09 mar 18:13liqa

“Xəzər Lənkəran” “İnter”lə “Bakı”nın “kölgəsində yatır”

“Xəzər Lənkəran” “İnter”lə “Bakı”nın “kölgəsində yatır”
Üç həmyaşıdın müqayisəsi faktların gözündə

Artıq tarixin yaddaşına qovuşmuş, bir qədər də dəqiqləşdirsək, əsas komandası məhv olunmuş “Xəzər Lənkəran”ın bu gün quru adı qalıb. Bir də aşağı yaş qruplarından ibarət liqalarda çıxış edən bir neçə komandası. Bu da səbəbsiz deyil. Lənkərandakı baza və stadion boş qalmasın deyə, “bizim də komandamız var” demək üçün. Yarananda sağa-sola milyonlar xərcləyən klub rəhbərliyi indi diqqətini ağartı məhsullarının istehsalına və satışına ayırıb. Çünki futbolu düzgün siyasətlə idarə etməyə, “Neftçi”, “Qarabağ”, “İnter” və “Qəbələ” kimi ardıcıl uğurlar qazanmağa gücləri çatmadı. Bəli, məhz çatmadı. Elementar futbol savadı və bu oyun növünə xüsusi sevgi olsaydı, bu gün “Xəzər” də belələrinin sırasındaydı. 12 il ərzində cəmi 8 il azarkeşlərini titullarla sevindirən klub son 4 ili ortabablar sırasında keçirdi, sonda məhv oldu. Halbuki cənub təmsilçisi ilə həmyaşıd olan “İnter” bütün çətinliklərə baxmayaraq, hələ də çempionluq uğrunda mübarizə aparır, “Bakı” həvəskarlar liqasında olsa belə, varlığını göstərir. Yazıda bu üç həmyaşıd klubun qazandığı uğurlara nəzər salıb, yekun nəticə çıxaracağıq.
Xəzər Lənkəran
Əslində pis başlamamışdılar. Mübariz Mənsimovun milyonları bir çox adlı-sanlı oyunçuların Lənkərana axın etməsinə şərait yaradanda nəticənin olacağı gözlənilirdi. İlk mövsümdə gümüş medalları boyunlarından asan futbolçular 2007-cı ili “qızıl dubl”la başa vurdu. Bu, “Xəzər Lənkəran”ın tarixində ilk və son çempionluq idi. Növbəti il daha bir ölkə kubokunu qazanmaq sevincini yaşayan klub qarşıdakı iki mövsümdə mükafatçılar sırasına düşə bilmədi. 2010/11 mövsümünün yekununda çempionatda “gümüş” və daha bir ölkə kuboku əldə olundu. Bir il sonra daha bir “gümüş” və bu da son. Yalnız 2013-cü ildə Naxçıvanda baş üzərinə qaldırılan superkubok azarkeşləri nisbətən həvəsləndirsə də, təsəllidən başqa bir şey deyildi. Bura 2008-ci ildə vətənə gətirilən “Birlik kuboku”nu da əlavə edə bilərik. “Gəmiçilər”in avrokubok dosyesi isə fiaskodan başqa bir şey deyil. 2005-də UEFA kubokunda Moldova “Nistru”suna ümumi hesabda 2:5 məğlub olmaq ilk cəhddə uğursuzluq idi. 2 il sonra Zaqreb “Dinamo”su səddini keçmək mümkünsüzə çevrildi – 2:4. İllər keçir, təcrübə topladıqca uğura doğru addımlayacağı gözlənilən “Xəzər Lənkəran” sevimlilərini üzməkdə davam edirdi. 2008-in yayında “Lex”ə “ilişən” (0:1, 1:4) cənublular bir il sonra faciə yaşadı. Ortabab Moldova “Olimpiya”sı ilə görüşlərdə qeydə alınan iki bərabərlikdən sonra mərhələ adlamaq sevincini rəqib yaşadı. 2011-in iyulundakı rəqib Təl-Əviv “Makkabi”siydi. Bu dəfə də arzular puç oldu.1:3-lük ümumi hesabda israillilər yola davam etdi. Yaxşı ki, Estoniyanın hər cəhətdə “Xəzər Lənkəran”dan 10 dəfə geri qalan “Nımme Kalyu”su vardı. Mənsimovun milyonlar xərclədiyi komandanın gücü, nəhayət, ilk mərhələdə Estoniya təmsilçisini mübarizədən kənarlaşdırmağa imkan verdi. Növbəti mərhələdəki rəqib yenə “Lex” idi ki, mübarizəni davam etdirmək istəyi alınmadı. 2013-ün yayı, yəni “Xəzər Lənkəran”ın sonuncu dəfə avrokuboklarda mübarizə apardığı mövsüm ölkə futbolu adına biabırçılıqla nəticələndi. Malta “Slima Uonderers”ini Lənkəranda vurulan yeganə qol hesabına keçən komanda 2-ci mərhələdə “Makkabi”yə rast gəldi. Kaş ki gəlməzdi. Hayfalılar Mübariz Mənsimovun komandasına “divan tutdu” – 0:8, 0:2. Bu fakt artıq “Xəzər Lənkəran”da işlərin uçuruma getdiyinə, klubun dağılacağına işarə idi. Odu ki, faciədən bir neçə ay sonra qazanılan superkubokdan başqa yadda heç nə qalmadı. Cənublular sonrakı 3 ili, sadəcə, yola verdi. Təbii ki, yenə də əcnəbi və yüksəködənişli futbolçularla. Klubun tarixi ərzində qazanılan uğurlar bunlardı: 1 “qızıl”, 3 “gümüş”, 3 ölkə kuboku, “Birlik kuboku” və superkubok.

İnter
Çoxlarının qəbul etmədiyi klubun siyasəti əsasən əcnəbilərə maraq olsa da, sabiq bank təmsilçisi azarkeşlərini məmnun etmək baxımından ciddi çətinliklə üzləşməyib. “Xəzər Lənkəran”dan fərqli, “ağ-göylər” 2 dəfə çempionluq sevincini bayram edib: biri 2008, digəri 2010-un yayında. Gümüş medalların sayına görə isə öncüllərdəndilər. 2008/09, 2012/13, 2013/14, 2014/15 mövsümlərini 2-ci pillədə başa vurublar. Üç dəfə ölkə kubokunun finalına yüksəlsələr də, qəniməti başları üzvlərinə qaldırmaq istəkləri puç olub. Buna baxmayaraq, “Birlik kuboku”nu sonuncu dəfə Bakıya gətirən də məhz “İnter”di. Həm də Ermənistan “Mika”sını məğlub etdikləri turnirdə. Avrokuboklara gəlincə, ilk illərdə mərhələ adlaya bilməyən paytaxt təmsilçisi 2012-dən bu yana iştirak etdiyi hər yarışda mərhələ adlamağı bacarıb. 2012-də “Narva Trans”ı ümumi hesabda darmadağın (7:0) edəndən sonra bəxtlərinə “Asteras” düşsə də, penalti vuruşlarında bəxt rəqibin xeyrinə işlədi. Bir il sonra Avroliqanın ilk mərhələsindəki rəqib “Mariehamn” idi. “İnter” fin səddini keçdi və “Tromse” ilə qarşılaşdı. Norveçlilərin üzü hakimin Salukvadzeyə göstərdiyi yanlış “qırmızı” sayəsində güldü. Nəhayət, 2015-in yayında futbol ictimaiyyətinin diqqəti “Qarabağ” və “Qəbələ” ilə yanaşı, “İnter”ə yönəlmişdi. İlk mərhələdə “Laçi”ni, ardınca “Hafnarfyordur”u mübarizədən kənarlaşdıran Zaur Svanadzenin yetirmələrinin bəxtinə 3-cü cəhddə Bilbao “Atletik”i çıxdı. Onsuz da yekun nəticə öncədən gözlənilirdi. Buna baxmayaraq, bakılılar İspaniyanın köklü klublarından birinə Bakıda uduzmayaraq alqış qazandı. Göründüyü kimi, “İnter”in avrokuboklarda fiaskoya uğramayıb. Uduzsalar da, minimal hesablı yenilgilər olub.

Bakı
Bir çox cəhətlərdə elə müqayisə etdiyimiz “Xəzər Lənkəran”ı xatırladır. Böyük pullar xərclənsə, adlı-sanlı məşqçi və futbolçular gətirilsə də, israfçılıq ön plana çıxır. Buna baxmayaraq, “zolaqlılar” də “İnter” kimi 2 dəfə çempion olmağı bacarıb - 2005/06 və 2008/09 mövsümlərinin yekununda. 2009/10 mövsümünü 2-ci pillədə başa vurublar. Daha 2 “bürünc”ləri var ki, 2007 və 2012-nin yaylarına təsadüf edir. Əvəzində ölkə kubokunu qazanmaqda çoxlarına nümunə olmağı bacarıblar. 2004-cü ildə yaranan klub 2004/05, 2009/10 və son olaraq 2011/12 mövsümlərində kubokun finalında rəqiblərindən üstün olub. Avrokuboklardan danışırıqsa, başqaları kimi, “Bakı”nın da ilk cəhdləri uğursuz alınıb. 2006-da “Sioni”, bir il sonra “Daçiya” səddinə “ilişiblər”. Buna baxmayaraq, 2009-un yayında ölkə futbolunda “Qarabağ”la birgə ilkə imza atdılar. Çempionlar Liqasında “Ekranas”ı mübarizədən kənarlaşdıran “zolaqlılar” “Levski”yə müqavimət göstərə bilməyib Avroliqanın pley-offuna yollandı. Budəfəki rəqib “Bazel” idi ki, isveçrəlilər Hafiz Məmmədovun klubuna yerini göstərdi. Həmin uğurun davamı növbəti il də gələ bilərdi. “Buduçnost”dan üstün olan paytaxt təmsilçisi cəzalı Joel Epallenin meydana çıxmasının qurbanı oldu. Nəticədə həmin vaxt Vinfrid Şeferin rəhbərlik etdiyi komandaya texniki məğlubiyyət verildi. 2012-də isə “Mura-05” qəzasına şahidlik etdik.

Nəticə
Titul və nəticələrə nəzər salanda bir çox məqamlar diqqəti çəkir. Məsələn, o illərdə hamıdan çox pul xərcləyən “Xəzər Lənkəran”ın tarixi ərzində cəmi bir dəfə çempion olması düşündürücü məqamdı. Halbuki həmyaşıdları bu uğura 2 dəfə imza atmağı bacarıb. Ölkə kubokuna gəlincə, finala yüksəlmək həyəcanını “İnter” də 3 dəfə yaşayıb. Sadəcə, son anda sayıqlığı əldən veriblər. “Bakı” isə elə “Xəzər Lənkəran” qədər kubok qazanıb. “Birlik kuboku”ndan danışırıqsa, “İnter”in dili lənkəranlılar qədər uzundu. Daxili yarışlarda lənkəranlılar yalnız superkubokla öyünə bilər ki, Naxçıvandakı oyundan sonra müəyyən şübhələr yaranmışdı. Avqustda Lənkəranda kütləvi davanın olması, azarkeşlərin həbsi hər kəsi narahat edirdi. Odu ki, bunu nəzərə alan “Neftçi” rəhbrəliyi hay-küyün yatması üçün superkubokun Lənkərana getməsini istəmişdi. Hər halda, belə deyilirdi. Hə, söhbət komandaların əsl gücündən, yəni avrokubok göstəricisindən gedirsə, “Xəzər Lənkəran”ın “Olimpiya” səddini keçə bilməməsi, “Makkabi” önündə darmadağın olması faktları var. “İnter” isə Avroliqada rəqibinə 5 cavabsız qol vuran, 2 mərhələ adlayan, “Atletik”i Bakıya gətirən kollektiv kimi yadda qalıb. “Bakı”, az öncə qeyd olunduğu kimi, 2009-da Avroliqanın pley-offuna yüksəlməyi bacarmışdı. Bütün bunlardan sonra bir nəticəyə gəlmək olur: uğur baxımından “Xəzər Lənkəran” “İnter”lə “Bakı”nın “kölgəsində yatır. Həm çempionluq sayı baxımından, həm də avrokubok göstəricilərində. Düzdü, klubun vitse-prezidenti Tuyqun Nadirova tribuna versək, yəqin ki, bu qədər uğursuzluqlara hansısa izah tapacaq. Bəlkə də əlacsızlıqdan günahı səmavi qüvvələrin boynuna yıxacaq. Hər nə isə, uğurların arxasında dəqiq, planlı, məqsədəuyğun iş dayanmalıdı, daha dollar bağlamaları və səmavi qüvvələr yox. “Xəzər Lənkəran” rəhbərliyi indi çox olan boş vaxtlarında bütün bu məqamlar üzərində dərindən düşünsəydilər, kluba könlünü verən sevimli cənublu azarkeşlərə böyük yaxşılıq etmiş olardılar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar