01 dek 15:56liqa

“Sumqayıt” rəhbərliyi “Səbail”lə oyunda azarkeşlərə sürprizlər hazırlayıb

“Sumqayıt” rəhbərliyi “Səbail”lə oyunda azarkeşlərə sürprizlər hazırlayıb
Rəşad Məmmədov: “Hər iki komanda meydana fiziki cəhətdən qüsurlu uşaqlarla çıxacaq”
196 gündən sonra “Kapital Bank Arena”nın tribunaları yenidən azarkeşlərə qovuşacaq. Sonuncu dəfə ötən mövsüm, daha dəqiq desək, mayın 20-də “Sumqayıt” – “Zirə” qarşılaşmasında sumqayıtlılar sevimli komandalarına dəstək olmaq üçün arenaya üz tutmuşdular. Həmin görüşdən sonra “kimyaçılar”ın rəqibləri qəbul etdiyi stadion ot örtüyünün dəyişdirilməsi səbəbindən qapılarını futbolsevərlərin üzünə bağladı. Artıq sabah “Kapital Bank Arena”da 2018/19 “futbol ili”nin ilk qarşılaşması keçiriləcək. “Ağ-göylər” 6 aylıq fasilədən sonra “doğma yuva”sında “Səbail”i qonaq edəcək.
Yenilənmiş arenanın cari mövsümün ilk oyununa nə dərəcədə hazır olub-olmadığını, stadionda hansı yeniliklərin olacağını bilmək üçün “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq: “Bildiyiniz kimi, bu yaxınlarda klub rəhbərliyinin və baş məşqçinin azarkeşlərlə görüşü keçirilmişdi. Həmin tədbirdə azarkeşlər bir çox dəyərli təklif və istəklərini bildirmişdilər ki, onlardan biri də çempionat oyunlarının reklam və elanları ilə bağlı idi. Görüşdən dərhal sonra bu yöndə işə başladıq. Klub prezidentinin göstərişi ilə şəhərdaxili marşrutların bəzilərində, daha dəqiq desəm, yerli sakinlərin daha çox istifadə etdiyi 7, 7A və 10 nömrəli avtobuslarda “Səbail”lə qarşılaşmanın promosu yerləşdirildi. Promo 1 saat ərzində 5 dəfə təkrar olunur. Bundan başqa, həmişəki kimi şəhərin mərkəzində və başqa ərazilərdə afişalar asılıb. Bildiyim qədər şəhərdə oyuna çox böyük maraq var və şənbə günü yenilənmiş “Kapital Bank Arena”nın tribunalarında anşlaq olacaq”.
Rəşad bəy bizimlə söhbətdə azarkeşlər üçün bəzi sürprizlərin də hazırlandığını bildirdi: “İndidən bütün kartları açmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, tərəfdarlarımıza bəzi sürprizlərimiz olacaq. Futbolçuların meydana göyərçinlə çıxması da planlaşdırılıb. Bundan başqa, hər iki komanda meydana fiziki cəhətdən qüsurlu uşaqlarla birgə çıxacaq ki, artıq bunun üçün yeni 25 dəst geyim hazırlamışıq. “Səbail”lə görüşü izləyənlər arasında klubun sponsorları ilə yanaşı, fəxri qonaqların olacağını bildirmək istəyirəm. Rəhbərlik fanklub üzvlərinin istəyini nəzərə alıb, onlara klubun rəmzlərini özündə əks etdirən yeni bayraqlar və bir neçə təbil alıb. Artıq həmin inventarlar bu gün (dünən) fanklubun rəhbərinə təhvil verilib”.
Məmmədovun qeyd etdiklərinin hamısı oyun ətrafında baş verən proseslərdi. Heç şübhəsiz, hamıya yeni salınmış örtüyün durumu maraqlıdı. Bu yerdə xatırladaq ki, ilkin proqnozlara görə “Sumqayıt” yenilənmiş meydanda ilk oyununu noyabrda keçirməliydi. Hətta ayın əvvəlində meydanı salan SİS şirkətinin nümayəndələri ot örtüyünü tədqiq etmiş və oyun keçirməkdə heç bir problemin olmadığına dair rəy vermişdilər. Lakin klub rəhbərliyi havaların yağışlı keçdiyini nəzərə alıb bir ay da gözləməyi qərara almışdı. Bəs indi durum necədi? Rəşad bəyi dinləyək: “Ot örtüyü ayın əvvəli ilə müqayisədə indi daha ideal durumdadı. Ayın əvvəlində də meydandan istifadə etmək olardı. Ancaq həmin ərəfədə havalar yağışlı keçdiyindən bir qədər səbirli olmağa qərar verildi. Yeri gəlmişkən, onu da bildirim ki, “Səbail” rəhbərliyindən xahiş etmişik ki, oyunöncəsi son məşqi başqa arenada keçirsinlər. Bizim komanda da həmçinin son məşqi başqa məkanda keçirəcək. Buna səbəb arenada təmirlə bağlı son tamamlama işlərinin getməsidi. Bu işləri görən şirkətin rəsmiləri meydanın rənglənməsi prosesinin dekabrın 1-i, saat 15.00-da başa çatacağını bizə bildirib. Meydanın ot örtüyünün yenilənməsi müddətində işıqlandırma sisteminə də əl gəzdirilib. Bəzi işləməyən lampalar dəyişdirilib, tələb olunan bucaq altında işıq vurmayanlara düzəliş verilib. Ehtiyat oyunçular skamyası isə hələ ki əvvəlki olacaq. Yenisini sifariş etsək də, çatdırılma yubandığından bu addımı atmağa məcbur olduq. Yaxın günlərdə bu məsələ də həllini tapacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar