsiqə uğrunda iddiaya kölgə düşməsi anlamına gələcək.
Prinsipial matç ərəfəsində hər iki komandada ciddi itkilər var. “Sumqayıt” müdafiənin dayağı sayılan Şəhriyar Əliyevin xidmətindən məhrumdu. Milli üzvü sarı vərəqə cəzalısıdı. “Səbail”də isə Tome Kitanovski “Neftçi” ilə qarşılaşmanın son dəqiqələrində meydandan qovulduğuna görə İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Bundan başqa, zədə səbəbindən mövsümün ilk yarısını boşa verən kapitan Elton Yaqublu da hazır olsa belə, meydana çıxa bilməz. O, ötən oyunda meydanda olmaya-olmaya, hakimi təhqir etdiyinə görə 4 turluq diskvalifikasiyaya məruz qalıb.
2 dekabr
51. Qəbələ – Zirə
Hakimlər: VÜQAR HƏSƏNLİ, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 6:+2=4-1, 6-5.
2015/16 - 0:0, 1:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 1:1, 2:1.
Cəzalılar: Ceyms Adeniyi (Qəbələ), Adil Nağıyev (Zirə).
“Futbol+”in proqnozu: 35-35-30
Qəbələ. Şəhər stadionu. Saat 17.00
Mövsümə bərbad başlayan, ikinci dövrədə isə nisbətən özünə gələrək, iki dəfə çox xal yığan, 5 oyundan yalnız birində - “Qarabağ”a uduzan “Qəbələ” autsayderi qonaq edəcək. “Zirə” də sonuncu pillədən qurtulmağa səy göstərir. Samir Abasovun komandası səfərdən 3 xalla dönərsə, hətta 6-cı yerə yüksələ bilər. Sənan Qurbanovun komandası isə qış fasiləsinə kimi ilk “üçlüy”ə düşməyi hədəfləyib. Mövsümün ilk yarısında son ev oyununa çıxacaq “qırmızı-qaralar” öz meydanında inamlı çıxışla diqqəti çəkir. Hər halda, bölgə təmsilçisi evdə keçirdiyi 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız birində - sonuncusunda “Qarabağ”a uduzub. Sabahkı görüş “Qəbələ” ilə “Zirə” arasında 16-cı duel olacaq. Əvvəlki 15 matçda “qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. İndiyədək keçirilən 15 oyundan 13-ü premyer-liqaya, 2-si ölkə kubokuna təsadüf edib. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıb. Yəni statistikadan da göründüyü kimi, “Zirə” heç də “asan yem” deyil. Üstəlik, komandanın “sükanı arxasında” Samir Abasov dayanıb. Onun rəhbərliyi altında “Zirə” ilk dövrədə “Qəbələ”ni yenməyi bacarıb.
Həm “Qəbələ”, həm də “Zirə” sabahkı oyunda optimal heyətdən yararlana bilməyəcək. Bölgə təmsilçisi son vaxtlar yaşxı formada olan Ceyms Adeniyinin xidmətindən yararlana bilməyəcək. Nigeriyalı yarımmüdafiəçi ötən tur “Keşlə” ilə oyunda qol vurmaqla yanaşı, sarı vərəqə də almışdı ki, bu xəbərdarlıq onun “Zirə” ilə görüşü buraxmasına səbəb oldu. “Zirə”də isə müdafiəçi Adil Nağıyev sarı vərəqə cəzalısıdı.
Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Sabah – Neftçi 3.10 2.80 1.90 1.47 1.18 1.13 – – 256
Sumqayıt – Səbail – – – – – – – – 353
Qəbələ – Zirə 1.55 3.00 4.60 – 1.16 1.82 – – 757

1. Neftçi 12 9 2 1 24-9 29
2. Qarabağ 12 7 3 2 21-13 24
3. Səbail 12 6 2 4 16-13 20
4. Sabah 12 5 2 5 10-16 17
5. Qəbələ 12 4 3 5 17-18 15
6. Sumqayıt 12 3 2 7 12-20 11
7. Keşlə 12 2 3 7 13-17 9
8. Zirə 12 2 3 7 12-19 9
Bombardirlər: Baqali Dabo (Neftçi) – 7, Ceyms Adeniyi (Qəbələ) – 6, Marko Deviç (Sabah), Mirabdulla Abbasov (Neftçi), İnnosent Emeqara (Qarabağ) – 5.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar